11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sabah müharibə başlasa… – Qarabağın kimə qalacağını Putin deyəcək?

19 Sentyabr 2018, 10:23
Seçmə
A A
Sabah müharibə başlasa… – Qarabağın kimə qalacağını Putin deyəcək?

Rusiya prezidentinin Bakı və İrəvan səfərində əsas hədəf; Soçi görüşlərindən sonra “5 rayon” söhbəti ciddiləşib; Rusiya KİV-ləri: “Kreml Ermənistanla müttəfiqlik əlaqələrini donduracaq, əgər…”; erməni nəşrindən SOS: “Biz faktiki, müttəfiqlərsiz qalmışıq”

Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinə sayılı günlər qaldı. Sentyabrın 25-də Kreml başçısı ölkəmizdə olacaq. Buradan onun İrəvana gedəcəyi gözlənilir. “Yeni Müsavat” xatırladır ki, Rusiya lideri Azərbaycan və Ermənistan rəhbərləri – İlham Əliyev və Nikol Paşinyanla Soçidə bir ay deyil ki, görüşüb. Bu üzdən siyasi müşahidəçilərə görə, iki və üçtərəfli formatda hansısa mühüm bir proses aparılır ki, həmin proses də Putinin qısa zaman sonra bölgəyə, Bakı və İrəvana ziyarətini qaçılmaz edib. Hansı proses?

Öncə qeyd edək ki, Putinin belə bir səfər marşrutu seçməsi, yalnızca Moskvanın Azərbaycan və Ermənistan arasında balans yaratmaq istəyi ilə əlaqəli ola bilməz. Gündəmdə həmçinin Dağlıq Qarabağ mövzusu, son vaxtlar haqqında çox danışılan “5 rayon” məsələsi və post-inqilab dönəmində Moskva-İrəvan münasibətlərinin perspektivinə birdəfəlik aydınlıq gətirmək zərurətinin olduğu da yetərincə aydın sezilir.

Belə bir ehtiyatlı təxmin də getdikcə özünə daha çox yer eləməkdədir ki, Kreml “Rus NATO-su” sayılan KTMT-də Azərbaycanın müşahidəçi statusu və ya üzvlük alması qarşılığında Qarabağ ixtilafının dinc həllinə təkan verə bilər. Rusiyanın həmçinin Qarabağda böyük müharibənin alovlanmasını önləmək əzmində olduğu deyilir. Çünki müharibə Moskvanın regiondakı maraqlarına, o sırada onun Türkiyə ilə inkişafda olan əlaqələrinə real təhlükə yarada bilər.

*****

Rusiyanın nüfuzlu portallarından olan rosbalt.ru-da Putinin qarşıdakı səfərinə həsr olunmuş “Qarabağın kimin olmasını Putin müəyyən edəcək?” intriqalı başlığa malik təhlil yazısı yuxarıdakı qənaətləri möhkəmlədir. “Yeni Müsavat” məqalənin ən önəmli yerlərini təqdim edir.

Putin Paşinyan ile ilgili görsel sonucu

Yazıda deyilir: “Bu dəfə prezident Putini İrəvanda ”yadlar” qarşılayacaq. Çünki Nikol Paşinyanın hökuməti bütünlüklə Qərb QHT və fondlarının “yetirmələrindən” komplektləşdirilib. Ermənistan “meydanında” danışıqlar necə alınacaq – söyləmək çətindir. Lakin böyük ehtimalla, bunu demək olar ki, əgər Putin Paşinyandan Qarabağla bağlı ciddi güzəştlərə nail olmasa, Kremlin tərəfdaşı sayılan siyasətçilərin və Rusiya biznesinin təqib olunması, habelə İrəvanın qərbyönlü kursu məsələlərində real dönüş əldə eləməsə, Rusiya-Ermənistan müttəfiqlik əlaqələri dondurulacaq. Putinin Əliyevlə görüşdən az sonra Azərbaycana edəcəyi səfərə gəlincə, hazırda Moskva regionda Azərbaycana stavka edir ki, bu da Ermənistanı bərk qıcıqlandırır. Ancaq Bakı özünü ardıcıl və anlaşıqlı aparır, hələ ki heç bir şəkildə bölgədə Rusiya maraqlarına xətər yetirmir və bu zaman öz suverenliyinin də qurban vermir. İrəvan isə tam əksinə hərəkət edir. Odur ki, Putinin Ermənistan səfərinin ortaq siyasi perspektiv baxımından  “məhsuldar” olacağını gözləməyə dəymir. Ancaq Rusiya liderinin səfəri yerli erməni əhalisinə ayıldıcı təsir göstərə bilər: axı nə vaxtsa Ermənistanda parlament seçkiləri keçiriləcək. Azərbaycanda isə səfərlə bağlı geniş geosiyasi planda strateji əməkdaşlıq prinsiplərinin təsbiti, həmçinin energetika, nəqliyyat, hərbi-texniki və humanitar sferalarda, Xəzərdə əməkdaşlıq sahəsində yeni imkanların axtarılıb tapılması  gözlənilir. Və təbii ki, Qarabağ məsələsi də var”.

Nəşr bu yerdə Putinin Bakı və İrəvanın səfərlərinin Azərbaycandakı genişmiqyaslı hərbi təlimlərdən dərhal sonraya təsadüf etməsinə də diqqət çəkib: “Azərbaycan ordusu hazırda Dağlıq Qarabağda düşmənin müdafiəsinin bir neçə istiqamətdə tanklarla yarılması, Ermənistanın hərbi qruplaşmaları və ön birləşmələrinin darmadağın edilməsi, işğal altındakı rayonları düşmən tərəfin hərbi və strateji obyektlərini məhv eləməklə azad etmə ssenarisini məşq edir. Erməni tərəfi isə müharibə şəraitində əməliyyatları məşq edir. Əlamətdardır. Kimin qalib olacağına yəqin ki, Putin qərar verəcək”.

*****

Putin Paşinyan ile ilgili görsel sonucu

Dağlıq Qarabağ məsələsi ətrafında qüvvələr nisbətinin işğalçı Ermənistanın ziyanına dəyişməkdə olmasını, deyəsən, İrəvanda da hiss eləməyə və təlaş keçirməyə başlayıblar. Ən azından, bunu Nikol Paşinyan iqtidarına yaxın mediadakı analitik yazılardan görmək mümkündür. 

“Bizim ətrafımızda sadə olmayan geosiyasi vəziyyət yaranıb. Təəssüf ki, Ermənistan faktiki, müttəfiqlərsiz qalıb”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir SOS siqnallı fikir armenianreport.com-dakı məqalədə yer alıb.

Məqalədə bildirilir: “Ermənistan və ”Artsax” (dırnaqlar bizimdir – red.) Azərbaycanın real hərbi təhdidi ilə üz-üzədir. Ən həyəcanlısı odur ki, bu müharibədə bizim, deyəsən, müttəfiqimiz olmayacaq. Gəlin, birlikdə analiz edək:

İranın başı indi Suriyaya və daxili problemlərə qarışıb. Üstəgəl, Bakı ilə Tehran arasında hazırda praktik olaraq, hansısa ciddi ziddiyyət qalmayıb. Əvəzində qarşılıqlı reveranslar, artıq reallaşan və gələcəyə hesablanan layihələr xoşagəlməz sürətlə artır. Bütün bunlar İranı Azərbaycanın tərəfdarına çevirməsə də, yüz faiz bizim tərəfdarımıza da çevirmir.

Gürcüstan. Burada vəziyyət qədərindən çox aydındır. Bizim yeni rəhbərliyimiz bu ölkə ilə gözəl perspektiv əlaqələr haqda nə qədər istəsən danışa bilər, gerçəkdə isə Gürcüstan həmişəlik olmasa da, uzun müddətə Azərbaycandan asılı ölkə durumundadır. Gürcülər Bakıdan neft, qaz alır, həmçinin nəqliyyat layihələrindən gəlir əldə eləmək imkanına malikdirlər.

Türkiyə. Burada danışmalı bir şey yox. Prezident Ərdoğan Bakıya o dərəcədə tez-tez gəlir ki, sanki öz evindədir.

Ərdoğan İlham Əliyev parad ile ilgili görsel sonucu

Rusiya. Burada da əfsus ki, hadisələrin bizim üçün ziyanlı və fəlakətli sürətlə dəyişikliyinə şahidlik edirik. Bakı və Moskva əməkdaşlığı fəal inkişaf etdirir, o cümlədən də hərbi sahədə. Rusiya bundan sonra da Azərbaycanı silahlandırmağa hazırlaşır. Moskva Bakıya talış xalqının hüququ uğrunda “mübarizi” (Fəxrəddin Aboszadə nəzərdə tutulur – red.) Bakıya təhvil verir. Şübhə var ki, bu, Putinin sentyabrın 25-də Bakıya gətirəcəyi yeganə hədiyyə deyil.

ABŞ və Avropa. Aradakı bütün ziddiyyətlərə, bəyan edilən demokratiya mübarizəsinə rəğmən, onlar Azərbaycana heç bir təzyiq göstərmirlər. Əksinə, hər vəchlə Avropa bazarlarının karbohidrat təchizatçısı kimi Azərbaycanın əhəmiyyətini qeyd edirlər. Plyus, biz artıq görürük ki, Trampın Paşinyanla görüşü baş tutmayacaq. Bu da pis əlamətdir.

ilham əliyev putin ile ilgili görsel sonucu

Məsələdə xüsusi olaraq İsrailə diqqət ayırmaq lazım gəlir. Bu ölkə Azərbaycana həmişə ən müasir silahları satıb və aktiv şəkildə satmaqda davam edir. İndi də görürük ki, İsrailin müdafiə naziri Avidqor Liberman Bakıya uzunmüddətli (5 günlük – red.) səfər edib. Sən demə o, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını da ziyarət edib və İsrail dövləti və Müdafiə Nazirliyi adından əklillər qoyub. Həmçinin, Azərbaycanın Milli Qəhrəmanı, milliyyətcə dağ yəhudisi olan Albert Aqarunovun qəbrini ziyarət edib. O Aqarunov ki, “Artsaxın azadlığı uğrunda mübarizə aparanlar”a qarşı (dırnaqlar bizimdir – red.) döyüşlərdə həlak olub. Bu isə İsrail tərəfdən Azərbaycana artıq açıq-aşkar siyasi dəstək jestidir”.

*****

Nə əlavə eləmək qalır: blokada rejimində olan işğalçı ölkə tezliklə Qarabağ məsələsində realist mövqe tutmayınca, öz qonşularının ərazi bütövlüyünü tanıyıb onlara qarşı əsassız torpaq iddiasına son verməyincə, doğrudan da bölgədə tam təklənmiş duruma düşəcək. Bu isə Ermənistanın nisbi suverenliyinin də itirilməsinə gətirə bilər…

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Əvvəlki yazı

“Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları start götürdü

Sonrakı yazı

“PAŞİNYAN O SƏRVƏTDƏN ÖZ ŞƏXSİ PAYINI İSTƏYİR…” – Prezidentin köməkçisinin məqaləsi

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.