11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şabran rayonunda keçirilən dövlət satınalmalarının pərdəarxası:Rayonu ”tikən”lər kimlərdir-Fotolar

26 Noyabr 2018, 10:51
Cəmiyyət, Araşdırma
A A
Şabran rayonunda keçirilən dövlət satınalmalarının pərdəarxası:Rayonu ”tikən”lər kimlərdir-Fotolar

Dövlətin müxtəlif qurumları tərəfindən mütəmadi olaraq elan olunan dövlət satınalmaları zamanı baş vermiş qanunsuzluqlar vaxtaşırı olaraq kütləvi informasiya vasitələrində dərc olunur.

Yayılan və təkzib olunmayan məlumatlardan bu nəticəyə gəlmək olar ki, hər bir müsabiqə zamanı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “şübhəli maliyyə oyunları” həyata keçirilir. Buna görə də, bu istiqamətdə geniş araşdırmalar aparmışıq. Şabran rayonunda fəaliyyət göstərən dövlət strukturlarının həyata keçirdiyi dövlət satınalmalarını araşdırarkən, olduqca maraqlı faktlar əldə etmişik.

Reportyor.info Mozalan.az istinadən bildirir ki, 2010-2015 ci illər ərzində rayonda keçirilən tender və kotirovka müsabiqələrinin qaliblərini müəyyənləşdirərkən məlum olub ki, qaliblərdən biri, daha doğrusu ən vacib, dövlət əhəmiyyətli “işlərin” faili Şabran Rayon İcra başçısının birinci müavini, YAP-ın Şabran rayon təşkilatının sədri Balabəyov Mehdinin əmisi Balabəyov Teyyub Balabəy oğludur. Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən vətəndaş, bu müsabiqələrdə həm fiziki şəxs, həm də hüquqi şəxs qismində “qalib olub”.

Dövlət Satınalamalar Agentliyinin təqdim etdiyi sənədlərdən məlum olur ki, Şabran Rayon İcra hakimiyyətinin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən elan olunan tenderlərdə “Toğrul-2011” MMC qalib olub. Beləki, adıçəkilən şirkət : 2011-ci ildə – cari təmir işlərinin satın alınması ilə bağlı – 34 872 manatlıq; 2012-ci ildə – Şabran şəhərində işıqlandırma sisteminin təmir işlərinin satın alınması ilə bağlı – 37 153 manatlıq; 2013- cü ildə yenidən – Şabran şəhərində işıqlandırma işlərinin satınalınması ilə bağlı – 37 040 manatlıq; 2014-cü ildə – Şabran şəhərinin abadlaşdırılması üçün, bəzək ağacları və gül kollarının satın alınması ilə bağlı – 14 935 manatlıq; 2015-ci ildə isə yenidən Şabran şəhərində işıqlandırma işləri ilə bağlı – 34 928 manatlıq müsabiqələrin qalibidir.

Maraqlıdır ki, təkcə Şabran şəhərinin işıqlandırılmasını təşkil etmək üçün keçirilən 109 121 manatlıq müsabiqənin qalibi olan bu Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 5000230421) qeydiyyat sənədlərində şirkətin hüquqi ünvanı Şabran rayonu, Şabran şəhəri, N.Tusi küçəsi, ev 29 göstərilir. Həmçinin reyestr məlumatlarına görə, şirkət 2011-ci ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb və qurumun qanuni təmsilçisi Balabəyov Teyyub Balabəy oğludur.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, adıçəkilən ünvanda, heç bir şirkət fəaliyyət göstərmir. Beləki, Şabran şəhəri, N.Tusi küçəsi ev 29 ünvanında, kənardan görənlərə sahibsiz, çoxdan insan nəfəsi dəyməyən, tərk edilmiş bir ev təsiri bağışlayan yaşayış binası yerləşir. Göstərdiyi ünvanda heç kəsin yaşamadığı bir şirkətin isə bu satınalmalarda necə qalib gəldiyi şübhəlidir. Həmçinin rəsmi sənədlərə görə məlum olur ki, 2014-cü ildə Şabran Rayon İcra hakimiyyətinin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən, şəhərdə görülən abadlıq işləri ilə bağlı – bəzək ağacları və gül kollarının alınması üçün 7122 manat dəyərində müsabiqənin qalibi də adıçəkilən şəxsdir. Beləki, bu müsabiqədə qalib elan onunan “Toğrul – 2014” MMC-nin (VÖEN 5000353531) reyestr məlumatlarına görə, 2014-cü ilin aprel ayının 18-də dövlət qeydiyyatına alınan bu şirkətin hüquqi ünvanı, Şabran şəhəri, N.Tusi küçəsi, ev 32, qanuni təmsilçisi isə Balabəyov Teyyub Balabəy oğludur. Apardığımız araşdırmalar zamanı məlum olur ki, reyestr məlumatlarında qeyd olunan ünvanda isə Balabəyov Teyyub Balabəy oğlunun şəxsi evi yerləşir.

(Ardı var…)
Aşağıda yazıya aid fotolar

 

“Toğrul 2011”-in reyestr məlumatı

 

 

N.Tusi 32- də yerləşən ev

 

 

“Toğrul 2014” MMC-nin yerləşdiyi evdir, Teyyubun öz şəxsi evi (sənədlərə bax)

 

Şabran şəhərinin işıqlandırılması

 

Bu da zibil içində itib -batan şəhər

 

Əvvəlki yazı

Son iki gündə ölkədə 216 cinayət törədilib –41 nəfər şübhəli şəxs saxlanılıb (DİN)

Sonrakı yazı

“Korrupsiya ilə mübarizə nəticəsində 800 milyon manat əlavə pul toplanıb” –DGK

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.