27-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sahil Babayevin kadr islahatının gerçək üzü: Səlim Müslümovun adamları iş başında

24 İyul 2018, 01:47
Gündəm, Banner
A A
Sahil Babayevin kadr islahatının gerçək üzü: Səlim Müslümovun adamları iş başında

Xəbər verildiyi kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi nazirlikdə tədricən dəyişikliklər aparır. Ancaq maraqlıdır ki, nazir çıxardığı şəxslərin yerinə isə təyinat aparılmır. Bunu DSMF-nin ciddi nöqsanlara yol verdikləri üçün azad olunmuş 11 rayon üzrə şöbə müdirlərinin timsalında da görmək olar. Məlumat üçün mia.az bildirir ki, həmin 11 şöbə müdiri – Bakı şəhəri Yasamal rayon şöbəsi, Sabunçu rayon şöbəsi, Suraxanı rayon şöbəsi, Xətai rayon şöbəsi, Xaçmaz rayon şöbəsi, Quba rayon şöbəsi, Şirvan rayon şöbəsi, Lənkəran rayon şöbəsi, Cəlilabad rayon şöbəsi, Salyan rayon şöbəsi, Şamaxı rayon şöbəsinin müdirlərinin ciddi nöqsanlara yol verdiyini Sahil Babayev ötən həftə keçirdiyi iclasda deyib. Lakin onların hətta bəzilərinin vəzifədən çıxarılmasından 3 ay ötsə də, yerinə hələlik təyinat olmayıb.
Maraqlıdır ki, bu hal nazirliyin aparatında da özünü göstərir. Belə ki, işdən azad edilən bir çox şöbə müdirlərinin yerinə də hələ ki təyinat aparılmayıb. Məsələn, ötən ay sabiq nazir Səlim Müslümovun əmisi oğlu, nazirin müşaviri Yalçın Müslümovdan boşalan post hələ də sahibini gözləyir. Bundan başqa nazirliyin aparat rəhbəri vzəifəsinə də təyinat yoxdur. Bu vəzifəni nazirin yeni təyin etdiyi müşavir Anar Əliyev icra edir. Eyni halı bir çox şöbələrin simasında da görmək olar. Bəli, faktdır ki, Sahil Babayev indiyədək çıxardığı şəxslərin böyük əksəriyyətinin yerinə də rəsmi təyinat apara bilməyib. Halbuki, nazirlik və ona bağlı olan qurumlarda xeyli şöbə müdirləri vəzifəsi vakant olaraq qalır. Hamısını ya müavinləri, ya da sektor müdirləri əvəz edir.
Diqqətçəkən məqamlardan biri də odur ki, Fazil Talıbovun nazirliyin ictiamiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunması xəbəri də doğru deyil. Belə ki, o, həmin şöbəyə əslində müdir müavini təyin edilib, sadəcə şöbə müdiri vəzifəsini indiyədək icra edir. Yəni Sahil Babayevin ənənəvi taktikası burada da öz sözünü deyib. Yeni nazirin nədən belə hürkək davranmasına gəlincə, qanuna görə elə vəzifələr var ki, mütləq dövlət qulluğuna imtahan verib, uğurla keçdikdən sonra təyinat aparıla bilər. Məlum deyil ki, Sahil Babayev Dövlət İmtahan Mərkəzinə hazırda nə qədər vakant yerlə bağlı sifariş verib. Hazırda nazirlikdəki şöbə müdirləri vəzifəsi haqda heç yerə məlumat da verilməyib. Başqa sözlə desək, yeni nazir ya müqavilə ilə, ya da əvəzedici təyinatlar verməklə nazirliyi kadr məsələlərində sanki zamanın öhdəsinə buraxıb. Yəni bu gün ƏƏSMN faktiki belə idarə olunur, iddia olunduğu kimi, heç bir ciddi dəyişiklik və islahat da olmayıb. Lakin bu istiqamətdə nəzərəçarpacaq proses gedir. Lakin bunların nə dərəcə effektli olacağını zaman göstərəcək….
Məlumata görə, hazırda ƏƏSMN və onun strukturlarında sabiq nazirin kifayət qədər ciddi vəzifələr tutan qohumları və sadiq kadrları var. Bununla bağlı mia.az-a daxil olan məlumata görə, Səlim Müslümovun qaynı, DSMF-nin ondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevdən tutmuş, nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova və digərləri ilə yanaşı, hal-hazıra qədər nazirin köməkçisi olan İqbal Hacıyev hələ də iş başındadır. Sabiq nazirin qohumlarını vəzifəyə yerləşdirməsinə xüsusi şərh verməyə ehtiyac yoxdur. Çünki bu, birbaşa “Korrupsiya haqqına” qanuna zidd olmaqla yanaşı, izahı ortada olan məsələdir. Lakin faktiki bu saat da nazirlikdə Səlim Müslümova sadiq olan, onun sayəsində sürətli yüksəliş qazanmış kadrlar da az deyil. Onların arasında Şəlalə Cəfərovanın və hazırda da yeni nazirin köməkçisi olan İqbal Hacıyevin adını da çəkmək olar.
Qeyd edim ki, hazırda Sahil Babayevin də köməkçisi vəzifəsini yerinə yetirən İqbal Hacıyev ta Səlim Müslümov DSMF-nin rəhbəri olandan onunla addımlayıb. Bu gün isə yeni nazirin “kuxna”sındadır. Elə ötən həftə nazirin 11 DSMF müdiri haqda verdiyi açıqlamanın keçirildiyi iclasda da İqbal Hacıyev ordaydı. Nə sirrdirsə, yeni nazir də hələlik ona böyük ehtiyac duyur.
Məlumata görə, nazir Sahil Babayev ƏƏSMN və onun strukturlarına kök salmış “köhnə qvardiya” ilə tələsik vidalaşmaq niyyətində deyil: “Onlarla bu ilin sonunadək vidalaşacaqlar. Həmin vaxta qədər də yeni nazir bu sahədə artıq yetişən kadrları önəmli vəzifələrə gətirəcək…”. (MİA.AZ)

Əvvəlki yazı

Erməni bloqer Azərbaycandan reportaj hazırladı və … – VİDEO

Sonrakı yazı

Yeddi hədəfli “yol xəritəsi”nin 20 faizi icra olunmayıb

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.