09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Səud kralının cangüdəninin qətlindəki sirr pərdəsi – Gizlinlər…

30 Sentyabr 2019, 16:01
Dünya, Manşet
A A
Səud kralının cangüdəninin qətlindəki sirr pərdəsi – Gizlinlər…

“Təsnim” İnformasiya Agentliyi, 29.09.2019

 

Səudiyyə Ərəbistanının rəsmi mediası general Əbdüləziz əl-Fəğmin şəxsi fikir ayrılıqlarına görə bir dostu tərəfindən öldürüldüyünü iddia edib.

Əl-Fəğm 30 il Kral Abdullah bin Əbdüləzizin keçmiş cangüdənlərindən biri, Kral Xalid Hərbi Məktəbinin məzunu, Səudiyyə Kral Qvardiyasının əməkdaşı idi.

 

Kral Salmanın şəxsi cangüdəninin ölümü ilə bağlı rəsmi hekayət

 

Məkkeyi-Mükərrəmə polisinin açıqlaması bu cürdür: “Şənbə axşamı briqada generalı Əbdüləziz bin Bədah əl-Fəğm Ciddə şəhərinin əl-Şati (Sahil) məhəlləsində yaşayan dostu Turki bin Əbdüləziz əs-Səbatinin evinə gəlib. Məmduh bin əl-Məşəl əl-Əli adlı ortaq dostları da ora təşrif gətirib.

öhbət əsnasında briqada generalı əl-Fəğm və Məmduh əl-Əli arasında mübahisə yaranıb. Nəticədə, Mamduh odlu silahla əl-Fəğmə atəş açıb, onu və digər iki nəfəri yaralayıb.

Xəsarət alanlardan biri ev sahibinin qardaşı, digəri filippinli xidmətçi olub.

Təhlükəsizlik qüvvələri əs-Səbatinin evinə gəldikdə, cani onlara atəş açmağa başlayıb və təslim olma çağırışlarına məhəl qoymayıb.

Son nəticədə, cinayətkar öldürülüb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan briqada generalı Əbdüləziz əl-Fəğmi isə xilas etmək mümküm olmayıb…”

 

Müxalifətin fərqli hekayəti

 

“Twitter” səhifəsində Ali-Səud xanədanının gizlinlərini faş etməklə tanınan məşhur fəal (söhbət 2,5 milyon nəfər izləyicisi olan“Müctəhid”dən gedir – tərc.) Kralın şəxsi cangüdənini öldürtməkdə şübhəli bilinən şahzadə Bin Salmanın generalın sədaqətinə əmin olmadığını qeyd edib.

“Müctəhid” yazıb: “Kral Salmanın şəxsi cangüdəni olan Əbdüləziz əl-Fağm hadisə baş verən vaxt dostunun evində deyil, sarayda olub. O, kral qvardiyasının çoxdankı və etibarlı üzvü idi, Ali-Səud səltənətinə qəlbən bağlıydı və Səudiyyə tacdar şahzadəsi Məhəmməd bin Salman əl-Fəğmin özünə sadiq olacağına qətiyyən əmin deyildi”.

Səudiyyəli tənqidçi Məhəmməd bin Salmanın əl-Fəğmi saraydan uzaqlaşdırmaq istəyini dəfələrlə açıq şəkildə bildirdiyini vurğulayıb.

 

Kral Salmanın sirlərinə bələd şəxsin şübhəli ölümü

 

Əl-Fəğm əvvəlcə keçmiş Kral Abdullah bin Əbdüləzizin şəxsi cangüdəni idi və onun ölümündən sonra Kral Salmanın şəxsi cangüdəni olub. 2017-ci ildə Kral Salman onun rütbəsini general-leytenanta çatdırıb.

Körfəz Düşüncə Mərkəzinin araşdırmaçı jurnalisti Əli əl-Əhməd general Əbdüləziz əl-Fəğmin ölümünü ilk elan edən şəxslərdən biridir. O, “Tvitter”də Məhəmməd bin Salmanın cangüdəni ölümündən bir neçə gün əvvəl vəzifəsindən azad etdiyini yazıb.

Başqa bir statusunda jurnalist qeyd edib: “Əl-Fəğm sirr dolabı və 2002-ci ildən bəri Kral Abdullahın şəxsi cangüdəni idi. Buna görə də, Məhəmməd ibn Salman onu özünə qarşı təhlükə sayırdı, xüsusən, əl-Fəğm Camal Xaşuqcini qətlə yetirən kral sarayının mühafizəçilərinin başçısı olduğuna görə”.

Səudiyyə Ərəbistanının tanınmış müxalif fəalı Həmzə əl-Həsən isə Kral Salmanın şəxsi cangüdəninin öldürülməsi ilə bağlı bunu yazıb: “General Əbdüləziz əl-Fəğmin qətli bir sıra dəlillərə görə şübhə doğurur. Birincisi, kiber-milçəklərin (Bin Salmanla əlaqəli troll qrupları – tərc.) keçirdiyi nəhəng media hay-küyə görə. Bu, yalnız qətlin arxasında duran əsl səbəbləri gizlətmək və ya senzuradan keçirmək məqsədi daşıyır”.

Həmzə əl-Həsən tvitlərində qeyd edib: “Əbdüləziz əl-Fağmin şəxsi səbəblərə görə öldürüldüyünü iddia edən Səudiyyə hökumətinin xəbərlərinə inanmamalıyıq, çünki qatil də, məqtul (qətl edilən – tərc.) kralın cangüdənləridir və hadisənin başqa fərziyyəsini bizə nəql edə biləcək heç bir şahid yoxdur. Yalnız rəsmi hekayət mövcuddur, o da yalandır və mahiyyət qərəzsiz təqdim edilməlidir. Səudiyyə Ərəbistanının rəsmi məlumatı yalandır”.

Əl-Həsən statusun davamında yazıb: “Növbəti məqam budur ki, əgər padşahın iki cangüdəni arasında şəxsi fikir ayrılıqları vardısa, niyə onlardan biri digərini evdə deyil, ictimai yerdə öldürməyib? Öldürülən Əbdüləziz əl-Fəğm həmişə küçədə idmanla məşğul olurdu və onu səs-küysüz, kimsənin mövzunun mahiyyətindən xəbərdar olmadan oradaca öldürmək daha asan olardı”.

Səudiyyə Ərəbistanından olan insan haqları müdafiəçisi Yəhya Əsiri də eyni rəydədir: “Səudiyyə rəsmi mediasının briqada generalı Əbdüləziz əl-Fəğmin öldürülməsinin təfərrüatları ilə bağlı açıqlamaları uydurmadır və Səudiyyə rəsmilərinin həqiqəti gizlətdiyini göstərir”.

Səudiyyə fəalları, ümumən, Kral Salmanın şəxsi cangüdəni briqada generalı Əbdüləziz əl-Fəğmin vəhşicəsinə öldürülməsi və şübhəli qətlini bu işdə dəhşətli təcrübəsi ilə tanınan Səudiyyə tacdar şahzadəsi ilə əlaqələndirirlər.

Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda “Vaşinqton Post” qəzetinin köşə yazarı Camal Xaşuqcinin Bin Salmanın etibarlı adamları tərəfindən öldürülməsini təsvir edən fotomateriallar padşahın şəxsi cangüdəninin qətlindəki sirr və şübhə pərdəsini daha da qatılaşdırır.

Tərcümə: Strateq.az

 

Əvvəlki yazı

“Düdelanj” – “Qarabağ”: hakimlər bəlli…

Sonrakı yazı

“Gəncə işi”ndə tutulan 4 nəfər azadlıqda

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.