15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ŞƏXSİ HƏYATININ MÜZAKİRƏSİNİ MƏTBUATA QADAĞAN EDƏN PREZİDENT:Putin jurnalistləri qanunlarla susduracaq…

30 May 2019, 08:26
Manşet
A A
ŞƏXSİ HƏYATININ MÜZAKİRƏSİNİ MƏTBUATA QADAĞAN EDƏN PREZİDENT:Putin jurnalistləri qanunlarla susduracaq…

Adətən, əkiz övladların dünyaya gəlişi böyük sevinclə qarşılanır və əgər valideynlərdən biri hökumət başçısı, digəri isə tanınmış ictimai fiqurdursa, o zaman, bi qayda olaraq, körpələrin fotoları mətbuat səhifələrini doldurur.

Lakin Vladimir Putinin idarə etdiyi Rusiyada, belə görünür, vəziyyət fəqrlidir: ölkədə Putinin şəxsi həyatının mediada müzakirəsi qadağandır.

Artıq bir müddətdir, Moskvada Rusiya liderinin 36 yaşlı sevgilisi, gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın bu ayın əvvəli Moksvada dünyaya əkiz körpələr gətirdiyi haqda şayiələr dolaşır.

Putin və “gizli birinci xanım” ləqəbi almış Kabayeva haqda şayiələr ilk dəfə 2008-ci ildə – Kabayevanın İsveçrədə, deyilənə görə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskinin məsləhət gördüyü özəl klinikada dünyaya övlad gətirdiyi zaman dolaşmağa başlamışdı.

Kreml o vaxt da, indi olduğu kimi, Kabayevanın doğuşu haqda məlumatları gizlətməyə çalışırdı. Özəl həyatını məxfi saxlayan Putin (bu, onun Dövlət Təhlükəsizlik Komitəsi –KQB-də işlədiyi vaxtlar yaranan bir vərdiş ola bilər) Kabayeva ilə münasibətləri olduğunu uzun vaxtdır inkar edir.

Mümkün romantik münasibətlər haqda bir dəfə sualı cavablandırarkın Putin deyib: “Mən həmişə xəstə burunları və erotik fantaziyaları ilə insanların şəxsi həyatına qarışan adamlar haqda mənfi fikirdə olmuşam.”

Putin 2013-cü ildə həyat yoldaşı Lyudmila Şkrebnevadan boşandığını elan etmişdi. Onların bu 30 illik evlilikdən iki qızları var. Putin “Aeroflot” hava yollarının keçmiş bələdçisi və rus dili müəllimi olmuş həyat yoldaşından ayrıldığını Kremldə balet tamaşasının fasiləsi zamanı ictimaiyyətə açıqlayaraq, bunun qarşılıqlı razılaşma əsasında əldə edilmiş qərar olduğunu demişdi.

Putinlə boşandıqdan sonra Lyudmila Şkrebneva yenidən ailə qurub və ictimaiyyət arasında az-az görünür.

Rusiya kütləvi informasiya vasitələrindəki mənbələrə əsasən, Kreml bu dəfə də əkizlərin doğulması haqda xəbərlərə operativ şəkildə reaksiya verərək, Putinin şəxsi həyatı haqda məlumatlar verən qəzet və xəbər saytlarına münasibətdə qəti mövqeyini bir daha nümayiş etdirib. 2016-cı ildə Rusiyanın RBK telekanalının üç redaktoru Putinin sərvəti haqda materiallara görə işdən çıxarılıb.

İlk dəfə Rusiya liderinin yaxın çevrəsinə daxil olan oliqarx Arkadi Rotenberqin sahibi olduğu “Moskovskiy Komsomolets” veb saytı Alina Kabayevanın əkizləri dünyaya gətirdiyi haqda məlumat verib. Lakin material dərhal səhifədən çıxarılıb. Rusiya rəsmiləri bununla bağlı şərh verməkdən imtina edir.

Lakin bundan sonra Kabayeva haqda digər xəbər səhifələrində də məlumatlar verilməyə başlayıb. Bunlardan biri “dni.ru” saytında “Əkizləri olmuş Kabayeva yox olub” başlığı altında çıxan məqalədir.

Putinin yaxın çevrəsinə aid olan daha bir oliqarx-Aleksandr Karmanova məxsus “Dom2Life” şoubiznes veb saytında Kabayeva haqda ilk dəfə məlumat onun mayın 12-də 36 yaşının tamam olduğu gün verilib.

Rusiyada araşdırmaçı jurnalist Sergey Kanevə əsasən, Kabayeva əkiz oğlanları Kulakov adına klinikada qeysər kəsiyi cərrahiyyə əməliyyatı vasitəsilə dünyaya gətirib. Kabayeva üçün klinikada əvvəlcədən bir mərtəbənin hazırlandığı deyilir. Britaniyanın “Daily Mail” qəzetinə müsahibə verən Kanev deyib ki, əməliyyat italiyalı həkimin iştirakı ilə keçib.

Alina Kabayeva böyük idmandan getdikdən sonra model kimi çalışıb və 2014-cü ilə qədər Rusiya parlamentinin qanunuvericisi olub. O, hazırda Milli Media Qrupunun rəhbəridir.

Kabayeva haqqında xəbərlərin belə gizli saxlanması Rusiyada mətbuat azadlığının daha məhdudlaşdırıldığı və Kremlin xəbərlərin təqdimatına nəzarətini gücləndirdiyi vaxta təsadüf edir.

Bu ayın gündəlik “Kommersant” qəzetinin ondan çox jurnalisti tanınmış muxbirlər İvan Afronov və Maksim İvanovun işdən çıxarılmasına etiraz olaraq qəzetdə fəaliyyətlərini dayandırdıqlarını elan edib. Jurnalistlər Afronov və İvanovun müəllifləri olduğu məqalənin Kreml tərəfindən bəyənilmədiyini bildirib.

Qəzetin sahibi Putinlə yaxın əlaqələrə malik milyarder oliqarx Alişer Usmanovdur.

Mart ayında “Kommersant” qəzetinin daha bir jurnalisti Mariya Karpenko Sank Peterburqda siyasi hadisələrlə bağlı məqalələrinə görə işdən çıxarılıb.

Müstəqil “The Bell” xəbər agentliyinə əsasən, “Kommersant” digər rəqib media qurumları arasında Kremldən müstəqilliyini saxlaya bilsə də, siyasi mövzularda senzuraya məruz qalırdı, lakin jurnalistliərin kütləvi şəkildə qəzeti tərk etməsi bu müstəqilliyi sul altına altına almış olur.

Rusiya jurnalistləri hökumətin xəbər redaksiyalarının müstəqilliyini daha da çox məhdudlaşdırmağa çalışacağından ehtiyat edir. Mart ayında Putin “saxta xəbərlər”in yayılması və “hökumətə hörmətsizlik” haqda qanunlara imza atıb. Bu qanunları pozanlara qarşı cərimələr və həbs cəzaları tətbiq ediləcək. Müşahidəçilər qanunların qeyri-məyyən yazılışının azad mətbuatın bundan sonra daha da çox sıxışdırılması üçün istifadə edilə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Amerikanın Səsi

Əvvəlki yazı

“Çelsi” hesabı açdı – Yenilənir

Sonrakı yazı

Bakıdakı finalın ən yaxşı oyunçusu açıqlanıb

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.