Müğənni Şəbnəm Tovuzlu Türkiyədə istirahətdədir.
Reportyor.info xəbər verir ki, uzun müddətdir Moskvada toylarda və konsertlərdə çıxış edən ifaçı bir neçə günlük Azərbaycana qayıtsa da, yenidən ölkəni tərk edib.
İstanbula yollanan Şəbnəm Tovuzlu sosial şəbəkə hesabında fotolarını paylaşıb.
Xatırladaq ki, bir müddət əvvəl Moskvada konsert verən müğənni sərt tənqid olunmuşdu. İzləyicilər onun müharibə bitər-bitməz konset verməsini qınaq atəşinə tutmuşdu.























