10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
Cəmiyyət
A A
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
Artıq bir müddətdir ki, tələbə adını qazanan abituriyentlər bu uğurlarına görə sevinc içindədirlər. Onların arasında öz şirin canlarını vətən uğrunda vəda edən şəhidlərimizin əmanət övladları da var.
Şəhid müəllim Əvdil Quluyevin iki övladı da tələbə adını qazananlar arasındadırlar.
Ülvü Quluzadə bu il Beyləqan rayon Ə.Məmmədov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbindən məzun olub. O, bu il ali təhsil müəssisəsinə daxil olub:
“İxtisasım “Beynəlxalq münasibətlər”dir. Bu sahə mənə maraqlı gəldi. Özümü bu istiqamətdə inkişaf etdirəcəyimə və gələcəkdə faydalı işlər görə biləcəyimə inanıram. Bacımla birlikdə eyni vaxtda uğur qazanmaq bizim üçün xüsusi bir hissdir. Ailəmizə ikiqat sevinc bəxş etdik və bu bizi daha çox çalışmağa həvəsləndirir”.
Ülvü bacısı ilə bu uğurlarını şəhid atasının ruhuna həsr etdiklərini qeyd edir və həmçinin abituriyentlərə də öz tövsiyələrini bildirir:
“Əminəm ki, atam bu gün mənim və bacımın uğurlarını görsəydi, çox fəxr edərdi. Onun xatirəsi bizə güc verir, uğurlarımızı onun ruhuna həsr edirik. Məktəb illərində dərslərimdə yaxşı nəticələrim olub. Müəllimlərimin etimadını qazanmaq və onların ümidini doğrultmaq mənim üçün elə ən böyük uğurdur.
Abituriyentlərə tövsiyəm budur ki, heç vaxt yorulmasınlar. Hər çətinliyin arxasında mütləq bir uğur var. Özlərinə inansınlar və hər gün bir addım irəli atsınlar. Mən düşünürəm ki, həyatımızda ən böyük güc elm və təhsildir. Gənclərə tövsiyəm budur ki, vaxtlarını boş yerə sərf etməsinlər, gələcəkləri üçün çalışsınlar”.
Şəhidimizin daha bir əmanəti Nərmin Quluzadə bu il magistr adını qazanıb. O, mühasibatlıq üzrə magistr təhsili alacaq: “Seçdiyim sahə həm elmi, həm də praktiki baxımdan inkişaf üçün geniş imkanlar yaradır. Qardaşımın da bu il ali məktəbə qəbul olması ailəmiz üçün böyük sevinc oldu”, – deyə əlavə edir.
Nərmin də qardaşı kimi bildirir ki, atası bu gün həyatda olsaydı, bu uğurları ilə çox qürurlanardı. Onun xatirəsini daim yaşatmaq və layiqli övlad olmaq onların ən böyük məqsədlərindən biridir.
Xatırladaq ki, Vətən müharibəsinin şəhid müəllimi Əvdil Quliyev 1972-ci il iyulun 31-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub və burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən “N” saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 2018-ci ildən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi ilə məşğul olub. 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. O, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Əvdil Quliyev noyabrın 7-də Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əvdil Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medallar və “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif edilib. (Mənbə: Azərbaycan müəllimi qəzeti)

Əvvəlki yazı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

Sonrakı yazı

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.