10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sabiqlər islahatçılara qarşı – Deputatdan şok

27 Avqust 2020, 09:30
Siyasət
A A
Sabiqlər islahatçılara qarşı – Deputatdan şok

Azərbaycan tam yeni bir mərhələyə qədəm qoyub. Ölkə faktiki olaraq, real dəyişikliklərin yarısını qət edib, keçmişin “ağır kötükləri” də sıradan çıxmaqdadır. Lakin onlar təslim olmaq istəmir, süqutlarını qəbul edə bilmirlər.

İllərlə ölkənin ictimai-siyasi həyatını intriqa, traybalist və merkantil maraqlarla idarə etmiş, ifadə və media azadlığını boğmuş, iqtisadi inkişafını tormozlamış, müstəqil daxili və xarici siyasətini hansısa kənar təsirlərə güdaza vermiş güclər hazırda son “akkord”larını vurmaqdadırlar.

Bütün bunların pandemiya dövründə baş verməsi xüsusilə maraqlıdır. Karantində məlum toy məclisi ilə dərinləşən proses əslində kimin hansı ambisiyalarla yaşadığını üzə çıxardı.

İndisə hakimiyyət sürpriz situasiya ilə üzləşib: onun içində ən yüksək vəzifəylə təmsil olunan sabiq məmurlar – həbs edilən keçmiş səfir Eldar Həsənovdan tutmuş AMEA prezidenti Ramiz Mehdiyevə qədər açıq müqavimətə keçiblər. Sirr deyil ki, onların ətrafında kifayət qədər dəstəkçiləri, çevrələri, revanş arzusu ilə yaşayan tərəfdarları var.

Həmin eks-məmurların böyük maliyyə resursları, müxtəlif orqanlarda təsir və təzyiq rıçaqları, müxalifətdə və xaricdə adamları var. Onlar islahatlarla, yenidənqurmayla, prezidentin apardığı siyasətlə barışmaq istəmirlər.

R.Mehdiyev qruplaşması yaxşı dərk edir ki, vəzifələrə qayıdış nonsensdir. Sadəcə, istəkləri bacardığı qədər pislik eləmək, konflikti dərinləşdirməkdir.

Onların bir özəlliyi də Rusiyaya bağlı olmalarıdır. Və təkcə akademik deyil, qanunsuz hərəkətlərinə görə vəzifəsini itirmiş, vaxtilə yüksək ranqlı nazirlər də köhnə qvardiyanın koalisiyasında yer ala bilər.

Söhbət sabiq MTN şefi Eldar Mahmudov, eks-rabitə naziri Əli Abbasov, keçmiş nazir Ziya Məmmədov və Mehdiyevə büt kimi pərəstiş edən abelməhərrəmovlardan gedir.

sabiqlər.jpg (292 KB)

Çünki məlum toy məclisini həm də iqtidardan uzaqlaşdırılanların, küskünlərin toplantısı adlandırmaq olardı. Amma nahaq revanş planları qurur, süqut etmiş qruplaşma və digər sabiqlər Mehdiyevə yaxınlaşmaq, islahatçı komanda əleyhinə koalisiya qurmaq haqda düşünür. Bu, “ölü doğulmuş” layihədir. Bəs, hakimiyyət bu əngəl olmaq cəhdlərinin qarşısını necə ala bilər?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, ölkədə ciddi islahatlar prosesi gedir və nəsil, təfəkkür dəyişkənliyi müşahidə olunur.

Deputatın sözlərinə görə, bu istiqamətdə bir sıra bölgələrdə kadr islahatları da aparılır, yeni nəsil idarəetməyə cəlb olunur: “Bu da təbiidir. Müasir ölkə kimi inkişaf etmək istəyiriksə, sovet təfəkkürü ilə vidalaşmalıyıq.

Azərbaycanda peşəkar və yeni nəsil idarəetməyə gəlməlidir. Heç vaxt islahatlar asan olmur. Amma əminəm ki, xalqımızın böyük potensialı, dərin mədəniyyəti var və ölkəmiz inkişaf üçün bu imkanlardan istifadə edəcək. Biz müasir dövlət kimi nümunə olmalıyıq”.

Asim Mollazadə: Nikol Paşinyanın babasının SS-ə xidməti ermənilərin faşizim  rejiminin tərəfdarı olmasının sübutudur

A.Mollazadə qeyd etdi ki, sabiq məmurların açıq şəkildə müqavimət göstərməsi və hansısa təzyiq imkanlarını işə salması effekt verməyəcək, çünki bu cür proseslərdə söz xalqındır.

“Xalqın öz imkanı var ki, belə hadisələrə, proseslərə təsir etsin. Bu gün xalq öz gələcəyini müstəqil, demokratik Azərbaycanda görür, keçmiş təfəkkürdə yox…” – deyə partiya sədri vurğuladı.

Deputatın fikrincə, keçmiş məmurların revanş üçün ölkəni qarışdırmaq cəhdi istisna deyil, amma həlledici söz xalqın iradəsi olacaq:

“Xalq sovet ittifaqına ”əlvida” deməyi bacarıb. Müəyyən qüvvələr hansısa ölkələrdə SSRİ-ni bərpa etmək istəyirsə, Azərbaycanda buna imkan verilməyəcək.

Çünki Qarabağın işğalı, 20 Yanvar matəmi və Xocalı soyqırımı sovet rejimi ilə bağlıdır. Azərbaycanda yenidən sovetin qayıtması mümkün olmayacaq”.

Əli Əlirzayev: “Biz YAP-ı yaradanda, Heydər Əliyevin ətrafına toplaşanda  belə olacağını gözləmirdik” - Baku Press Klub

YAP-ın qurucularından biri olan professor Əli Əlirzayev azpolitika.info-ya geniş müsahibəsində deyib ki, vəzifəsini itirənlər narazıdırlar:

“Vəzifə elə bir şeydir ki, vəzifədən çıxarılandan sonra onun dadı adamın damağında qalır. Amma ağıllı adamlar müəyyən yaşdan sonra vəzifədən çıxarıldıqda oturub işləməli, kitab yazmalı, xalqa töhfə verməlidirlər. Məni 60 yaşında hər yerdən sildilər.

Nə deputat seçilə bildim, nə vəzifə verdilər. Gedib müəllimliyimi etdim, kitablar yazdım, indi də yazıram. Söhbət ondan gedir ki, bu adamlar nə etmək istəyirlər, təzədən nəyisə qaytarmaqmı istəyirlər?

Bunlar həmin adamlardır ki, indiki hakimiyyəti tərif edirdilər, badələr qaldırırdılar. İndi onları vəzifədən çıxarıblar deyə, narazı qalmalıdırlar? Bu, anlaşılmazdır”.

Əvvəlki yazı

Koronaya qarşı həşəratdan vaksin hazırlandı

Sonrakı yazı

Ramiz Mehdiyev müxalifətlə ittifaqa gedir? – Açıqlama

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.