Bir neçə gün əvvəl sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova ünvanlanmış bir sual diqqətimizi çəkdi. Söhbət idarənin Yol Patrul Xidməti Alayının 4-cü və 9-cu Tağımlarının ərazisində sürücülərin səbəbsiz yerə incidilməsindən və rüşvətalma hallarından bəhs olunurdu.Apardiğimiz araşdırmalara görə, bəhs olunan tağımlardan birinin- Şəki-Zaqatala yoluna baxan tağımın inspektorlarının fəaliyyəti həqiqətən də ciddi nöqsanlarla müşahidə olunur. Belə ki, əsasən sürücülük vəsiqəsi olmayan “taksi”lərdən aylıq yığmaları, səbəbsiz yerə saxlanılmış avtomobillərə qərarsız radarlarla bağlı incitmələri,eyni zamanda radarı olmadığı halda guya çox sayda radarlarının olmasını deməklə hədə-qorxu gəlməklə pul almaları, eyni zamanda tək xidmət aparmaları da bir faktdır. Vətəndaşlarla son dərəcə kobud münasibət, saxlanılan avtomobil sürücülırindən tüşvət istəmələri, vermək istəməyənlərə isə inzibati cəza tədbiri görməklə hədələmələri adi hala çevrilibdir. Görəsən aidiyyatı qurumlar hansı səbəbdən belə inspektorların fəaliyyətini nəzarətsiz buraxıb?
Mövzuya qayıdacağıq…
Reportyor.info
Elnur