Sabiq prezident Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır. Bu barədə bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Nursultan Nazarbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır. Səfir diqqətə çatdırıb ki, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub. “O, daimi olaraq vəziyyəti izləyir”, – diplomat vurğulayıb.