09-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şəmkirin meyvə oliqarxlarının Piter savaşı – sifarişli qətl, adam oğurluğu, narkotik alveri

04 İyul 2018, 19:19
Seçmə, Banner
A A
Şəmkirin meyvə oliqarxlarının Piter savaşı – sifarişli qətl, adam oğurluğu, narkotik alveri

“Banan Elçin”lə Xəlilov qardaşları arasında başlayan milyon yarımlıq mübahisəyə Rusiya İstintaq Komitəsi qarışıb; Elçin Əhmədovla Elbrus Məmmədov istintaqdan yayınıb, Azərbaycana sığınıblar; “Ciyər axşamı”nda qurulan masada kimlər olub…

 

1 milyon 500 min dollarlıq mübahisənin arxasındakı müdhiş məqamlar

Bu günlərdə Rusiyanın “Kommersant” qəzeti Sank-Peterburqda meyvə-tərəvəz biznesilə məşğul olan azərbaycanlı biznesmenlər arasında baş vermiş qalmaqaldan yazıb. Məqalədə bildirilir ki, Sankt-Peterburq şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan iri çaplı iş adamları Elçin Əhmədovla (ona “Banan Elçin” deyilir. Bu sahəni monopoliyada saxladığı üçün-red.) Novruz Xəlilov və ikincinin qardaşları arasında mübahisə yaranıb. Qəzetin yazdığına görə, E.Əhmədov N.Xəlilovun 1 milyon 500 min dollar pulunu quldurluq yolu ilə ələ keçirib. Musavat.com Rusiyanın nüfuzlu nəşrlərindən olan “Kommersant”da çıxan yazının linkini təqdim edir https://www.kommersant.ru/doc/3676178

İstintaqın versiyasına görə, biznesmen öz menecerləri ilə birgə şəriklərinin kassasından 12 milyon rubl, təxminən 1 milyon 500 min dollar quldurluqla ələ keçirib.

РподозÑениÑÑ Ð² Ñазбое ЭлÑÑин ÐÑмедов (на ÑоÑо) Ñзнал, когда к Ð½ÐµÐ¼Ñ Ð´Ð¾Ð¼Ð¾Ð¹ пÑиÑли Ñ Ð¾Ð±ÑÑками

Elçin Əhmədov

Kommersant.ru yazır ki, illik ticari dövriyyəsi 7 milyard rubl olan azərbaycanlı iş adamı ittihamı qəbul etmir. Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İdarəsi həmin şikayəti əsas tutub Əhmədovun evində, iş yerində xüsusi təyinatlıların iştirakı ilə axtarış aparıb. Bununla belə, Əhmədovun vəkilinin apardığı araşdırma ilə onun hər hansı bir quldurluqda iştirakı təkzib olunur. Sənədlərə görə 2015-ci ilin noyabrında baş verməsi iddia edilən cinayət quldurluq əməli kimi tövsif olunub. Qarşı tərəf isə bundan narazı qalıb. Çünki Rusiya qanunlarına görə quldurluq cinayətləri İstintaq Komitəsinin araşdırdığı cinayətlər sırasında deyil, digər hüquq mühafizə orqanları belə cinayətlərin araşdırılması ilə məşğul olmalıdırlar.

Mövzu ilə bağlı musavat.com olduqca maraqlı, hətta sensasional sayıla biləcək bilgilər əldə edib.

Elbrus Məmmədov: qalmaqallı biznesmen, davakar şərik, yarılan baş

 

Öncə qeyd edək ki, E.Əhmədovla N.Xəlilovun qalmaqalında üçüncü şəxsin də adı çəkilir. Bu, Elbrus Məmmədovdur. Onların üçünün də Şəmkir doğumlu olduqları deyilir. Elbrus Məmmədovla Novruz Xəlilovun rayonun Şiştəpə kəndindən, Elçin Əhmədovun isə Şəmkirin özündən olduğu deyilir.

2a60e63b-362d-4b32-8eeb-dc6a242f5adb.jpg (93 KB)

Elbrus Məmmədov

Yeri gəlmişkən, Elbrus Məmmədovun adı ötən il bir qalmaqalda da çəkilirdi. Onun Razil Məmmədov adlı iş adamının başını yararaq, xəsarət yetirdiyi barədə əksər saytlarda xəbər yayılmışdı. Razil Məmmədov özü bu barədə jurnalistlərə açıqlama vermişdi.

 

Argentinadan gələn gəmi, 2 aydan sonra üzə çıxan qəsb

Musavat.com-un əldə etdiyi məlumatda bildirilir ki, Elçin Əhmədov Xəlilov qardaşlarının 1 milyon 500 min dollarını Elbrus Məmmədovla əlbir olub, ələ keçirib. Bu olayın hekayəsi isə son dərəcə maraqlıdı. “Kommersant”ın məqaləsində də adı keçən Rövşən Muradovun deyilənə görə, Elçin Əhmədovla Elbrus Məmmədova 1 milyon 500 min manat borcu varmış. Mənbəmiz bildirir ki, bu borcu Rövşən ödəyə bilmədiyi üçün Elçin Əhmədovla Elbrus Məmmədov onu girov götürüblər. Hədə-qorxu gələrək pulu ödəməsini tələb ediblər. Həmin vaxt Rövşən Muradov Novruz Xəlilovun firmasında menecer işləyirmiş.

772393a0-df85-4183-8949-46e82132b060.jpg (52 KB)

Novruz Xəlilov

O, Argentinadan və Cənubi Afrika Respublikasından gətirilən iri partiyada meyvəni Elçinlə Elbrusa verib, bu yolla borcdan yaxa qurtarmaq istəyib. Bundan sonra Rövşən Məmmədov ortadan yox olub. Yəqin Xəlilov qardaşlarının qəzəbindən özünü qorumaq istəyib. Xəlilovlar başlarına gələndən 2 ay sonra xəbər tuta biliblər.

075d94f5-c2a2-4a2f-b9be-63cccd7e707c.jpg (58 KB)

Bundan sonra İstintaq Komitəsinin əməkdaşları Rövşən Muradovun izinə düşüb, onu saxlayıblar. R.Muradovun ifadəsi zamanı Elçin Əhmədovla Elbrus Məmmədovun barəsində axtarış elan olunub. Mənbənin məlumatına görə, onlar həbsdən yayınmaq üçün Azərbaycana qaçıb.

“Ciyər axşamı”nda qurulan masada kimlər qumar oynayıb?

Əldə etdiyimiz məlumatların arasında o da bildirilir ki, Elbrus Məmmədov Azərbaycana gəldikdən sonra burda oğluna sünnət toyu edib. Məclis iyunun 26-da olub. Bundan bir gün öncə isə “Ciyər axşamı” deyilən mərasim keçirilib. Bu mərasimdə ölkənin yüksək rütbəli məmurlarının, tanınan iş və sənət adamlarının iştirak etdiyi deyilir. Sünnət toyunda və “Ciyər axşamı” mərasimində başqa ölkələrdən də qonaqların iştirak etdiyi haqda bilgilər var. Musavat.com-un əldə etdiyi məlumatda o da deyilir ki, “Ciyər axşamı” mərasimində 80-100 nəfərin iştirakı ilə böyük qumar masası qurulub.

İki nəfərin bildiyi sirr deyil, ölümdü…

c419c5c8-a89b-4ae3-8e87-b5a9216c04c2.jpg (87 KB)

Niyaməddin Məmmədov

Elbrus Məmmədov sifarişli qətldə də suçlanır. Belə ki, onun qardaşı Niyaməddin Məmmədovun qayınanasının youtube kanalında müraciəti var. Qadın iddia edir ki, onun qızını həyat yoldaşı xüsusi qəddarlıqla qətlə yetirib. Qadının çıxışının 1:27-ci hissəsində bir maraqlı məqam diqqət çəkir. O, Məmmədov qardaşlarını narkotik ticarətində suçlayır. Həmin videon təqdim edirik.

Bu video youtube kanalında 2013-cü ilin aprel ayında paylaşılıb. Deyilənə görə, qətllə bağlı Niyaməddin həbs edilsə də 2 il sonra o, azadlığa buraxılıb. İddialara görə, qadın Məmmədovların hansısa sirrini bilirmiş və onları tez-tez bu sirri açıqlayacağı ilə hədələyirmiş…

Elbrus Məmmədovun erməni şərikinin olduğu da deyilir. Bildirilir ki, o, Osetiyada inşaat biznesi ilə məşğuldu. Osetiyada iki şərikinin olduğu haqda məlumatlar var. Osetin şərikinin adı Marat, erməni şərikinin adı isə Surendi. E.Məmmədovun Bakıda “Ağ şəhər” layihəsində də inşaat işləri apardığı bildirilir.

Musavat.com mövzu ilə bağlı araşdırmaları davam etdirəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki yazı

Sonrakı yazı

İlham Əliyevdən Pirverdiyevə sərt tənqid: Utanmalısınız..

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.