Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir sıra ciddi kadr dəyişiklikləri edib.
Mia.az-a nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov və DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov vəzifələrindən azad olunublar.
“Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib” – mənbə bildirib.
Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov isə bacısının həyat yoldaşıdır.