13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sərdar Cəlaloğlu: “Uşaqlarımızı ölkədən qaçırmamışıq”

05 Noyabr 2019, 10:45
Siyasət, Seçmə
A A
Sərdar Cəlaloğlu: “Uşaqlarımızı ölkədən qaçırmamışıq”

 

Avropada yaşayan jurnalist Cavanşir Həsənli yazıb ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun övladı Cəlal Məmmədov Londonda şirkət açıb.

Onun bildirdiyinə görə, “SYNERGY COOPERATION LIMITED” şirkəti bu il fevralın 15-də qeydiyyatdan keçib. C.Həsənli qeyd edir ki, S.Cəlaloğlunun qardaşı Qurban Məmmədovun da oğlu Britaniyada şirkət açmışdı.

Qoşqar Məmmədova məxsus “BYTE IT LTD” 2011-ci ildən fəaliyyət göstərib, maliyyə çətinlikləri üzündən 2015-ci ildə bağlanıb. Bu məsələ ilə bağlı ADP sədri suallarımızı cavablandırıb. Onun müsahibəsini təqdim edirik:

– Sərdar bəy, oğlunuzun Londonda şirkət açması düz xəbərdir? 

– Kaş ki düz olaydı… Əvvəla, çox şad olardım ki, oğlum Londonda şirkət açsın. Çünki Cəlal beynəlxalq hüququ oxuyub, 15 ildir İngiltərə vətəndaşıdır. Amma bildiyim qədər şirkət açmayıb.

Çünki onun səhhətində problem var. Ona görə yüngül, “qara” işlə məşğul olmasını istəmişik. İndi Cəlal taksi sürür. Şirkət açdığı deyilən Cəlal Məmmədovun atasının adının Sərdar olduğu orada qeyd olunmayıb. Ola bilsin ki, başqa Cəlaldır.

Yəni mən Cəlalın şirkət açmasından xəbərsizəm. Amma özüm də ona demişəm ki, bizneslə məşğul ol. Sadəcə, biznes qabiliyyətimiz aşağıdır, ailəmizdən güclü biznesmen çıxmayıb. Amma yenə də oğlumdan dəqiqləşdirərəm, əgər şirkət açıbsa öyrənərəm. Mən çox arzu edərdim ki, Cəlalın şirkəti olsun.

– Ümumiyyətlə, onun şirkəti olmayıb? 

– İngiltərədə şirkət açmaq asan məsələdir. Sizin fikriniz Azərbaycana getməsin. Sən orada üç saata şirkət yarada bilirsən. Axı İngiltərədə bürokratiya yoxdur, bir əməliyyat keçirirsən, şirkət qurursan.

– Amma cəmiyyət həmişə qınayır ki, müxalifət liderləri uşaqlarını xaricə çıxarıb, camaatın uşaqlarını mübarizəyə səsləyirlər…

– Mənim uşaqlarımın ölkədən getməsinin öz tarixçəsi var. 2003-cü ildə həbsdə olanda Andreas Qross (o vaxtkı AŞ PA həmməruzəçisi – E.S.) dedi ki, uşaqlarını tutacaqlar. Mənə təklif elədi ki, razılıq ver, onları çıxaraq. O vaxt bir oğlum Sankt-Peterburqda oxuyurdu, Cəlal isə Bakıdaydı. Qross mənə dedi ki, uşaqları incidəcəklər. Mən artıq həbsdən çıxanda Rusiyada olan oğluma BMT mühacir statusu vermişdi. Sonra ikisini də İngiltərəyə göndərdilər. Qızım isə ailə qurdu, həyat yoldaşı yaxşı yerdə işləyirdi. Məni tutanda kürəkənimin iki yolu varı idi: ya ölkədən getmək, ya da ailəni dağıtmaq. Onlar da İngiltərədədir. Yəni biz uşaqlarımızı ölkədən qaçırmamışıq. Əksinə, onların heç biri xaricdə yaşamağa razı deyildi. İndi də darıxırlar. Hazırda iki nəvəm Norveçdə yaşayır, 5 nəvəm isə İngiltərə vətəndaşıdır. Yəni bir var kefdən, bir də var məcbur qalıb mühacirətə gedəsən. O dövrdə şərtlər belə diktə edirdi.

– Nəvələrinizi görmüsünüz? 

– Nəvələrimi görmüşəm. Mən gedib-gəlirəm, onlar da gəlirlər. Amma İngiltərəyə gedəndə bir ay sonra darıxmağa başlayıram. Pisdir, hər nədirsə, ən gözəli Azərbaycandır. Mənim vətənimdən getmək fikrim yoxdur, övladlarım da qayıtmaq istəyirlər. Sadəcə, burada şərait yoxdur. Sizə asan gəlməsin. Onlar Azərbaycanda harada işləyəcəklər? Heç özüm də onların qayıtmasının tərəfdarı deyiləm. Nə vaxtsa normal şərait olarsa, qayıtmağa razılaşaram.

– Mən sizin üzərinizdə fokuslamıram, Əli Kərimlinin, Arif Hacılının və başqa siyasətçilərin uşaqları da xaricdədir. Övladı Avropada, Amerikada olan siyasətçinin millətin uşaqlarını mübarizəyə səsləməsi nə dərəcədə etikdir?

– Burada qeyri-etik heç nə yoxdur. Stalin deyirdi ki, oğul ataya görə məsuliyyət daşımır. İkincisi, Sərdar Cəlaloğlu heç kəsin qızını və ya oğlunu küçəyə çağırmır. Mənim oğlumu elə mitinqlərdə iştirakına görə tutmaq istəyirdilər. Biz vətəndaşları bizim yox, öz azadlığı üçün mübarizəyə çağırırıq. Belə çıxır ki, guya övladlarımızı gizlədirik. Ümumiyyətlə, həmin vaxt həbsdə idim, mənim onları ölkədən çıxarmaq imkanım yoxuydu, bunu Qross elədi.

Mən sizə bir faktı deyim: o vaxt Amerikadakı görüşlərimə və çıxışlarıma görə Naxçıvanda əleyhimizə mitinqlər təşkil olunmuşdu. ABŞ Dövlət Departamentində görüşlərdə olmuşdum. Departament rəsmisi mənimlə şəxsi görüş istədi. Dedi ki, həyatınıza təhlükə var, Azərbaycana getməyin, qalın. Mənə ən yüksək səviyyədə mühacir statusu təklif elədi. Hətta Rəsul Quliyev dedi ki, düz deyirlər, getmə, qal. Dedim, gedərəm, kişi kimi də ölərəm, amma qalmaram. Onda kəndimizin camaatı deyirdi ki, onları asın, kəsin, bu ailəni vətəndaşlıqdan çıxarın.

– İnsanlar deyirlər ki, liderlərin uşaqları da gəlsin, bizə qoşulsun, aksiyaya çıxsınlar…

– Bu tayfa davası deyil ki?! Biz iqtidara traybalist deyirik. Amma müxalifətdən tayfabaz olmağı gözləyirik. Məsələn, Siyavuş Novruzovla bibi nəvəsiyik, indi ona deyim ki, niyə YAP-dasan? Çox qohumlarımız vardı ki, bizimlə eyni mövqeyi bölüşmürdü. Amma o dövrdə repressiyaya dözməyib ölkədən getdilər. Mən qohumumu qoruya bilmirəmsə, günahım nədir? Bu dəqiqə ali savadlı, mütəxəssis olan qardaşım taksi şoferi işləyir. Halbuki konservatoriyanı qurtarıb. Böyük qardaşım bilirsiniz ki, müharibədə döyüşüb, qazidir. Qurban bəy isə vəkil idi. Mən həmişə deyirdim ki, Azərbaycanda vəkillərin “qızıl onluğu”nda Qurban bəy var. Onu da o qədər sıxışdırdılar, vəkillik mandatını əlindən aldılar, həbs elədilər. İnsan bütün ömrünü həbsdə çürütməli deyil axı?! Məsələn, xalam uşaqları baş götürüb Rusiyaya getdilər. Bizim tayfada nə qədər ali təhsilli varsa, ölkədən gedib. Yəni onlar mənim qohumumdu deyə sıxışdırılıblar. Odur ki, reallıq budur, indi nə etməliyəm?

– Yeri gəlmişkən, qardaşınız Qurban Məmmədovun oğlu Qoşqarın da Londonda şirkət açdığı yazılıb…

– Qardaşımın günahı nədir? Onun oğlu acından ölməlidir? Ümumiyyətlə, şirkət açmaq anlayışı fərqlidir. Siz elə bilirsiniz ki, şirkət çox böyük bir müəssisə deməkdir. İngiltərədə pinəçi də bir köşk açırsa, onu şirkət kimi qeydiyyata salmalıdır. Qoşqar Londonda kompüter təmir edir. Sən bufet də açsan, şirkət kimi rəsmiləşdirməlisən. Qurban bəyin bir oğlu da İspaniyada yaşayır. Onu da burada sıxışdırmışdılar. Acından ölməli deyildi, məcbur getdi. Eləcə də Qoşqar getdi. Azərbaycanda işləməyən adam ailəsini necə dolandırsın? Bu gün nazirlərin uşaqlarının İngiltərə vətəndaşlığı var. Bizimkilər məhrumiyyətdən gedir, onlar oğurlanmış pulları ora daşıyırlar. Siz bundan danışın. Mən çox istəyərdim ki, həmin jurnalist oğlum Cəlalın şirkətinin fəaliyyət profilini də açıqlasın, hesabında nə qədər maliyyə olduğunu araşdırsın. Cəlalın çox yaxşı əlaqələri var. O, Malayziya kralının oğlu ilə dostdur. Bu cür yüksək ranqlı münasibətləri çoxdur. Ona həmişə deyirəm ki, bu əlaqələrdən istifadə elə, pul qazan. Sadəcə, səhhəti imkan vermir.

 

Əvvəlki yazı

Gömrük işçisi vətəndaşın telefonunu müsadirə edib

Sonrakı yazı

Keçmiş başçıdan deputata: “Zatını bilməyən…”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.