Ölkədə koronavirusa yoluxmanın sayı günbəgün artsa da, ticarət mərkəzlərində, bazarlarda karantin rejiminin qaydalarına riayət olunmur.
Hit.Az-ın əməkdaşı paytaxtın “Sədərək” ticarət mərkəzində olub və müşahidələr aparıb. Onun sözlərinə görə, bazarda sosial məsafə gözlənilmir, maska taxanların sayı isə çox azdır.
Üstəlik, “Sədərək” TM-nin üstü elə bağlanıb ki, içəridə nəfəs almaq mümkün deyil. Bu da boğanaq, havasızlıq yaradır.
Ümumiyyətlə, ticarət mərkəzinin sahibi Yusif Qədimbəyli pandemiyaya qarşı bazarda heç bir önləyici tədbir görməyib.