Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Sərdar Cəlaloğlu: “Problem onun qızının erməniyə ərə getməsi deyil, belə bir adamın diaspor lideri olmasıdır”

2018-05-09
in Cəmiyyət
A A
0
Sərdar Cəlaloğlu: “Problem onun qızının erməniyə ərə getməsi deyil, belə bir adamın diaspor lideri olmasıdır”
0
SHARES
9
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Sərdar Cəlaloğlu: “Problem onun qızının erməniyə ərə getməsi deyil, belə bir adamın diaspor lideri olmasıdır”

Əliməmməd Nuriyev: “Diaspor təşkilatları qurularkən onu yaradanlar prosesə qeyri-ciddi yanaşıblar”

Ötən həftənin gündəm mövzularından biri də Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədrinin qızının erməni oğlanla ailə həyatı qurması oldu. Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutan nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak etmişdi. Həyat yoldaşı da erməni olan Ağakişi Kərimov adlı diaspora nümayəndəsinin ailəsində baş verənlər Moskvada yaşayan azərbaycanlılar, o cümlədən ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı.

İctimai fikir adamlarının bu məsələ ilə bağlı fikirləri isə birmənalı deyil. Bir çoxları belə bir hadisənin olmasını arzuolunmaz hesab etsə də, cəmiyyətin verdiyi sərt reaksiyanın beynəlxalq aləm tərəfindən normal qarşılanmayacağını bildirirlər.

Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədrinin qızı ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu məsələnin aqressiv şəkildə müzakirə edilməsi doğru deyil: “Konkret bu fakta nəzər salsaq, burada bir azərbaycanlı qızını erməniyə ərə verməyib. Bu,  qarışıq bir  ailədir və qızın anası da faktiki olaraq ermənidir. Bu məsələ dinimizdə belə nəzərdə tutulub ki, bir müsəlman qadın o  zaman bir xristiana ərə gedə bilər ki, həmin kişi İslamı qəbul edib müsəlman olsun. Bir müsəlman kişi o zaman xristian qadınla evlənə bilər ki, qadın İslamı qəbul eləsin.

Digər tərəfdən, məsələnin siyasi tərəfi də var. Biz bu gün Ermənistanla  hərbi münaqişədəyiksə, düşmənçiliyimiz erməni xalqı ilə deyil. Biz torpaqlarımızı işğal edən, rusun əlində alətə çevrilən və bizim dövlətimizin müstəqilliyinə imkan verməyən ideyaya, şüura qarşı düşmənik. Əgər Qarabağı Ermənistan yox, məsələn, Gürcüstan işğal etsəydi, bizim düşmənimiz Gürcüstan, rus işğal etsə rus olacaqdı. Doğrudur, erməni xalqı da bu prosesdə ölkəsini dəstəkləyir. Ancaq orada elə deputatlar, ictimai şəxslər var ki, açıq şəkildə deyirlər Qarabağ Azərbaycanın torpağıdır, onu qaytarıb vermək lazımdı. Ermənilər yaxşı başa düşürlər ki, Qarabağdan imtina etməyənə qədər Rusiyanın caynağından xilas ola bilməyəcəklər. Lap Böyük Ermənistan yaradılsın, dünyanın yarısı onların olsun, ancaq müstəqillikləri və suverenlikləri olmasa, bunun heç bir mənası yoxdur.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Bunu ermənilər başa düşməlidir. Ona görə də bu evlilik məsələsini müzakirə etmək, buna görə kimlərisə qınamaq bizim millət haqqında, Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırır. Belə çıxır ki, biz ermənilərə o dərəcədə düşmənik ki, bir erməninin azərbaycanlı ilə ailə qurmasına belə dözə bilmirik. Ona görə də bu məsələni bu qədər müzakirə etmək yanlışdır. Konkret fakta gəlincə, erməniyə ərə gedən qızın ana tərəfi ermənidir və onun haqqı var ki, iki tərəf arasında seçim eləsin və ana tərəfinə üstünlük versin”.

S.Cəlaloğlunun sözlərinə görə, burada önəmli məqam həyat yoldaşı erməni olan şəxsin Moskvada diaspora rəhbəri olmasıdır: “Bu artıq onu göstərir ki, Azərbaycanda diaspora fəaliyyəti üzərində nəzarət yoxdur və bir çox hallarda bu diaspora ölkəmizin əleyhinə də işləyə bilər. Rusiyada o qədər azərbaycanlı yaşayır. Nəyə görə həyat yoldaşı erməni olan adam diasporaya rəhbərlik edir. Bizim sovet dövründən də təcrübəmiz var ki, qarışıq ailələr milli təəssüb hissindən uzaq olurlar, milli maraqları o qədər də önəmsəmirlər. Bu onu göstərir ki, heç də hər yerdə diaspora fəaliyyəti düzgün qurulmayıb. O səbəbdən bu günə qədər milyardlarla pul xərclənməsinə baxmayaraq Azərbaycan diasporası Ermənistan diasporasından geridə qalır”.

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də “Yeni Müsavat”a açıqlamasında belə bir nikahın bağlanmasından daha çox həyat yoldaşı erməni olan şəxsin diaspora təşkilatına rəhbərlik etməsini qınadı: “Burada söhbət könül bağlarından, sevgidən gedirsə, buna kənar müdaxilələrin təsiri yerinə düşməzdi. Bu iki şəxs arasında baş verən münasibətdir. Onlar artıq elə yaş həddindədirlər ki, bu məsələdə müstəqil qərar qəbul etmək imkanındadırlar. Ancaq əlbəttə ki, hazırda Azərbaycanla  Ermənistan arasındakı hərbi vəziyyət insanı bir qədər düşünməyə məcbur edir. Xüsusən də ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları nəzərə alsaq, burada qınamaq üçün əsaslar yarana bilər. Ancaq mənim şəxsi qənaətim odur ki, bu cür şəxsi məsələlərə müdaxilə etmək və müzakirə etmək bir qədər doğru deyil.

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın belə bir sözü var idi ki, erməni və Azərbaycan xalqları bir-biri ilə uyuşmur. Ancaq bu nikah onun sözlərinin əksini sübut etdi və keçmiş prezidentin irqçi düşüncəsini boşa çıxartdı. Digər məsələ, həmin diaspora sədrinin həyat yoldaşının da erməni olmasıdır. Həmçinin o insan uzun illərdir Azərbaycandan kənardadır. Məsələnin əsas problemli nöqtəsi odur ki, zamanında bu diaspor təşkilatları qurularkən onu yaradanlar prosesə qeyri-ciddi yanaşıblar. Belə bir şəxsin Rusiyanın hansısa şəhərində diaspora qurumuna rəhbərlik etməsi nonsesdir”.

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Nazir əmr imzaladı – Mətbuat katibi işdən çıxarıldı

Next Post

Paşinyan Azərbaycana gəldi

Next Post
Paşinyan Azərbaycana gəldi

Paşinyan Azərbaycana gəldi

Məşhur ginekoloq Mehman Həmzəyev Dərman mafiyası ilə əlbirdir? – Professorun adı cinayətdə

Məşhur ginekoloq Mehman Həmzəyev Dərman mafiyası ilə əlbirdir? – Professorun adı cinayətdə

Azərbaycanlı deputat Şuşanın işğalı günündə bayram tədbirində-VİDEO

Azərbaycanlı deputat Şuşanın işğalı günündə bayram tədbirində-VİDEO

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Zabuxdan çıxan daha bir erməni tərk etdiyi evi yandırdı – VİDEO

Zabuxdan çıxan daha bir erməni tərk etdiyi evi yandırdı – VİDEO

2022-08-19
Ərdoğan Zelenskinin ondan nə xahiş etdiyini açıqladı

Ərdoğan Zelenskinin ondan nə xahiş etdiyini açıqladı

2022-08-19
Jurnalist Prezidentə müraciət ünvanladı: “Prokurorluq “xoxan” rolu oynayır”

Jurnalist Prezidentə müraciət ünvanladı: “Prokurorluq “xoxan” rolu oynayır”

2022-08-19
Şabrandakı meşə yanğını: minə yaxın abonent qazsızdır

Şabrandakı meşə yanğını: minə yaxın abonent qazsızdır

2022-08-19
Gömrük generalı işdən çıxarıldı

Gömrük generalı işdən çıxarıldı

2022-08-19
Hərbçimiz vəfat etdi

Hərbçimiz vəfat etdi

2022-08-19
MEDİA peşə etikasını pozmamağa çağırdı

MEDİA peşə etikasını pozmamağa çağırdı

2022-08-19
Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verilir

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verilir

2022-08-18
Zaur Mirzəyevi hansı cəza gözləyir? – Vəkil izah edir

Zaur Mirzəyevi hansı cəza gözləyir? – Vəkil izah edir

2022-08-18
1 saylı “zon”un rəisi avtoritetlərə yas mərasimi təşkil edib

1 saylı “zon”un rəisi avtoritetlərə yas mərasimi təşkil edib

2022-08-18
Müdafiə Nazirliyindən son dəqiqə açıqlaması

Müdafiə Nazirliyindən son dəqiqə açıqlaması

2022-08-18
Andranik və daşnaklar sonuncu döyüşə hazırlaşır… – Fətullayevin reportajı

Andranik və daşnaklar sonuncu döyüşə hazırlaşır… – Fətullayevin reportajı

2022-08-18
SOS: “Azərsun” kanalizasiya suyu ilə duz çıxarır – Foto

SOS: “Azərsun” kanalizasiya suyu ilə duz çıxarır – Foto

2022-08-18
Prezident 5 ölkənin yeni səfirini qəbul etdi

Prezident 5 ölkənin yeni səfirini qəbul etdi

2022-08-18
Ərdoğan Ukraynaya rəsmi səfərə gedib

Ərdoğan Ukraynaya rəsmi səfərə gedib

2022-08-18
Zaporojedə döyüş şiddətləndi

Zaporojedə döyüş şiddətləndi

2022-08-18
Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı

Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı

2022-08-17
Erməni saytı: Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlar

Erməni saytı: Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlar

2022-08-17
Bakıda erməni diversantlarla görüş olub

Bakıda erməni diversantlarla görüş olub

2022-08-17
Şirak hava limanında da bomba HƏYƏCANI

Şirak hava limanında da bomba HƏYƏCANI

2022-08-17

Seçmə

  • Bütün
  • SEÇMƏ
Gömrük generalı işdən çıxarıldı
SEÇMƏ

Gömrük generalı işdən çıxarıldı

2022-08-19
MEDİA peşə etikasını pozmamağa çağırdı
SEÇMƏ

MEDİA peşə etikasını pozmamağa çağırdı

2022-08-19
1 saylı “zon”un rəisi avtoritetlərə yas mərasimi təşkil edib
Cəmiyyət

1 saylı “zon”un rəisi avtoritetlərə yas mərasimi təşkil edib

2022-08-18
Müdafiə Nazirliyindən son dəqiqə açıqlaması
Manşet

Müdafiə Nazirliyindən son dəqiqə açıqlaması

2022-08-18
Prezident 5 ölkənin yeni səfirini qəbul etdi
Manşet

Prezident 5 ölkənin yeni səfirini qəbul etdi

2022-08-18
Bakıda erməni diversantlarla görüş olub
SEÇMƏ

Bakıda erməni diversantlarla görüş olub

2022-08-17
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Zabuxdan çıxan daha bir erməni tərk etdiyi evi yandırdı – VİDEO

Zabuxdan çıxan daha bir erməni tərk etdiyi evi yandırdı – VİDEO

2022-08-19
Ərdoğan Zelenskinin ondan nə xahiş etdiyini açıqladı

Ərdoğan Zelenskinin ondan nə xahiş etdiyini açıqladı

2022-08-19

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.