Bir müddət əvvəl sabiq deputat Fərhad Qəribov və oğlu Elnur Qəribov tərəfindən aldadılan Fəqan Cəfərov adlı vətəndaşın şikayətini yaymışdıq. Sabiq deputat, oğlu və qaynı vətəndaşa maddi ziyan vurmaqda ittiham olunur.
Hətta keçmiş deputatın oğlu E.Qəribov bu məsələyə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.
Reportyor.info-nun əldə etdiyi xəbərdə bildirilir ki, ötən həftə Baş Prokurorluqdan Fəqan Cəfərova zəng edilərək 19 avqustda Elnur Qəribovla üzləşəcəyi deyilib.
Həmin gün Baş Prokurorluğun gözləmə otağının qarşısında eks-deputatın oğlu ilə rastlaşan vətəndaş E.Qəribov arasında mübahisə düşüb. 200 kiloya yaxın çəkisi olduğu deyilən E.Qəribov F.Cəfərovu polis idarəsinin darvazasının yanında vuraraq qaçıb.
Hadisə barədə 102 xidmətinə məlumat verilib, təcili yardım çağırılıb. Bel nahiyəsindən yeni əməliyyat keçirmiş F.Cəfərov ağır xəsarət alıb. F.Qəribovla əlaqə saxlamağa çalışırıq.