Reportyor.info xəbər verir ki, Bərdə rayonunda yaşayan gözdən əlil Nazilə Musayeva adlı qadın acınacaqlı vəziyyətdə olan yaşayış tərzi barədə sosial şəbəkədə video yayımlanıb. Bildirilir ki, Naziləni uşaq olan zaman İmişlinin Nurlu kəndində yaşayan Əzizulla adlı şəxs internatdan övladlığa götürüb. Ailə onu istismar (qız uşağına uyğun olmayan işlər gördürməklə) etdikdən sonra evli birinə ərə verib! Birgə nigahdan onların bir oğlu dünyaya gəlir.Sonralar öz həyat yoldaşı da bu qadını və oğul övladını tərk edib gedir. Hal-hazırda süpürgəçi işləyən Nazilə ayda 123 manat əmək haqqı alır. Bu isə onun gündəlik xərclərini qarşılamır. Kirayə pulunu belə vatında ödəyə bilməyən qadın həmin evdən çıxarılıb və küçələrdə azyaşlı övladı ilə birgə yaşamağa davam edir. Nazilənin 8 yaşlı oğlu maddi imkansızlıq səbəbində təhsilini davam etdirə bilmir.
Ailəyə yardım etmək istəyənlər, (050) 210 27 35 (Xəyyam bəy) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Xanıma Milli ÖN-lə pul köçürmək üçün: Hesab nömrəsi: Musayeva Nazilə Əzizulla qızı Bank Respublika 380194402867363301 Şəxsiyyət vəsiqəsi
VİDEO