04-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sədərək” yanğınında dəyən ziyan milyonlarla ölçülə bilər – “Azı16 anbar kül olub…”

05 Avqust 2019, 17:22
Gündəm
A A
“Sədərək” yanğınında dəyən ziyan milyonlarla ölçülə bilər – “Azı16 anbar kül olub…”

“Sədərək” ticarət mərkəzində ötən gün baş vermiş güclü yanğın nəticəsində 10-dan çox anbar kül olub. Hazırda ərazi polis nəzarətindədir, yanğının baş vermə səbəbini araşdırmaq üçün istintaq qrupu hadisə yerində araşdırma aparır.  

Virtualaz.org saytının əməkdaşları  hadisə yerindən xəbər verirlər ki, yanğının bürüdüyü anbarlardan və mağazalardan çıxarılmış mallar küçəboyu yığılıb, bəziləri tüstüdən, yaxud sudan yararsız hala düşüb. Mallar sahibkarların iştirakı ilə bu gün tezdən iritutumlu yük maşınları ilə daşınır.

Yanğın ərazisinə jurnalistlər buraxılmır, foto və məlumat üçün ticarət mərkəzinin rəhbərliyinin icazəsi tələb olunur. Zərərçəkmişlərdən biri deyir ki, onlara kənar şəxslərə məlumat verilməməsi ilə bağlı xəbərdarlıq edilib. Onlar da ehtiyatlı davranmağa çalışırlar, əks halda obyektləri əlindən alına, yaxud yer haqqı bahalaşdırıla bilər.

“Mənim obyektim yanmayıb, amma baxın, mallar suyun altında qalıb, yararsız hala düşüb”, -yanğının baş verdiyi əraziyə yaxın mağazalardan birinin sahibi deyir və əlavə edir ki, ona obyekti boşaltmağı tapşırıblar.

“Təxminən axşam saat 4-5 olardı. Bir də gördüm ki, anbarların birindən qatı tüstü çıxır. Obyektlər bir-birinə yaxın yerləşdiyindən alov tez bir zamanda yayıldı. Ehtimal edilir ki, parfümeriya mağazasından başlayıb, tezalışan mallar olduğu üçün qarşısını ala bilməyiblər”- sahibkar danışıb.

Satıcılardan biri isə and-aman edir ki, ən azı 16 anbar yanıb, amma cəmi 7-8 mağazanın yandığını söyləyirlər. Heç kimi əraziyə yaxın buraxmırlar, deyirlər ki, yanğından salamat çıxmış malların oğurlanmasından çəkinirlər. “Kimin obyekti sığortalanıb, az-çox kömək edirlər. Bu ticarət mərkəzində dəfələrlə belə hadisə baş verib. Amma yenə də əksəriyyətin sığortası yoxdur”,-satıcı söyləyib. 

Yanğın nəticəsində dəymiş zərər hələlik hesablanmayıb, kimi ona dəyən zərərin 1 milyon manatdan yüksək olduğunu, kimi də 600-700 min manata çatdığını söyləyir. Belə olsa ümumi ziyan milyonlarla hesablana bilər.

Sahibkarların  söhbətini dinləyirik, biri danışır ki, mağaza qonşusu dərs mövsümünə görə xaricdən dəftər-kitab, məktəb ləvazımatları gətirib, anbarı doldurub, hamısı da kül olub. Birinin parfümeriya, digərinin çilçıraq mağazası yanıb.

Malların yanğın yerindən çıxarılmasında polislər və FHN əməkdaşları xüsusi aktivlik göstəriblər. Şahidlər deyirlər ki, sahibkarlardan biri həyəcanlı halda obyektə girib mallarını çıxarmağa çalışıb. Məhz polislərin çevikliyi nəticəsində təşvişə düşmüş sahibkarı xilas etmək mümkün olub.

“Ətrafı alov qarışıq qatı duman bürümüşdü, kimi canın, kimi malın dərdindəydi. Nə qədər adam burdan ailəsinə çörək aparırdı, illərlə yığılan malların bir gündə kül olması sözlə ifadə edəcək bir şey deyil”,-ticarət mərkəzinin əməkdaşının köməyi ilə bizi ərazidən məcburi uzaqlaşdırırlar.

Xatırladaq ki, FHN-in yaydığı rəsmi məlumata görə yanğın cəmi 900 kvadratmetr sahəni əhatə edib. Yanğının qarşısı alınarkən polislər və FHN əməkdaşları arasında tüstüdən zəhərlənənlər olub, amma insan itkisi yoxdur.

Əvvəlki yazı

Millət vəkili şəhidimiz Pərvin Əliyev haqqında çəkilmiş “Təki Vətən yaşasın” adlı filmin təqdimatında çıxış edib

Sonrakı yazı

“BAŞ DİREKTOR “AZƏRPOÇT”DA YOXLAMALARI QƏSDƏN UZADIB” – Maliyyə Palatası ilə sövdələşib?

BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.