Müğənni Şəbnəm Tovuzlu yeni mənzil alıb.
Reportyor.info xəbər verir ki, o, bu barədə “Birə-bir” verilişində deyib:
“Xırdalanda yeni mənzil almışam. Qızım var. Bəlkə, sabah kasıb oğlan sevəcək. Mən də baxacam ki, oğlan kasıbdır, evi qızıma verəcəm, gedib həyat yoldaşı ilə yaşasın”.
Xanım sənətçi əgər qızına şou-biznesdən elçi düşərsə, qızını ona verməyə razı olduğunu bildirib:
“Qızıma şou-biznesdən elçi düşən ağıllı oğlan olsa, razılaşaram. Əsas odur ki, bir-birini sevsinlər. Qızımın 16 yaşına qədər onunla qapalı olmuşam. Amma indi aramız açıqdır. Demişəm ki, hər şeyini mənimlə bölüş”.
Qeyd edək ki, müğənninin birinci evliliyindən 19 yaşlı Günel adlı bir qızı var. Şəbnəmin ikinci nikahından bir oğul övladı da var. İfaçı Hacı Rafiq