09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

27 Fevral 2021, 11:19
Seçmə
A A
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

 

Keçmiş deputat, Ukraynadakı səfir Elmira Axundova “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sabiq sədri, hazırda həbsdə olan Rasim Məmmədovla qaranlıq əlaqələrini gizlətməyə çalışır. Bunun üçün Axundovanın oğlu Həbib Axundov bir gecənin içində sosial mediadakı hesabından Rasim Məmmədovla bağlı paylaşımları silib.

Halbuki Həbib Axundov “Rasim Məmmədov anamın kitabını maliyyələşdirdi”, “Rasim Məmmədov koronavirus fonduna pul köçürdü”, “Rasim Məmmədov müsahibə verdi” və bu kimi paylaşımlarla reyderliklə məşğul olan birini az qala peyğəmbər elan edib car çəkməkdən yorulmurdu.

Özünün “Audi” markalı idman avtomobilini Rasim Məmmədovun “Bentley” markalı, Az 10 AH 784 nömrə nişanlı avtomobilin yanında saxlayıb kumirinin maşınına söykənməklə foto çəkdirib şəstlə paylaşırdı. Rasim Məmmədov da bütün asan qazanc, korrupsiya pullarına əli çatan hər bir zat kimi dəbdəbə həvəskarıdır. Onun belə maşınları bir deyil, iki deyil. Maşrut avtobusunun nömrəsini xatırladan 784 rəqəmi Məmmədov üçün xüsusi məna kəsb edir. Belə ki, dəstəbaşının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-lə bitir. AA 784, AZ 784, AH 784, YY 784, PP 784 Rasim Məmmədovun bahalı maşın koleksiyasındakı avtomobillərdə quraşdırılan dövlət nömrə nişanlarıdır.

Elmira və Həbib Axundovların adları 8 milyonluq dələduzluq işinə qarışandan sonra onların da bahalı maşınlar kolleksiyası ortaya çıxıb. 2013-cü ildən bu yana Axundovlar sonluğu əsasən 111-lə bitən bir-birindən bahalı 10-a yaxın maşın alıblar. Nömrə nişanı Az 10 HH 111, “Porsche Cayenne” avtomobili, Az 90 XX 111 “Jeep Wrangler” avtomobili, Az 90 RR 111 “Porsche Panamera” avtomobili, Az 90 CF 900 “Porsche Cayenne” avtomobili, Az 90 HH 111, “Tayota Prado” avtomobili, Az 10 LS 050 “AUDI Q 7” minik avtomobili 2000-ci ilə qədər ”Moskviç-407″də gəzən Axundovların avtomobil parkında yer alır.

Həbib Axundovun üzərinə Rasim Məmmədovu reklam etmək öhdəliyini kimsənin qoymadığı aydındır. Görünən odur ki, gizli bağları onu paylaşmağa bir xəbər tapmayanda ölkədə tanınan reyderin bahalı “Bentley”inə söykənib foto çəkdirib paylaşmağa çəkir, bununla “ulduz”u gündəmdən düşməyə qoymurdu. Anasının yazdığı kitaba Rasim Məmmədovun adını yuxarı başdan yazmaq da onu mümkün həbsdən qorumağa hesablanmışdı. Vaxtı gələndə həmin kitabı ortalığa çıxarıb onu istintaqın dəmir qollarından qoparmalı idi. Artıq Rasim Məmmədovun gözlənilən həbsi baş tutub və belə paylaşımlar Həbib Axundovun səhifəsində yoxa çıxıb. Aydındır ki, adı külli miqdarda dələduzluqda keçən və buna görə qandallanan biri ilə əlaqələrə kimsə can atmaz. Amma indiki halda bu yanaşma keçərli deyil. Çünki Həbib Axudnovun da, onun anasının da adları illərdir mətbuatda məhz külli miqdarda dələduzluq işləri üzərindən hallanmaqdadır. Hətta Elmira Axundovanın dələduzluğa görə bu gün həbsdə olan Elnur İbrahimova “rasklad” verməsini təsdiqləyən səs yazısı, Elnur İbrahimovun Elmira Axundovaya günaşırı 5 min manat aparmasını təsdiqləyən yazışmalar da cinayət işlərində yer alıb. Bütün bunların ardından üzə çıxıb ki, Rasim Məmmədovla Elmira Axundovanın, onun oğlu Həbib Axundovun əlaqələri var.

Bu gün Rasim Məmmədovun saysız-hesabsız qanunsuzluqları cinayət işi çərçivəsində araşdırılmaqdadır. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 3-də rəsmi məlumat yayıb. DTX qeyd edir ki, Rasim Məmmədovun ölkədə metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına və dövlətin mənafelərinə zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı daxil olmuş məlumatlar araşdırılıb. Açıqlamaya görə, onun satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon manatı mənimsəməsinə, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr yaranıb: “Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”. Bu açıqlamaya hələlik Rasim Məmmədov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

55 milyon manatlıq mənimsəmədə ittiham edilən Rasim Məmmədovun metallurgiya sahəsində çalışmış iş adamlarına qat-qat artıq məbləğdə ziyan vurduğu da gizli deyil. İstintaqın gedişində Rasim Məmmədova qarşı irəli sürülmüş ittihamın vurulmuş ziyanla bağlı hissədə dəyişəcəyi, artacağı ehtimalı böyükdür. İllərlə onun iş adamlarına qarşı qanunsuz addımları haqda Azərbaycan mətbuatında müxtəlif səpkili yazılar dərc olunub. Ramiz Mehdiyevin orbitində olan bir çoxları kimi Rasim Məmmədov da belə hallarda törətdiyi qanunsuzluqların ictimailəşməsinin qarşısını almaq üçün məhkəm

Əvvəlki yazı

Nigeriyada məktəbə hücum, 317 qız şagird qaçırıldı

Sonrakı yazı

Əfəndilər kəndindən görüntülər – Video

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.