09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sabirabad xəstəxanasından şikayət var

05 Dekabr 2019, 14:09
Uncategorized
A A
Sabirabad xəstəxanasından şikayət var

“Ailədə altı qardaş, dörd bacıyıq, aralarında sınıqçıda ən çox mən olmuşam. Hələ uşaqlıqda bir balaca büdrəyib, yıxılan kimi qolum-qılçam sınırdı. 1995-ci ildə əsgərlik yaşım çatanda, məni tibbi müayinə etdikdən sonra həqiqi hərbi xidmətə aparmadılar. 1998-ci il dava-qırğınla özüm könüllü əsgər getdim. Əsgərlikdə olanda gördüm ki, yox, qaçmaq bir yana, heç sürətlə addımlaya bilmirəm. Yenə də əhəmiyyət vermədim. Əsgərliyimi Ağdamda çəkirdim, bizim kazarmanın qapısı-pəncərəsi yox idi. Soyuqdan ayaqlarım şişməyə başladı, həmin vaxt səhhətimlə əlaqədar komissiya çağırıldı, vəziyyətimin ağır olduğunu bildirdilər, sonra da evə buraxıldım. Bununla belə, ağır xəstəliyimin olmasından xəbərsiz idim”. DİA.AZ bildirir ki, bu sözləri Sabirabad rayonu, Yenikənd sakini Gülalı Əhmədov deyir. Söyləyir ki, əsgərlikdən qayıdandan bir neçə il sonra ailə qurub Bakıya köçüb:

“Düşündüm ki, şəhərdə özümə bir güzəran quraram. Lakin 2007-ci ildə məni küçədə maşın vurub qaçdı. Ayaqlarım sınmışdı, bel sümüklərim qırılıb, dəridən bayıra sallanmışdı. O vəziyyətdə sağ qalmağım möcüzə idi. İki dəfə Respublika Klinik Xəstəxanasında, iki dəfə isə Mərkəzi Klinikada əməliyyat olundum. Mərkəzi Xəstəxanda ayağımı kəsmək istədilər, razılaşmadım. Kəndə gəldim, sınıqcı iki dəfə sümüyümü sındırdı ki, təzədən düz bitişsin. Çünki xəstəxanada müalicəm düzgün aparılmamışdı. Daha sonra Mərkəzi Xəstəxanada çanağımdan sümük götürüb, ayağıma, köçürdülər. Yenə də sağalmırdım, əksinə, xəstəliyim kəskinləşirdi, ayağımda vətərlər sümükdən qopurdu. Tükiyədə əməliyyatla ayağıma vətər köçürüldü.

İki il yataq xəstəsi olmuşam, tərpənə bilmirdim. Qəzadan sonra sümüklərim başladı keyfiyyətini itirməyə. Sümüklər tamamilə əridi, fəqərənin dördü sındı. Qabırğalarım əyilib, ciyərimə girmişdi. Sümüyün analizini götürəndə, sanki bizi pendirə soxurdular. O dərəcədə sümüklərim elastikləşmişdi. Xəstəliyim osteoparoza (sümük toxumasının zədələnməsi, deformasiyası və sınığı ilə nəticələnən skeletin metabolik xəstəliyi – red) oxşayır, amma həmin xəstəlik deyil. Çox təəssüf ki, Azərbaycanda həkimlər bu xəstəliyin nə olduğunu tapa bilməyiblər. Onurğa cərrahı Toğrul Cəlilovun müalicəsi mənə müəyyən dərəcədə kömək oldu.

2007-ci ildən bu günə kimi səhhətimlə əlaqədar dostlarım, yaxınlarım, rayon camaatının köməkliyi ilə 136 min manat pul xərclənib. Son 1,5 aydır ki, səhhətim normallaşıb. Kənd camaatının sayəsində bu gün ayaq üstəyəm. Piyada on beş-iyirmi metr gəzirəm, dirənirəm. Əvvəllər iki qoltuqaltı əsayla gəzirdim, indi şükür, birini atmışam. Sümüklərimdə ərimə dayanmırdı, deformasiyaya uğrayıb, əyilib ciyərlərimə batırdı. Həkimlər sümüyümə iynə vurub, dondurdular”.

Gülalı Əhədovun bir oğlan, bir qız övladı var. Dediyinə görə, həkimlər doqquz yaşlı Səmanın da atasının xəstəliyinin daşıyıcısı olduğunu müəyyən ediblər: “Qızımda təxminən 1,5 il əvvəl ağrılar vardı. Öz-özümə deyirdim, bu gün-sabah həkimə apararam. Amma pul olmurdu. Uşaqda kəskin ağrılar başladı, çığırırdı, ağrıdan tərpənə bilmirdi. Toğrul həkimin yanına apardım, müayinə etdi, dəli oldu, dedi ki, uşaqda da eyni səndəki xəstəlikdəndir. Qızımın sümüyündə ərimə iyirmi dörd faizə çatıb. Osteoparoza uyğun edilən müalicənin də uşağa xeyri cüzi, lap az olur. Körpədir, ürəyim gəlmir ki, ona da iynə vurdurum, sümüklərini dondurum. Mən bu gün varam, sabah yoxam. İstəyirəm ki, balamı müalicə etdirim, tam sağalsın, mənim də gözüm arxada qalmasın. Doqquz aydır ki, uşaq dəmir paltarda, korsetdə yatır, şiddətli ağrıları olur”.

Atanın dediyinə görə, Səmanın səhhəti çox ağır olduğu üçün iki ildir məktəbə gedə bilmir, dərslərindən geri qalıb: “Sinif otaqları çox soyuq olduğu üçün qız orada skolioz (onurğa sütununun əyriliyi-red) oldu. Bədəni ayaqlarına ağırlıq edir, gücü çatmır, özünü idarə etməyə. Gəzə bilmir, anası həyətə əlindən tutub düşürür. On bir aydır ki, uşağı müalicə etdiririk, bu vaxta qədər 11 min manat pul xərclənib, amma heç bir nəticəsi yoxdur. Bu xəstəliyin müalicəsinin İsraildə və Almaniyada mümkün olduğunu deyirlər. Əslində, böyük məbləğ tələb olunmur. Otuz beş min manat lazımdır. Amma mənim də bu qədər pulum yoxdur.

Bu dəqiqə 30 min manata yaxın, kreditim, sələmim, borcum var. Əvvəlki icra başçısı sağ olsun, ünvanlı sosial yardım almağıma köməklik etmişdi. Birinci qrup əliləm. Əlillik və ünvanlı sosial kartlarım hazırda sələm götürdüyüm adamlardadır. İki-üç yerə kredit ödəyirəm. Sələm götürüb, banklara verirəm ki, yalançı çıxmayım. Dərmanlara görə hər ay pul lazım olur, borcu-borca calayıram. Birindən borc alıram, digərindən sələm, kredit. Həmin pullar da yığılıb, 30 min manat edib. İkiotaqlı evimi 35 min manata satılmağa qoymuşam. Rayon yerində kimdir onu alan?

Həyat yoldaşım Tünzalə Əhədova da epilepsiya (nevroloji patalogiya-red) xəstəsidir. Ailənin yükü bütünlüklə onun üzərindədir. Evin, həyət-bacanın işlərini təkbaşına görür. Onu da deyim ki, yoldaşıma da, qızıma da əlillik düşür, lakin Sabirabad Rayon Mərkəzi Xəstəxanası onlara əllilik dərəcəsi vermək istəmir.

Bu dəqiqə mənim üçün ən vacib uşağımın həyatını xilas etməkdir. Prezidentə, Birinci-vitse prezidentə müraciət edirəm, bizə köməklik etsinlər, uşağımın həyatını xilas edim”.

Əvvəlki yazı

Duman olacaq, qar yağacaq

Sonrakı yazı

Bakıda “Siqaret çəkən kolbasa” satılır

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.