03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sahil Babayev bilirmi ki, 4 manat 50 qəpiklə nə almaq olar?” – PENSİYA ARTIMINA REAKSİYA

09 Yanvar 2019, 13:10
Gündəm
A A
“Sahil Babayev bilirmi ki, 4 manat 50 qəpiklə nə almaq olar?” – PENSİYA ARTIMINA REAKSİYA

“Gələn aydan nəzərdə tutulan pensiya artımı sadəcə, biabırçılıqdır. Bunlar xalqı dolayırlar, ya da başqa niyyətləri var”.

Bu fikirləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, pensiyaların 4-6 manat artırılması heç bir əndazəyə sığan iş deyil.

“Yeni nazir Sahil Babayev bilirmi ki, 4 manat 50 qəpiklə nə almaq olar? O pula heç bir toyuq almaq olmur. Sahil Babayev bu artımla pensionerin hansısa probleminin həll olunacağını düşünürsə, mənim sözüm yoxdur. Yəqin ki, yeni nazir nəsə icad edib. Belə olmasaydı, 4-6 manatlıq artımı şad xəbər kimi camaata çatdırmazdılar. Sahil Babayev insanların mədəsini ölçüb və o qənaətə gəlib ki, 4-5 manat artım bir ay bəs edər.

Açığı sizə deyim ki, hökumətin bu “islahat”ları məni utandırır. Yeni ildən “Azərsun” bütün ərzaqların qiymətini bahalaşdırıb. Sanki hərə bir tərəfdən çalışır ki, milləti ayağa qaldırsınlar. Bu qədər olmaz axı? Bir toyuğun qiymətindən aşağı artımmı olar? Yeri gəlmişkən, onu da deyim ki, Ukraynada zibilliyə tökülən yararsız toyuqları yığıb gətiriblər ölkəyə, camaata sırımaq istəyirlər. İldin pensiya artıranların yeni artım siyasətindən sonra həmin 4 manat 50 qəpiyi verib o yararsız toyuğu alacaqlar. Yəni, Bir sözlə biabırçılıqdır”.

Partiya sədri onu da qeyd edib ki, S.Babayev Prezidentin ona göstərdiyi etimadı doğrultmur. Onun sözlərinə görə, yeni nazir gərək bütün fəaliyyətini Prezidentin siyasətinə uyğun aparsın:

“Dövlət başçısına rəsmi şəkildə məruzə etməliydi ki, ciddi islahatlar aparmaq lazımdır. Amma bu adamlar camaatı düşünmədikləri üçün belə addımlar atmırlar. Yəqin ki, son aylar özünüməşğulluq proqramları çərçivəsində aztəminatlı ailələrə mal-qara verilməsi prosesini izləyirsiz. İnandırım sizi, bu, proses olduqca biabırçılıqdır. Bu günlərdə bir rayona səfərə getmişdim. Orda özüm şahidi oldum. Camaata qoca, dişi yox, arıq mal-qara veriblər , amma milyonlarla pul siliblər. Eləsi olub ki, malı maşından endirəndə yerə düşən kimi ölüb. Zorla camaat qol çəkdirib xəstə-yararsız heyvanları verirlər. Bu, millətə sataşmaqdır, prezidentin strategiyasının əleyhinə getməkdir”.(Mia.az)

Əvvəlki yazı

4 rayonun polis rəisinin işdən çıxarılması xəbəri təkzib olundu – Zahidovun açıqlaması

Sonrakı yazı

Səfər Mehdiyevə istefa səbəbi: “Cənab Prezident, bizi xilas edin!” – MÜRACİƏT

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.