Artıq 25 ildir ki, ağdamlıların taleyinə digər işğal olunmuş rayonlarımızın əhalisi kimi, öz yurdlarında qaçqınlıq, vətən həsrəti, torpaq nisgili çəkərək yaşamaq yazılıb. Rayonun işğal olunmayan kiçik bir hissəsi isə cəbhə bölgəsində yerləşir. Erməni terrorçularının işğalı nəticəsində hal-hazırda nəzarət etdikləri ərazi ilə Ağdamın cəbhəyani kəndləri olduqca yaxın məsafədə yerləşməsinə baxmayaraq onlarda dövlətinin silahlı qüvvələrinin gücünə, Ali Baş Komandanının iradəsinə və qətiyyətinə olan inamları sayəsində böyük ruh yüksəkliyi ilə heç nədən çəkinmirlər. Onların nəinki yaşadıqları ərazilərdə olmaqdan çəkinirlər, hətta itirilmiş torpaqlarımızın da düşməndən azad olunacağına böyük ümidləri vardır.
Daha əvvəl də qeyd etdiyim kimi, bu inam onlarda ölkə rəhbərliyinə olan güvəncləridir. Bütün bu çətinliklərə baxmayaraq, ağdamlılarda sabaha inam hissi olsa da yerli rayon rəhbərliyinin bu insanlara göstərdiyi ögey münasibət, problemlərinin həllində heç bir köməklik göstərməməsinə, onların problemləri üzərində özünə böyük kapital toplayan icra hakimiyyəti başçısı Raqub Məmmədovun belə mövqedə olmasını təəssüflə qeyd edirik. Məlumat üçün qeyd edək ki, 2013-cü ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsində işləyən Raqub Məmmədov, həmin vaxt nazir olan Eldar Mahmudovun zəmanəti ilə icra başçısı təyin edilir.
Etimadı elə ilk illərdə doğrultmayan, ciddi narazılıqlar yaradan Məmmədov dəfələrlə ölkə rəhbərliyinin qəzəbinə tuş gəlsə də, General Mahmudovun və MTN-də idarə rəisi vəzifələrində çalışmış Akif Çovdarovla Elçin Quliyevin dəstəyi və himayəsi ilə təhlükəsi sovuşmuşdu. 2017-ci ilin sonlarından başlayaraq, 2018-ci ilin əvvəlindən yenidən “vurulmaq” təhlükəsinin bir addımlığında olan icra başçısı Azərbaycan Respublikası Prezident Seçkilərinin aprel ayına təyin edilməsi onun vəzifə ömrünü bir neçə ay uzanmasına səbəb oldu. Çünki bu adamın vətəndaşlara etdiyi təzyiqlər, insanları bilərəkdən hakimiyyətdən narazı salan yarıtmaz iş fəaliyyəti barədə KİV-də və şikayət məktubları ilə ölkə rəhbərliyinə ünvanlanan çöxsaylı müraciətləri onun rəhbərliyin etimadını tam doğrultmamasını göstərir. Öklə rəhbərliyi Ona böyük ümidlər bəsləyən vətəndaşlarının yanında olmasını hər zaman belə yaramaz hərəkətlər edən məmurları cəzalandırmaqla sübut etmişdir. Buna görə də Raqub Məmmədovun da yaxın günlərdə işdən çıxarılacağı şübhəsizdir. Sadəcə bir neçə məqama toxunmaqla bu dövlət məmurunun əslində dövlətçilik prinsiplərinə zidd fəaliyyətinə aydınlıq gətirmək istəyirik. Raqub Məmmədovun iki oğlan övladı var, bunların hər ikisinin də adı zaman-zaman sosial şəbəkələrdə harınlamış məmur övladı olaraq gündəmə gəlməkdədir. İcra başçısının hər iki oğlu, Kənan və Sənan Məmmədovların YOUTUBE.COM sosial şəbəkəsində bahalı avtomobilləri barədə video çarx dediklərimizi təsdiqləyir. Bundan başqa adının çəkilməsini istəməyən məlumatlı şəxsin bildirdiyinə görə, Raqub Məmmədovun kiçik oğlu Kənan təxminən 4 il bundan əvvəl SƏLƏFİ dini icmanın ən fəal üzvlərindən biri olub. Hətta həmin vaxt MTN-nin Tərtər rayon şöbəsində rəis işləyən atası onu evdə zincirlə bağlayaraq bayıra çıxmasına məhdudiyyət qoyubmuş. Sonradan icra başçısı olan atasının ona verdiyi böyük bir vədlə saqqalını qırxacağını razılaşdıqdan sonra bayıra çıxmasını qoyub. Raqub Məmmədovun yarıtmaz iş fəaliyyəti barədə, ümumiyyətlə Ağdam rayonundakı korrupsioner məmurlardan təngə gələn insanlar mütəmadi olaraq ölkə rəhbərliyinə şikayət məktubları göndərməkdədirlər.
Həmin şikayətçilərdən Ağdam rayonunun cəbhə bölgəsinə ən yaxın məntəqələrindən olan Sarıcalı kəndində yaşayan vətəndaş İsmayılov Rizvan Qaçay oğlunun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığı növbəti bir şikayət məktubu ilə sizləri də məlumatlandırmaq istəyirik. Ərizədə yazılır: “..Hörmətli Cənab Prezident! Qarabağın cəbhə rayonu olan Ağdamın Sarıcalı kəndindən Sizə müraciət edirəm.
Mən İlham Əliyev Cənablarını ürəkdən dəstəkləyən YAP üzvüyəm.
Nəzərinizə çatdırıram ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədov keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun dövrü ərzində həmin şəxslə yaxınlığı ilə tanınıb. O, MTN-də işlədiyindən əvvəl xüsusi idarədə işləyərkən yol verdiyi ciddi nöqsanlara görə işdən qovulmuşdur. Əvvəllər AMİP üzvü olub. MTN-dən təqaüdə göndərilib. Sonradan Eldar Mahmudovun köməkliyi ilə Ağdam RİH-nin başçısı təyin olunub. Həmin vəzifəyə təyin olunduqdan sonra isə qanunun tələbləri ilə deyil Eldar Mahmudovun və Akif Çovdarovun dırnaqarası qanunları ilə işləyib. Bu isə biz vətəndaşları hakimiyyətdən narazı salır. Dəfələrlə ölkə başçısına teleqramlar vuraraq məni qəbul etməsini xahişetmişəm. Çünki məndə icra başçısının qanunsuz əməllərini təsdiq edən kifayət qədər təkzibedilməz faktlar var. Rayonda qanunsuzluq baş alıb gedir. İki qudanın biri icra başçısı digəri isə Ağdam rayon prokurorudur. Ancaq çox təəssüflər olsun ki, Prezident Administrasiyasında Cənab Zeynal Nağdəliyev bizim teleqramlarımızı Cənab Prezidentə çatmasına imkan verməyərək, Ulu Öndərimiz Heydər Əliyevin 25 iyul 1997-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş vətəndaşların şikayətlərinə baxılması qaydası haqqında AR Qanununun 6-cı və 7-ci maddələrinə zidd olaraq hansı maraqlı səbəbdənsə şikayətçi olduğumuz Ağdam Rayon İcra Hakimiyyətinə göndərilir. Bu məsələdə hansı maraqlı səbəb Cənab Zeynal Nağdəliyevi vadar edir ki, Raqub Məmmədovu Ulu Öndərimizin fərmanından üstün tutur? Hörmətli Cənab Prezident! Sizi and verirəm Ulu Öndərin qəbrinə, bizi yaradan Allaha, məni bir YAP üzvü, bir ziyalı kimi 5 dəqiqəlik Zeynal Nağdəliyev və Raqub Məmmədovla birlikdə qəbul edin. ” Vətəndaşın şikayət məktubunu oxuyunca Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədovun vətəndaşlara qarşı ögey münasibət bəsləməsi, onları incitməsi və öz yarıtmaz iş fəaliyyəti ilə ölkə rəhbərliyindən narazı salması sirr deyil. Bəs görəsən, ölkə rəhbərinin etimadını doğrultmayan, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon sakinləri tərəfindən böyük əksəriyyətin nifarəti və ikrah hissi bəslənilən Raqub Məmmədovun cəzadan hələ də kənar qalmasının əsl səbəbi nədir? Hətta rayonda tək idarəçilik qabiliyyəti olmayan-tam fəaliyyət qabiliyyətsiz, psixi problemləri olan, rüşvətxor, savadsız, şorgöz,qadın düşgünü, eyş-işrətə meyilli, alkoqol içkilərin aludəçisi, bir sözlə qeyri-ciddi hərəkətləri ilə tanınan Raqub Məmmədovun təmsil etdiyi icra başçısı postunu tutması bu hakimiyyətə utancverici və qara ləkədir.
(Ardı var)
Elnur Vaqifoğlu
REPORTYOR.info