OktyabrınAlı Mustafayev küçəsinin “3-cü mikrorayon” dairəsindən “3-cü mikrorayon bazarı” istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 85 nömrəli marşrutun mərkəz istiqamətində hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Reportyor.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Dəyişikliyə əsasən, marşrut üzrə avtobuslar müvəqqəti olaraq C.Xəndan küç. – Azadlıq pr. – S. Bəhlulzadə küç.- Atatürk pr., daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.