05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sabah 174 sosial mənzil satışa çıxarılır –İddiaçıların 98 faizi yenə kənarda qalacaq, ekspert hökumətə təkliflər verdi

24 Yanvar 2019, 11:42
Cəmiyyət
A A
Sabah 174 sosial mənzil satışa çıxarılır –İddiaçıların 98 faizi yenə kənarda qalacaq, ekspert hökumətə təkliflər verdi

“Sabah Yasamal Yaşayış Kompleksində yerləşən 174 sosial mənzil satışa çıxarılacaq. Elektron satış sabah saat 11:00-da başlayacaq və fevralın 8-də eyni saatda başa çatacaq. Birinci satışda olduğu kimi bu dəfə də“ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək. Sosial ev almaq üçün 10 min nəfərin qeydiyyatdan keçdiyini nəzərə alsaq, bu o deməkdir ki, ev almaq istəyində olanların 2 faizindən azı mənzilə sahib olacaqlar. Bu isə o deməkdir ki, 98 faiz sosial ev axtaran mənzil seçimi edə bilməyəcək”.

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) hazır olan evləri satışa çıxardığını qeyd edib:

“Yasamal Yaşayış Kompleksində bütövlükdə 1843 ailəni mənzillə təmin ediləcək. Bu isə o deməkdir ki, kompleks mövcud qeydiyyatdan keçmiş tələbin 18 faizindən bir az artdığını ödəyəcək. Sabahkı satışda mənzil sahib olacaq ailələr ilə seçim edə bilməyənlərin nisbətinə diqqət yetirsək aydındır ki, elektron satışda iştirak edənlərin böyük əksəriyyətinin ev alması texniki baxımdan mümkün deyil. Ən azı ona görə ki, mənzillərin sayı məhduddur. Aydındır ki, MİDA Yasamalda və daha sonra Hövsanda mənzilləri mərhələli şəkildə satışa çıxaracaq və tələb də mərhələli şəkildə ödəniləcək. Agentliyin tələbi tam və ya əsasən qısa zamanda ödəməsi texniki baxımdan mümkün də deyil”.

V.Bayramov satış zamanı narazılıqların olmaması və eləcə də prosesin daha da təkmilləşdirilməsi təkliflər verib:

1. Əvvəllər də qeyd etdiyimiz kimi, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipli seçimi birmənali qarşılanmır. Doğrudur, belə seçim şəffaflığın təmin edilməsi üçün texniki imkanlar yaradır, kənar müdaxilələri minimumlaşdırır və əslində uyğun Strateji Yol Xəritəsində də bu meyar qeyd edilib. Bununla belə, “first-come, first-served” və ya “ilk müraciət ilk mənzil” prinsipinin özünün qruplaşdırılması mümkündür və bu zaman ev sahib ola bilməyənlərin arasındakı inamsızlığı aradan qaldırmaq olar. Çünki mövcud qaydalara görə, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir.

Aydındır ki, bu yanaşma daha çox texniki vərdişlərlə bağlıdır. Bu baxımdan, güzəştli kateqoriya prinisipi saxlanılmaqla “çevik seçim” mexanizmi çərçivəsində sosial sub-qruplaşmada tətbiq olunması vacibdir. Daha məqsədə uyğun olardı ki, MİDA müraciətlərinin sosial struktruna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar (həsas qruplar) evlə təmin edilməlidir. Həsas qrupların müəyyənləşdirilməsində qanunvericilikdə boşluq olduğu halda bununla bağlı hüquqi bazanın möhkəmləndirilməsi mümkündür. Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər. Xüsusən də himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədə uyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir. Çoxuşaqlı evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bu zaman isə satışda potensial 10 min nəfər eyni vaxtda deyil, mərhələli şəkildə iştirak edəcək və bu da seçim zamanı fərqli səbəblərdən yaranan narazılığı və inamsızlığı ciddi şəkildə azaldacaq.

2. 2019-cu ildə dövlət büdcəsinin xərclərinin 17 faizi artacağını nəzərə alsaq, bu istiqamətə daha çox vəsaitin ayrılması mümkündür. Belə ki, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq.

vuqarbayram-1.jpg

Mənzillərin qiyməti həmin ərazidə yerləşən anoloji mənzil ilə müqayisədə aşağı olsa da belə, sosial mənzillərin qiymətinin daha da ucuzlaşması məqsədə uyğun olardı. Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi nəticə etibari ilə qiymətin aşağı düşməsinə gəririb çıxardacaq. Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq. Odur ki, biz xərcin üçdə birinin dövlət tərfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır. Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqli mənzilin qiyməti 31521 manata, 3 otaqli mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqli mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər.

3. MİDA tərəfindən hər elektron satışda mənzil alan şəxslərin ad və soyadları və onların hansı güzəştli qrupa aid olunması ilə bağlı listin mətbuat vasitəsi ilə yayımlanması və agentliyin internet səhifəsində yerləşdirilməsi məqsədə uyğun olardı. Hazırki iqtisadi islahatların hədəfinin şəffaflığın gücləndirilməsi oduğundan bu sosial evlərin satışı zamanı şəffaflığın və hesabatlılığın artmasına səbəb ola bilər. Nəticədə, sosial mənzillərin satışına inamı gücləndirər. Mənzil sahib olanlar ilə bağlı məlumat kommersiya sirri hesab edilməməlidir və MİDA həmin məlumatların ictimailləşdirilməsi ilə bağlı öncədən potensial alıcılar ilə elektron anlaşma bağlaya bilər.

4. Ötən həftə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na edilən dəyişikliklər etiraf etmək lazımdır ki, mütərəqqidir və bu baxımdan satış mexanizminin daha da təkmilləşdirilməsi imkanları var. Belə ki, yeniliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. “Güzəştli mənzil” sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.

Digər dəyişiklik agentlik tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcəkdir. Qeyd edək ki, “güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək”.

Əvvəlki yazı

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Sonrakı yazı

“Hər bir vətəndaş, vəzifəli adam Azərbaycanda sabitliyi qorumalıdır” –Deputat

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.