08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şəkidə möhtəşəm yol salınır – Foto

14 Sentyabr 2020, 11:59
Uncategorized
A A
Şəkidə möhtəşəm yol salınır – Foto
Ölkə başçısının 30 iyul 2020-ci il tarixli Sərəncamına əsasən, 3 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm – İsmayıllı – Şəki avtomobil yolunun 134-cü km-də başlanğıcını götürən Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı tikinti işləri həyata keçirilir.
Reportyor.info xəbər verir ki, Şəki rayonu Aşağı Kəldək, Aşağı Daşağıl, Aydınbulaq, Əliyar, Şirinbulaq, Çolaqlı kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 28.1 km təşkil edir.
Bu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü km-də ayrılan və 18 km uzunluğa malik Aydınbulaq avtomobil yolu, həmçinin başlanğıcını Aydınbulaq yolundan götürən və 10.1 km olan Aşağı Kəldək, Aşağı Daşağıl, Şirinbulaq və Çolaqlı kəndlərinin yollarıdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq.
Çınqıl, qara örtük və torpaq əsasdan ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdır.
Üstəlik bir-çox yerdə yolun səviyyəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Bu üzdən torpaq yatağının relyefdən layihə səviyyəsinə qaldırılmasına ehtiyac yaranmışdır.
Bundan başqa yolun bəzi hissəsində torpaq yolun orta eni 4-5 metr təşkil edir. Yağıntı olduğu zaman yolda nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, dayanır. Sadalanan problemlərin tam olaraq aradan qaldırılması üçün agentlik yol boyu təxirəsalınmaz tədbirlərin icrasına start verib.
Yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən bərbası, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq genişləndirilməsi ilə yenidən inşası, eyni zamanda atmosfer sularını yoldan kənarlaşdırmaq və kənardan yağış sularının yola daxil olmaması üçün avtoqreyderlə küvetlərin qazılması, yaşayış məntəqələri daxilində zəruri yerlərdə “U” şəkilli beton küvetlərin çəkilməsi işləri həyata keçirilir. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-ə yaxındır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yol əsasın alt layının qum-çınqıl, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla bərkidilməsi işləri görülür. Yol əsası hazır olan hissələr isə əlaqələndirici bitum səpilməklə 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü ilə döşənir.
Bundan başqa avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə 54 yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, 2 yerdə dördbucaqlı su keçidinin inşası də layihə üzrə yerinə yetirilən işlərdəndir.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Sözügedən yolların yenidən qurulması ilə 5 yaşayış məntəqəsinin 3 mindən artıq əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.
Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.
Əvvəlki yazı

Şok: BDU-dakı iclasda Mehdiyevin toyu lağa qoyuldu – Video/Özəl

Sonrakı yazı

Kərəm Həsənovun bacısı falçıya 1 milyon verib?

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.