14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sahil Babayevin “əməliyyatı”ndan ona pul çatmadı, Ağdam şefi aranı qatdı

30 Oktyabr 2018, 10:30
Seçmə, Sosial
A A
Sahil Babayevin “əməliyyatı”ndan ona pul çatmadı, Ağdam şefi aranı qatdı

Ondan başlayaq ki, dövlətin özünəməşğulluq proqramı var. Bu proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nə gözəl!

Məqsəd ailələrə fərdi təsərrüfatlarını qurmaları üçün dəstək verməkdir. Mal və material, heyvan verilir, kurs keçirilir ki, sosial yardımdan asılılıq azalsın. Əla ideyadır!

Fəqət bu layihəni icra edənlər elə bir korrupsiya şəbəkəsi qurublar ki, zəncirvaridir və bir məmur prosesdən təcrid olanda səsi göylərə qalxır. Məlum olur ki, işsizliyin azalmasına yönəlik bu proqram görüntü xətrinədir.

Cahan.info-nun əldə etdiyi xəbərə görə, bu layihənin gerçəkləşməsi zamanı Ağdamda qalmaqallı hadisə baş verib.

Bu skandalda trio iştirak edir – Ağdamın icra başçısı Vaqif Həsənov, yerli Məşğulluq Mərkəzinin direktoru Elşən Rüstəmov və nazir Sahil Babayevlə ona bağlılığı olduğu iddia edilən tender şirkəti…

Məlumat verilir ki, Ağdamda 180 nəfər özünəməşğulluq proqramına cəlb edilib. Müsibət bundan sonra başlayıb. Nazirliyin keçirdiyi tenderdə qalib olmuş və adı bəlli olmayan S.Babayevə yaxın şirkət həmin ailələrə qoyun-inək paylamalıdır.

Bunun üçün nazirlik tərəfindən şirkətə hər ailə üçün 5000 manat ayrılır. Ki, proqram çərçivəsində sosial yardımdansa bu mal-heyvanı saxlamaqla öz şəraitlərini yaxşılaşdırsınlar.

Lakin Ağdam Məşğulluq Mərkəzi direktoru Elşən Rüstəmov layihəyə cəlb olunmuş həmin ailələrin əksəriyyətindən 1000 manat alaraq heyvanları təhvil verib.

Çox keçməyib ki, işin üstü açılıb. Əvvəla aydın olub ki, verilən inəklər qoca, südsüzdür, balalamırlar. İkincisi, E.Rüstəmovun vətəndaşlardan pul alaraq həmin şirkətlə əlbir olub nazirliyin ayırdığı vəsaiti mənimsədiyi ortaya çıxıb.

Bundan sonra layihəyə cəlb edilən ailələr Prezident Administrasiyasına, Baş Prokurorluğa məktublar yazmağa başlayıblar. Məsələ daha da böyüyüb və nazirliyə çatıb.

S.Babayev özünəməşğulluq proqramı çərçivəsində ona yaxın şirkətlə yerli Məşğulluq Mərkəzi direktoru E.Rüstəmovun əməllərini ört-basdır etmək üçün kollegial iclas keçirib.

Lakin həmin ailələrin müraciətləri səngimək bilməyib, yuxarıdan nazir S.Babayevə bu məktublar yönəldilib. Təkrar iclas keçirməyə məcbur qalan nazir bu dəfə E.Rüstəmovu ayağa qaldırıb, iradlarını bildirib.

Sonra məşğulluq idarələrinin müdirlərinə acizanə şəkildə bildirib ki, bu mərhələdə mal-heyvan vətəndaşlara paylansın, insanlar sakitləşdirilsin, həmin şirkəti prosesdən kənarlaşdıracaq.

Cahan.info-nun verdiyi xəbərə görə, bütün bu qalmaqalın kim tərəfindən yaradıldığı, aldadılmış vətəndaşların necə bu maxinasiyalardan agah olduğu üzə çıxıb.

İddialar səslənir ki, nazirliyin araşdırmasından sonra bu “əməliyyatın” Ağdamın icra başçısı Vaqif Həsənov tərəfindən təşkil edildiyi üzə çıxıb.
Bu maxinasiyalarda E.Rüstəmov, nazirlik və həmin şirkətin qazanmasına baxmayaraq, icra hakiminə qəpik də çatmayıb.

V.Həsənov onları cəzalandırmaq üçün bu planı qurub, vətəndaşlardan 1000 manat alınaraq əslində onlara çatacaq 5000 manatın mənimsənildiyi xəbər verilib, iş PA-ya və prokurorluğa qədər gedib çıxıb.

S.Babayev hadisələrin arxasında kimin dayanmasını öyrəndikdən sonra əl-ayağa düşüb, işi ört-basdır etmək üçün E.Rüstəmov nazirliyə çağırılıb.

Nazir həm onu, həm şirkət rəhbərliyini təlimatlandırıb və Ağdamın icra başçısına elçi göndərib. Onlar icra başçısını susdurmaq və razı salmaq üçün rayona yollanıblar.

Ötən həftə Ağdam İH-nin binası qarşısında saatlarla gözləyən E.Rüstəmov və şirkət nümayəndəsi onunla görüşə bilməyiblər. V.Həsənovun rayonda olmadığı bildirilib.

Hazırda tərəflərin görüşüb müzakirə apardığı, hansı ortaq məxrəcə gəlindiyi haqda müfəssəl məlumatlar verilmir. Lakin bu qalmaqal S.Babayevi və E.Rüstəmovu ifşa edib.

Ümumilikdə ölkədə özünüməşğulluq proqramının genişləndirilməsi, daha çox insanın bu layihədən yararlanması nəzərdə tutulur.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məlumatına görə, 2018-ci il ərzində özünüməşğulluq proqramının icrasına 35 milyon manat vəsait ayrılacaq.

Özünüməşğulluq proqramının genişləndirilməsinin vacibliyini prezident İlham Əliyev bir neçə gün əvvəl Nazirlər Kabinetinin toplantısında da vurğulayıb.

Dövlət başçısı bildirib ki, bu proqram həm iqtisadi inkişafa təkan verəcək, xüsusilə regionlarda məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarıı ələbaxımlıq vərdişindən çəkindirəcək. Amma görünür ki, 35 milyon xımır-xımır mənimsənilir.

Bu iddialarla bağlı adıçəkilən bütü tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Əvvəlki yazı

Abşeronlu şagirdlər DTX-nin H.Əliyev adına Akademiyasında

Sonrakı yazı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıq tender elan etdi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.