08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SABİQ NAZİR 50, APARATININ RƏHBƏRİ 36 MİLYON ÖDƏYİB! – Əli Abbasov həbsdən belə yayındı…

21 May 2018, 19:36
Gündəm, Manşet
A A
SABİQ NAZİR 50, APARATININ RƏHBƏRİ 36 MİLYON ÖDƏYİB! – Əli Abbasov həbsdən belə yayındı…

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov nazir olduğu müddətdə dövlətə vurulmuş ziyana görə istintaq dövründə 50 milyon manat pul ödəyib! Bu barədə “AzPolitika”ya mötəbər mənbə bildirib.

Məlumata görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra Rabitə Nazirliyi –red.) sabiq Aparat rəhbəri Vidadi Zeynalov isə 36 milyon geri qaytarıb. Buna görə də Bakı Apellyasiya Məhkəməsində Zeynalovun həbs cəzası birdən-birə 9 il azaldılaraq, 13 ildən 4 ilə endirilib. V.Zeynalovdan azadlığa çıxması üçün mənimsədiyi ehtimal olunan bütün vəsaiti – 70 milyonu geri ödəməsi tələb olunur.Vidadi Zeynalov bu qədər vəsaitin talanmasında iştirakını qəbul etməsə də, həmin pulu ödəmək üçün vaxt istəyib.  

Qeyd edək ki, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanıblar. İstintaq bu iş üzrə dəyən zərəri 153 milyon manat dəyərləndirmişdi. Buna görə Rabitə Nazirliyinin bir çox rəhbər şəxslərinə qarşı itihamlar irəli sürülsə də, nazirin məsuliyyətdən kənarda saxlanılması maraq doğururdu.

vidadi zeynalov beytulla huseynov rabite nazirliyi azpolitika azerpoct aztelekom

Halbuki, ilkin məlumatlarda Rabitə Nazirliyində dövlət vəsaitlərinin talananmasında Əli Abbasovun yaxınlarının birbaşa iştirakı haqda informasiyalar dövriyyəyə buraxılmışdı. Belə ki, Əli Abbasovun qaynı Elçin İbrahimovun “Qafqaz-S İnşaat” MMC vasitəsilə Rabitə Nazirliynin xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirdiyi, bunun da böyük hissəsinin mənimsənildiyi iddia edilirdi. Elçin İbrahimov da istintaqa ifadəsində bəzi faktları təsdiqləmişdi. Əli Abbasov özü iddiaları qəbul etməyib, sözügedən şirkətə hər hansı bir güzəşt edilmədiyini bildirsə də, Vidadi Zeynalov məhkəmədə demişdi ki, “Qafqaz S İnşaat” MMC-yə nazirin göstərişi ilə vəsaitlər göndərilib, bu işlərə özləri nəzarət edib: “Nazir nə deyirdi, onu icra edirdik. Şişirdilmiş rəqəmlər də göndərilirdi. Nə qədər deyirdi, o qədər göndərirdik. Hər şey onlara aidiydi”.

eli abbas

Bunda əlavə sabiq nazir ifadəsində özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirməklə, dolayısıyla dövlət vəsaitinin talanmasında iştirak etdiyini etiraf etmişdi. Buna baxmayaraq, istintaqın yekununda nə nazirə, nə də onun yaxınlarına qarşı konkret ittihamlar irəli sürülmədi.

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bunun səbəbinə müəyyən qədər aydınlıq gətirmişdi. O, proseslərin birində Əli Abbasovun 7 milyon pul ödədiyini bildirmişdi: “Əli Abbasov tərəfindən rəhbəri olduğu nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min dollar olmaqla, 30.09.2016-cı ilin məzənnəsi ilə 6 milyon 836 min 540 min manat ödəniş aparılıb”.

Ancaq “AzPolitika.info”ya verilən məlumatlardan belə məlum olur ki, bu məbləğ dəfələrlə çox olub – Əli Abbbasova 50 milyon ödədiblər!

Vidadi Zeynalova gəldikdə isə, qeyd edək ki, onunla bağl istintaq materiallarında bildirilirdi ki, qulluq mövqeyindən sui-istifadə edərək, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə, müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Yəni, Zeynalov 73,5 milyonun mənimsənilməsində ittiham edilirdi.

Bununla belə, məhkəməyə göndərilən materiallarda istintaq orqanı Vidadi Zeynalovun ümümi olaraq dövlətə 7 milyon 335 min manat ziyan vurduğunu hesablamışdı. Birinci məhkəmə instansiyasının qərarından əvvəl bunun 3 milyona qədərini ödəyən Zeynalovun işinə Apellyasiya Məhkəməsində baxılmazdan öncə dövlətə vurduğu ziyanı tam ödədiyinə dair məlumat yayıldı.

Məhz bunu nəzərə alan Apellyasiya Məhkəməsinin də Zeynalovun həbsini birdən-birə 9 il azaldaraq 13 ildən 4 ilə endirdiyi, həmçinin təxminən 50 milyon qiymətləndirilən 67 daşınmaz əmlakın üzərinə qoyulan həbsi götürdüyü bildirildi.

vidadi-zeynalov1470298272

“AzPolitika.info” verilən məlumata görə isə Vidadi Zeynalovun cəzasının birdən-birə bu qədər endirilməsinin və əmlakları üzərindən həbsin tam götürülməsinin səbəbi onun daha böyük vəsait qaytarması ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, sabiq Aparat rəhbərinin dövlətə vurduğu ziyana görə 36 milyon qaytardığı bildirilir. Ancaq ondan 70 milyon ödəmək tələb olunur. Əmlaklarının da üzərindən həbsin buna görə götürüldüyü, sataraq və ya girov qoyaraq dövlətə vurduğu ziyanı geri ödəməsinə şərait yaradıldığı bildirilir.

Qeyd edək ki, BTRİB-in sabiq rəhbəri Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon ziyanı tam ödədiyi halda, cəzasının daha az – 13 ildən 7 il 6 aya endirilməsi də, Vidadi Zeynalovun daha böyük ödənişlər etdiyini göstərir. Belə görünür ki, tələb olunan vəsaiti ödəyərsə Vidadi Zeynalov da dərhal azadlığa buraxılacaq.

Qeyd edək ki, Azərbaycanda son vaxtlar cinayətlə məşğul olan, dövlətə 10 milyonlar, hətta 100 milyonlarla ziyan vuran şəxslərin bir müddət sonra taladıqlarının müəyyən hissəsini qaytararaq azadlığa çıxması praktikası geniş yayılmaqdadır. Bu da vəzifəli şəxslərə rahat talançılıqla, cinayətlə məşğul olmaq imkanı verir. “Tutulsam, yığdığımın bir hissini qaytarıb çıxacam” fikrini formlaşdırır.

qudrat

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki son çıxışında bunun yolverilməz olduğunu bildirib. O, deyib ki, büdcə vəsaitlərini talayan şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir: “Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya intizam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir”.

Murad
AzPolitika.info

Əvvəlki yazı

MƏDƏNİYYƏT NAZİRİNƏ BİRİNCİ MÜAVİN TƏYİN OLUNDU – Sərəncam

Sonrakı yazı

“Regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır” – İlham Əliyev

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.