Rüşvət və mənimsəmə əməllərinə görə həbs olunan, daha sonra ev dustaqlığına buraxılan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov daha bir vəzifəsindən kənarlaşdırılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, keçmiş nazir Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən azad edilib və müəllimlik fəaliyyətinə xitam verilib.
Onun yerinə iqtisad elmləri namizədi İsmayıl Həsənov gətirilib.
