11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ŞƏFƏQ AĞACAN HƏBSİLƏ BAĞLI AÇIQLAMA YAYIB – Barəsində həbs qətimkan tədbiri seçildi + FOTO (Yeniləndi)

03 May 2019, 18:53
Gündəm
A A
ŞƏFƏQ AĞACAN HƏBSİLƏ BAĞLI AÇIQLAMA YAYIB – Barəsində həbs qətimkan tədbiri seçildi + FOTO (Yeniləndi)

Bu gün Xətai Rayon Məhkəməsində qanunsuz narkotik maddə satmaqda təqsirləndirlən Şəfəq Ağacanın (Ağabalayeva) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

Qərara əsasən, Ş.Ağacan barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İttihama görə, Ş.Ağacan Bakı şəhər ərazisində marixuana satarkən saxlanılıb.

Xatırladaq ki, Ş.Ağacan “Bakupress” milli informasiya agentliyinin rəhbəridir.

***

Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılır.

ONA-nın xəbərinə görə, xanım jurnalist Xətai Rayon Məhkəməsinə gətirilib. Birazdan hakim Cavid Hüseynin sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılacaq.

Xatırladaq ki, jurnalistin saxlanılması barədə ilk xəbər ONA xəbər agentliyində yayımlanıb. Xəbərdə qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

245ccc32a7cc583

***

6Xəbər verdiyimiz kimi, dünən ölkə mediası Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacanın (Şəfəq Ağabalayeva) narkotik alveri ilə məşğul olduğuna görə həbs edildiyi barədə xəbər yayıb. Xəbərdə qeyd edilir ki, 1976-cı il təvəllüdlü Şəfəq Ağacan Nərimanov rayonu ərazisində marixuananı satarkən yaxalanıb. Şəfər Ağacan hadisə ilə bağlı açıqlama yayıb. O bildirib:

“Öncəliklə bütün dostlarım və xalqıma demək istəyirəm ki, mənim gecəm də, gündüzüm də xeyir içində deyil! Məni yaxından, ictimaiyyətdən tanıyan hər kəs necə bir qadın və insan olduğumu çox yaxşı bilir. Mənə işçi olaraq gördüyüm və düşünürəm ki, yanıma planlı yerləşdirən bir nəfərin yardımıyla böyük bir böhtan atılıb və şərlənmişəm.
Bunu demək istəyirəm ki, bu günə qədər ayağımda, qolumda qüvvət olduqca, bacardığım qədər xalqımın problemlərinə qaçmış və həll etməyə çalışmışam. Bu gün mən hərəkət edə bilmirəm və xalqımın mənə dəstək olmasını istəyirəm. Hazırda üzərimə oynanan “möhtəşəm ssenari”nin qurbanı olmaq istəmirəm. Xalqım üçün, vətənim üçün mübarizə aparmaq mənim bir Azərbaycan xanımı kimi borcumdur.
Mən həmişə “Narkomaniya” bəlasına qarşı mübarizə aparan biri olmuşam. Azərbaycan qızı, ana olaraq bir çox işlərə imza atmışam.
03.05.2019 tarixində saat 10:00 radələrində məhkəməm olacaq, məni tanıyan hər kəsdən istəyim və xahişim məni tək qoymasınlar, tanımayanlar isə fəaliyyətimlə maraqlansınlar və qərarlarını versinlər. Hər şeydən öncə mən bir Azərbaycan anasıyam.
Uzun müddətdir xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil. Bir daha səslənirəm ki, mənə atılan bu iyrənc böhtana qarşı saat 10.00-da Xətai rayon Məhkəməsində hər kəsin mənə dəstək olmasını gözləyəcəm. Gələ bilənlərə və gəlmə imkanı olmayan dəstəyi, ürəyi mənimlə olan hər kəsə indidən minnətdarlığımı bildirirəm!
Hörmətlə, Şəfəq Ağacan”.
***
c8198239bc43b050ef5a169372789f40

Ötən gün Bakının Nərimanov rayonunda narkotik vasitə satmaq istəyərkən polis tərəfindən saxlanılan Şəfəq Ağacan (Ağabalayeva) bu gün məhkəmə qarşısına çıxarılacaq.

ONA-nın verdiyi xəbərə görə, bununla bağlı bir qədər əvvəl Şəfəq Ağacanın şəxsi “Facebook” səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, məhkəmə iclası Xətai rayon Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Şəfəq Ağacanın adından paylaşılan yazının şərh bölümündə “Facebook” istifadəçilərindən biri onun Toma İsmayılova adlı qadın tərəfindən böhtana məruz qaldığını iddia edib. İstifadəçinin bildirdiyinə görə, T.İsmayılova özünü keçmiş ANS televiziyasının əməkdaşı kimi təqdim edərək, Ş.Ağacanın təsisçisi olduğu “Bakupress” xəbər saytında işləməyə başlayıb.

Xatırladaq ki, jurnalistin saxlanılması barədə xəbər ilk olaraq ONA xəbər agentliyində yayımlanıb. Xəbərdə qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

***

Bakıda narkotik alveri ilə məşğul olan qadın jurnalist tutulub.

ONA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki yazı

Mühüm sərəncam – Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

Sonrakı yazı

Novruz Məmmədov aparatın iclasını keçirdi –Qaldırılan məsələlər müzakirəyə çıxarıldı

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.