Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home SEÇMƏ

Sən deputatsan, yoxsa quşbaz?..

2021-03-12
in SEÇMƏ
A A
0
Sən deputatsan, yoxsa quşbaz?..
0
SHARES
111
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Telekanallara ayaq döydüyüm, bəzən bir gündə iki ayrı efirdə göründüyüm vaxtlar idi. Yanlış xatırlamıramsa, “Lider” televiziyasından zəng vurub, “Sağlamlıq” verilişinə dəvət etdilər. Adətimə uyğun olaraq, hansı mövzuda danışacağımı soruşdum.

Aparıcı öz aləmində mənə kompliment dedi: “Müəllim, sizin üçün nə fərqi var? Siz bütün mövzularda maraqlı danışırsınız”.

Efir məkanında müəyyən təcrübə sahibi olduğum üçün “saqqızımı” oğulaya bilmədilər.

İsrar etdiyimi görən xanım əlavə izahat verməli oldu: “Sağlam həyat tərzindən danışacağıq. Deyərsiniz ki, az işləyib çox yemək yox, çox işləyib az yemək lazımdır”.

Bu söhbəti dost-tanışa tez-tez danışdığım üçün həmin gün dediyim sözləri olduğu kimi xatırlayıram: “Xanım, mənim bu mövzuda danışmağım doğru olmaz. Mən sağlam həyat tərzi keçirsəydim, 110 kilo olmazdım”.

Aradan yarım saat keçməmiş “Lider”də departament rəhbəri işləyən köhnə dostum zəng etdi. Bir az ordan-burdan danışdıq. Axırda dedi ki, “Lider”in tarixində ilk dəfədi kimsə efirdən imtina edir…

Maraq güc gəldiyi üçün veriliş efirə getdiiyi gün səbrimi basıb ekran qarşısında əyləşdim. Mənim əvəzimə 120 kiloqram çəkisi olan gülərüz aktrisanı dəvət etmişdilər…

Azərbaycanda ekspert qıtlığı var. Az-çox savadı, dünyagörüşü olan adamların çoxu mətbuatdan qaçır. Ortada olan beş-on nəfər isə bütün mövzularda danışmağa can atır. Məsələn, siz deputat Cavid Osmanovun ən müxtəlif mövzularda verdiyi açıqlamalara rast gələ bilərsiniz. Dünən distant təhsildən danışan Cavid müəllim bu gün karantin rejiminin sərtləşdirilməsinin vacibliyini əsaslandırır. Əgər siz sabah ona bayağı müğənnilərin xalqımızın musiqi zövqünü korlamasıyla bağlı sual versəniz, deputat müəllim mikrofonunuzu geri itələməyəcək, əksinə, bu mövzuda ən azı 10 dəqiqə şərh verəcək. Müsahibə başa çatandan sonra müxbir şad-xürrəm baş redaktorun otağına girib, belə deyəcək: “Əla danışdı. Manşetlikdir”.

Mən Cavid müəllimin jurnalistlərin zənginə həvəslə cavab verməsini, mətbuatla sıx əməkdaşlıq etməsini yüksək qiymətləndirirəm. Eldəniz Səlimov kimi ağzına su alıb oturmaqdansa, Cavid Osmanov kimi fəal olmaq yaxşıdır. Di gəl ki, bu işin bir “əmma”sı var. Məsələn, dünən əksər saytların lentini bu yazı “bəzəyirdi”: “Karantin rejimi sərtləşdiriləcək? – Deputatdan AÇIQLAMA”.

Tənbəllik etməyib, yazını oxudum. Jurnalistlər yenə Cavid Osmanovu “yaxalamışdılar”. Sağ olsun, o da ətraflı danışmışdı. Bilirsiniz, axırda nə demişdi? Oxuyanlar bilir, oxumayanlar üçün yazıram: “Karantin rejiminin sərtləşdirilməsi Operativ Qərargahın səlahiyyətində olan məsələdir”.

Çox pakizə. Əgər bu məsələ Operativ Qərargahın səlahiyyətindədirsə, bəs yarım saat danışıb niyə vaxtımızı alırsınız? Sualı eşidəndə “bu məsələ ilə bağlı Operativ Qərargaha müraciə edin” deyə bilməzdinizmi?

Biz jurnalistik. Bu gün Operativ Qərargahdan, sabah uca dağdan, yaşıl bağdan, ertəsi gün isə ağ göyərçindən, yumurtadan kəsilmiş çilli toyuqdan sual verə bilərik. Amma siz bu sualların hamısına cavab vermək məcburiyyətində deyilsiniz.

Axı siz deputatsınız, quşbaz deyilsiniz…

Seymur Verdizadə

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

İki deputata YAP-da yeni vəzifə verildi

Next Post

Türkiyədə zəlzələ oldu

Next Post
Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Mənzurə Musayeva dəbdəbəli evini nümayiş etdirdi – Video

Mənzurə Musayeva dəbdəbəli evini nümayiş etdirdi - Video

Bakıda sabah da qar yağacaq, şaxta olacaq

Bakıda sabah da qar yağacaq, şaxta olacaq

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

“iPhone”da fiziki məhdudiyyətli insanlar üçün yeni funksiyalar olacaq

“iPhone”da fiziki məhdudiyyətli insanlar üçün yeni funksiyalar olacaq

2022-05-19
Xalq artistinə həsr olunan film təqdim ediləcək

Xalq artistinə həsr olunan film təqdim ediləcək

2022-05-19
Prezident İrana səfərə dəvət olundu

Prezident İrana səfərə dəvət olundu

2022-05-19
Ordumuzun mövqeləri atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

2022-05-19
Bakıda polis maşını qadını vurub? – DYP-dən AÇIQLAMA 

Bakıda polis maşını qadını vurub? – DYP-dən AÇIQLAMA 

2022-05-19
Sabina Katanovaya 130 min pul “atan” vəkil saxlanıldı

Sabina Katanovaya 130 min pul “atan” vəkil saxlanıldı

2022-05-19
Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

2022-05-19
İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb

İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb

2022-05-19
“Yeni Klinika”nın işçiləri yenə əməkhaqqı ala bilmədiklərini deyirlər

“Yeni Klinika”nın işçiləri yenə əməkhaqqı ala bilmədiklərini deyirlər

2022-05-19
Şeyxdən Həcc açıqlaması gəldi

Şeyxdən Həcc açıqlaması gəldi

2022-05-19
İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələdi

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələdi

2022-05-19
Abşeronda şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abidə Bulaq Kompleksi istifadəyə verildi

Abşeronda şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abidə Bulaq Kompleksi istifadəyə verildi

2022-05-19
Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

2022-05-19
İlham Əliyev türkiyəli naziri qəbul etdi

İlham Əliyev türkiyəli naziri qəbul etdi

2022-05-19
Almaniya kansler: “Rusiya bu müharibədə qalib gəlməməlidir”

Almaniya kansler: “Rusiya bu müharibədə qalib gəlməməlidir”

2022-05-19
Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil – Ukrayna

Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil – Ukrayna

2022-05-19
Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

2022-05-18
İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

2022-05-18
Azər Axşam telekanal sahiblərinə üsyan etdi

Azər Axşam telekanal sahiblərinə üsyan etdi

2022-05-18
“Rusiyanın bayrağı SSRİ bayrağı olsun” – Deputat

“Rusiyanın bayrağı SSRİ bayrağı olsun” – Deputat

2022-05-18

Seçmə

  • Bütün
  • SEÇMƏ
İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb
Manşet

İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb

2022-05-19
Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
SEÇMƏ

Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

2022-05-19
İlham Əliyev türkiyəli naziri qəbul etdi
SEÇMƏ

İlham Əliyev türkiyəli naziri qəbul etdi

2022-05-19
“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev
Manşet

“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev

2022-05-18
Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı
Manşet

Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

2022-05-17
İctimai Televiziya və Radio Yayımları Şirkəti  “Avroviziya-2022”dən bağlı məlumat yaydı
SEÇMƏ

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2022”dən bağlı məlumat yaydı

2022-05-16
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

“iPhone”da fiziki məhdudiyyətli insanlar üçün yeni funksiyalar olacaq

“iPhone”da fiziki məhdudiyyətli insanlar üçün yeni funksiyalar olacaq

2022-05-19
Xalq artistinə həsr olunan film təqdim ediləcək

Xalq artistinə həsr olunan film təqdim ediləcək

2022-05-19

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.