13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Saatlıda pensiya rəzaləti – Foto

09 İyul 2020, 15:07
Uncategorized
A A
Saatlıda pensiya rəzaləti – Foto

Saatlı rayonunda sözün həqiqi mənasında təqaüd rəzaləti yaşanır. Bu rayonda vaxtıyla xəstəlik və yaşla bağlı təqaüd təyin olunmuş 52 nəfər neçə aydır ki, təqaüddən məhrum olub. Söhbət ondan gedir ki, bu adamlara həqiqətən də yaş və xəstəlikləri ilə bağlı pensiya təyin olunsa da, sonradan kimlərinsə kooporeativ marağına görə, onların sənədləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Həmin İdarədə aparılan yoxalmalar zamanı məlum olub ki, bu insanlara tam qanuni yolla pensiya təyin edilib.

Amma di gəl ki, DSMF-nin bəzi məmurları və bu qurumun Saatlı rayon şöbəsi həmin şəxsləri aylardır ki, süründürür. Vətəndaşların qanuni təqaüdlərini bərpa etmir. Saatlı şəhəri, Şeyx Yusif küçəsi ev 39 ünvanında yaşayan Seyidov Telman Mirzəxan oğlunu dinləyək:

“2019-cu ilin mart ayında ağır əməliyyat keçirmişəm və böyrəyimin biri əməliyyat zamanı götürülmüşdür. Əməliyyatdan sonra digər böyrəyimdəki problemlərlə bağlı kimya terapiya qəbul etmişəm. Hazırda Respublika Onkoloji Mərkəzində onkoloji xəstə kimi qeydiyyatdayam. Əməliyyatdan sonra 2019-cu ilin iyun ayında sənədlərim onlayn qaydada Respublika Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunub. Mənə onkoloji xəstə kimi III qrup əlillik təyin edilib. Daha sonra Saatlı rayon DSMF-da əmək kitabçası və digər sənədlər əsasında mənə 160 manat pensiya təyin olunub. Hörmətli Prezidentimiz İlham Əliyevin məlum Fərmanından sonra mənim pensiyam minimum həddə 200 manat olunub”.

Bax, buracan hər şey yaxşıdır. Bəli, amansız xəstəlikdən sonra vətəndaş nəhayət ki haqlı olaraq pensiya alır. Vətəndaş dövlətdən razıdır, onun qayğısını hiss edir.

Amma…

Gəlin davam edək:

“2019-cu ilin dekabr ayının pensiyası verilərkən pensiyamın ödənişinin dayandırılması mənə məlum oldu. Saatlı rayon DSMF-nun müdiri Kamal Cəfərov mənə məlumat verdi ki, mənim, Məmmədov Ağasadıq Məmi oğlunun və Quliyev Əli Bəhlul oğlunun sənədləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Müdir mənə dedi ki, narahat olma yaxın günlərdə pensiyan bərpa olunacaq. Bir ay ərzində dəfələrlə Kamal Cəfərovun yanında oldum və hər dəfə eyni sözləri eşitdim. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Aqşin adlı əməkdaşı ilə danışıb, yenə mənə narahat olma, deyirdi. Sonra Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin Elnur müəllim adlı əməkdaşı məni və adlarını qeyd etdiyim Saatlı rayonunun iki vətəndaşı Baş İdarəyə çağırdı. Elnur müəllim hər üçümüzü təmkinlə və sonda üçümüzə də dedi ki, ödənilməyən aylar da daxil olmaqla pensiyanızı tam alacaqsınız! Siz təmizsiniz”.

Amma farslar demiş “çi fayda”. Sən indi gəl bunun DSMF-nin bəzi məmurlarına və Saatlı şöbəsinin müdiri Kamal Cəfərova başa sal. Necə ki, Telman, eləcə də digər 51 nəfər başa sala bilmir.

Xəstə, ağrı-acıdan güclə ayaq üstə dayanan Telman az qala yalvarır ki, ay adamlar, mənim pensiyamı bərpa edin, çünki başqa qazanc yerim yoxdur. Həyat yoldaşım xəstədir, hələ ona da baxmalıyam.

Prezidentə üz tutan Telman deyir:

“Neçə aydır mənim pensiyamın ödənişi dayandırılıb və ailəm çox korluq çəkir. Məndən başqa ailəyə gəlir gətirən yoxdur. İndi mənə məlum olub ki, ƏƏSM Nazirliyinin əməkdaşı Aqşin Saatlı rayon DSMF-nun müdiri Kamran Cəfərovla əlaqəyə girib mənim pensiyamı bərpa etmirlər. Güman edirəm ki, bundan onların umacaqları var.

Sizdən xahiş edirəm ki, kasıb təbəqənin insanlarının pensiyasının hansı səbəblərdən dayandırılması, niyə ƏƏSM Nazirliyinin və Saatlı rayon DSMF-nın bi işə səhlənkar yanaşmasının araşdırılması üçün göstəriş verəsiniz”.

Qeyd edək ki, müraciətdə adı hallanan Aqşin adlı şəxs DSMF-nin audit şöbəsinin müdiri Aqşin Əlizadədir. O, habelə DSMF-nin pensiya şöbəsinin müdiri Eyvaz İsmayılov Telman, yaşla bağlı pensiyaya çıxmış Tofiq Hüseynov, daha 50 nəfəri dövlətin onlara haqlı olaraq ayırdığı pensiyadan məhrum edib. Bir qrup insanı dövlətdən, onun apardığı sosial siyasətindən narazı salıb.

Haqqında söhbət gedən o 52 nəfərdən hansını dindirsən onu deyəcək: “Aqşıin, Eyvaz və Kamal Cəfərov pensiyamızın bərpa olunmasına imkan vermir”.

İndiki ağır pandemiya dönəmində, dövlətin hər bir Azərbaycan insanının sağlamlığı üçün əlindən gələni etdiyi bir vaxtda, tam haqlı, qanuni pensiyasından məhrum etməyi Allah və qanun götürməz. Bu kiçik məmurlar hələ də bilmirlər ki, bu dövlət öz vətəndaşının mənafeyini heç kimin ayağına verməz. İnsanları dövlətdən narazı salmaq olmaz.

Yeri gəlmişkən DSMF-nin pensya şöbəsinin müdiri Eyvaz İsmayılov özü xəstəliyə görə pensiya alır. Sağalam ola-ola… Bu artıq başqa söhbətin mövzusudur. Mövzuya qayıdacağıq.

Əvvəlki yazı

Jurnalist tək adamlıq aksiya keçirdi – Foto

Sonrakı yazı

“Turist yox, toy-yas yox, ət niyə bahalaşır” – İqtisadçı

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.