02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SABİQ NAZİR BAHALI TRAKTORLAR SATIR – Yeni şirkətini prezidentə təqdim etdi

17 May 2019, 10:28
Seçmə
A A
SABİQ NAZİR BAHALI TRAKTORLAR SATIR – Yeni şirkətini prezidentə təqdim etdi

İsmayıllı hadisələrinə görə işdən çıxarılan Fizuli Ələkbərov “Massey Ferguson”un Bakıdakı təmsilçisidir

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun adı yenidən medianın gündəminə gəlib. Belə ki, mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev  Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgisi ilə tanış olanda  sərgidə məşhur “Massey Ferguson” şirkətinə məxsus texnikanı ölkə başçısına Füzuli Ələkbərov təqdim edib. Modern.az-ın xəbərinə görə,  eks-nazir “Massey Ferguson” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.

“Yeni Müsavat” bildirir ki,  “Massey Ferguson” şirkəti 1953-cü ildə kanadalı kənd təsərrüfatı maşınları istehsalçısı Massey Harris və British Ferguson şirkətinin birləşməsi ilə  yaradılıb.  1958-ci ildə “Massey Ferguson” adı ilə tanınır. Eyni ildə ilk üç qırmızı-ağ üçbucaqdan ibarət olan loqo ilk fəaliyyət  göstərir.  1978-ci ildə müəssisə iqtisadi çətinliklərlə üzləşdiyi səbəbindən səhmlərin bir hissəsini satıb və bəzi istehsal zavodları  bağlanıb. 1992-ci ildə Amerikanın AGCO firması “Massey Ferguson”un kənd təsərrüfatı avadanlıqlarının Şimali Amerika bazarlarında  satışına başlayıb.  1994-cü ildən isə istehsal tamamilə AGCO Korporasiyasının nəzarəti altındadır. Beləliklə, şirkətin müasir adı “AGCO-Massey-Ferguson”dur. Dünyada “Massey Ferguson” markası  altında işləyən traktorların sayı 6 milyondan çoxdur. Qiymətlərinə gəlincə, bu traktorların çox bahalı modelləri də var.

Füzuli Ələkbərova gəlincə, o,  3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.

Massey Ferguson ile ilgili görsel sonucu

Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə “Sputnik” Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.

1992-2006-cı illərdə “İmproteks” Şirkətlər Qrupunun prezidenti olub. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan  Cüdo Federasiyasının prezidenti olub. Məlumatlara görə, bu vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildən YAP-In üzvüdür.

Azərbaycan prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Yada salaq ki, Füzuli Ələkbərov oğlu Vüqar Ələkbərovun yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmuşdu.

Füzuli Ələkbərov ismayıllı ile ilgili görsel sonucu

Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov

Belə ki, 2013-cü il yanvarın 23-də İsmayıllı rayonunda (həmin vaxtı İsmayıllının icra başçısı olan Nizami Ələkbərov Füzuli Ələkbərovun qardaşı idi – red.) Vüqar Ələkbərov “Hummer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb.

Rayon sakinləri buna mane olmağa çalışsa da, V.Ələkbərov və dostları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlər həmin şəxsləri döyüb və Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hummer” markalı maşını yandırıblar.  Bu hadisə ölkədə ciddi rezonans doğurmuş, nəticədə nazirin özü və həmin rayonun icra başçısı olan qardaşı tutduğu vəzifədən azad olunmuşdu.

Əvvəlki yazı

“BÜTÜN SƏNƏDSİZ EVLƏRƏ SƏNƏD VERİLƏCƏK” – “Prezident məni şəxsən çağırıb və…”

Sonrakı yazı

Deputatlar bu gün 18 məsələ ilə bağlı qərar verəcək

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.