
Məsələn, sosial şəbəkələrdə qeyd olunur ki, Etibar Pirverdiyev Şabran rayonu ərazisində dəvə fermaları yaradıb…
Maraqlı iddiadır… Modern.az-ın əməkdaşı Şabranda dəvə fermalarının yaradıldığını dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyilə əlaqə saxlayıb.
Nazirliyin Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin sektor müdiri Şaiq Əzimov deyib ki, 2018-ci il 1 yanvar tarixinə qədər olan statistik məlumatlara görə, ölkə ərazisində 222 baş dəvə var:
“Bu dəvələrdən 81-i Abşeronda, 50-si Sabirabadda, 13-ü Hacıqabulda, 67-si Cəlilabadda, 24-ü Naxçıvanda və 7-si isə Kürdəmirdədir. Yalnız Abşerondakı dəvəçilik ferması dövlətə məxsusdur, digərləri isə sahibkarlarındı”.
Nazirlik rəsmisi Şabranda hər hansı dəvəçilik təsərrüfatının yaradıldığı barədə məlumata malik olmadığın söyləyib…