24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Səlim Müslümov birinci dəfə niyə həbs olunmuşdu? – Cinayət dosyesi

06 Fevral 2021, 12:34
Cəmiyyət
A A
Səlim Müslümov birinci dəfə niyə həbs olunmuşdu? – Cinayət dosyesi

 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ardından keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da istintaqa çağırılması xəbəri yayılıb. Eyni komandanın nazirləri olmuş Məmmədovla Müslümov vəzifədə olduğu dönəmdə də daim mətbuatın diqqət mərkəzində olublar. Böyük talançılıqlarda adları çəkilib. Bu gün Ziya Məmmədov evində, Səlim Müslümov isə “içəri”də oturub. Maraqlıdır ki, o, istintaqa çağırılması ilə bağlı məlumatı şərh etməyib.

Səlim Müslümovun da həbsindən əvvəl istintaqa çağırılması xəbəri atası tərəfindən təkzib edilmişdi. Növbəti gün isə Səlim Müslümovu istintaqa çağırıb həbs etdilər. Yayılan məlumatlardan belə aydın olur ki, bu, Səlim Müslümovun “içəri” ilk gedişi deyil.

Onun adı maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Bəşər Hacıyev, Səlim Müslümov və Səbayelin icra başçısının birinci müavini Hüseyn Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham edilmişdilər. Belə ki, bununla bağlı yayılan məlumatlara görə, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışdığı dönəmdə Azərbaycan Əmanət Bankından (indiki KapitalBank) milyonlarla vəsaitin “yoxa” çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. O zaman bankın Səbail filialının rəhbəri Bəşər Hacıyev də Səlim Müslümovla birgə həbs edilib. Hətta bu məsələyə görə maliyyə naziri Samir Şərifovun da başının ağrıdığı vurğulanır. İddia olunur ki, sözügedən maliyyə maxinasiyasına görə Bəşər Hacıyev uzun müddət “içəri” göndərilib, Səlim Müslümov isə 6 aydan sonra azadlığa buraxılıb.

Az sonra maxinasiyada adı hallanan Hüseyn Hüseynov Binəqədiyə icra başçısı göndərilib. Səlim Müslümovun da səsi Gömrük Komitəsindən eşidilməyə başladı. Ortada yoxa çıxan 50 milyon dollar isə Bəşər Hacıyevin razılığı ilə onun ayağına “oformit” olundu. 5 il sonra Bəşər Hacıyev artıq çöldə idi. Üstəlik onun sorağı Beynəlxalq Bankın Xırdalan şöbəsinin müdiri vəzifəsindən gəlirdi. Bəşər Hacıyev babat bir dəstə yaradıb xarici şirkətlərin bankdakı hesabından pulları çəkmədə ittiham olunurdu. Müslüm Səlimovun suç ortağı həmin əməllərinə görə növbəti dəfə “içəri” göndərildi. Artıq çıxıb və yenidən vəzifə almaq üçün ora-bura baş vurur.

Səlim Müslümova gəlincə, 2 il əvvəl nazir vəzifəsindən çıxarılandan adı baş nazirliyə iddialı kimi hallanırdı. Amma onu Milli Aviasiya Akademiyasında Dünya iqtisadiyyatı kafedrasının müdiri təyin etdilər. Hələ o günlərdə Səlim Müslümovun cinayət dosyesinin hazır olduğunu yazmışdıq.

2013-cü ildən 2018-ci ilin aprelinə kimi əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Səlim Müslümovun böyük yeyintilərinin üzə çıxdığı haqda çox ciddi mənbələrdən verilən xəbərlər vardı. Bildirilirdi ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunar-olunmaz adıçəkilən nazirlikdə ciddi kadr islahatlarına start verməklə yanaşı, Səlim Müslümovun zamanında yol verilən nöqsanların, yeyinti faktlarının araşdırılması ilə bağlı xüsusi tapşırıq verib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin yoxa çıxmasının da məhz həmin yoxlamalar nəticəsində üzə çıxdığı iddia olunurdu. Həmin yazıdan sitat:

“Uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. Bildirilir ki, artıq ölkə başçısına bununla bağlı zəruri bilgilər verilib. Bu isə öz növbəsində, Səlim Müslümovun durumunu bir xeyli ağırlaşdıra, hətta sonda onun həbsi ilə nəticələnə bilər. Çünki ortada kifayət qədər ciddi ittihamlar, daha dəqiq desək, 2-2,5 milyard manatlıq yeyinti faktı mövcuddur. Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondunda mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, sözügedən fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb.

Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçilərinə artı

Əvvəlki yazı

Hava şəraiti kəskin dəyişir (XƏBƏRDARLIQ)

Sonrakı yazı

Qubadlının Muğanlı kəndindən görüntülər (FOTO/VİDEO)

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.