24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sən, kiminsə qohumusan deyə, biz qırılmalıyıq?! – Oqtay Şirəliyevə çağırış

05 Yanvar 2019, 20:50
Seçmə
A A
Sən, kiminsə qohumusan deyə, biz qırılmalıyıq?! – Oqtay Şirəliyevə çağırış

Bu gün sahə üzrə poliklinikaya getdim – şəkərli diabet xəstəsiyəm. Endokrinoloqun qəbulunda oldum – dərmanlarımı almaq üçün resept yazmağını istədim. Həkim utana-utana «resept blankımız qurtarıb, ayın səkkizindən sonra olacaq» dedi. Anındaca, əsəblərim tarıma çəkildi və söz çuvalımda nə qədər aşağılayıcı kəlmələr var idisə, hamısını səhiyyə nazirinin ünvanına «perevod» elədim!

Görünür, həkim zavallı xəstənin belə reaksiyasını gözləmədiyi səbəbilə, bir anlığa çaşıb qaldı. Onu «ayıltmaq» üçün erməni artist Armen Cigərxanyandan, Salyan rayonunun Zılıx kəndindəki kafedən və içib də orada «yatıb» qalan «hörmətli qonaq»dan söhbət açmalı oldum, səhiyyə nazirinin kimlərlə qohum olduğundan və bu səbəbdən də öz işində heç bir məsuliyyət hiss etmədiyindən danışmalı oldum…

Həkim utana-utana, haradansa əzilmiş bir resept blankı tapdı – oraya iki dərmanın adını yazıb mənə verdi. Əzik kağızı götürüb 3-cü mərtəbəyə endim – axı Baş həkimin katibəsi resepti «kitaba salmalı» və ona möhür vurmalı idi. Oqtay Şirəliyevin qoyduğu qaydaya görə, gərək reseptin üstüntdə azı, iki möhür olsun (biri endokrinoloqun, biri də Baş həkimin!), yoxsa onun heç bir «hüquqi qüvvəsi» olmayacaq, yəni ki, onun əsasında sənə dərman verməyəcəklər…

Resepti burada «möhürlə bəzəyəndən» sonra, dərmanları almaq üçün başqa bir poliklinikaya getməli idim. Məlumat üçün onu da bildirim ki, poliklinikalardan biri Yeni Günəşlinin lap qurtaracağında, o biri isə Qaraçuxurun girişində yerləşir. Oqtay Şirəliyevin «qayğısı» sayəsində zavallı xəstə dövlətin vəd etdiyi pulsuz dərmanları almaq üçün bu iki poliklinika arasında «təpik döyməli»dir – belədə, uca səslə deyirəm: tüpürüm sizin dərmanınıza!

Əlqərəz, gəldim Qaraçuxurdakı poliklinikaya – reseptimi əczasıya göstərdim – məlum oldu ki, dərmanlardan biri qurtarıb, gələn həftənin çərşənbə günü bəlkə gətirdilər.

Gözüm «kəlləmə çıxdı» (indi özüm də bimirəm ki, sonra kəlləmdən hara yoxa çıxıb!) – qeyri-iradi, bağırdım: Bəs, mən dərman gələnə qədər ölməliyəm?! Dərman niyə yoxdur axı?

İndi bu sualı səhiyyə nazirinə ünvanlayıram: Oqtay Şirəliyev, dərman niyə yoxdur? Sən bacarıqsız nazir, kiminsə qohumusan deyə, biz ölməliyik?! Sən nazir postuna layiq deyilsən, kreslonu boşalt – üzüsulu çıx get!

Mirzə AĞ

Əvvəlki yazı

Bakıda güclü külək məlumat lövhəsini aşırdı

Sonrakı yazı

BAKI-GƏNCƏ “SÜRƏT QATARI” YOLDA QALDI – “Azərbaycanda problem dəmir yol xəttinin keyfiyyətilə əlaqədardır” (Yenilənib)

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.