Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Manşet

SƏHİYYƏMİZİN DİLƏNÇİLİYİ… – Yaxud, bir xəstənin “Semaşko”da başlayan “macərəları”

2018-04-12
in Manşet, SEÇMƏ
A A
0
SƏHİYYƏMİZİN DİLƏNÇİLİYİ… – Yaxud, bir xəstənin “Semaşko”da başlayan “macərəları”
0
SHARES
70
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Beyin qanaması keçirən tibb sahəsini ayağa qaldıran olacaqmı?

“… Bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər…” Ölkə başçısı bu fikirləri bir neçə gün öncə bəzi hüquq-mühafizə orqanları və sərhəd xidməti əməkdaşlarını nəzərdə tutaraq söyləmişdi. Ancaq təəssüf ki, “dilənçilik edənlərin” siyahısı təkcə həmin şəxslərlə məhdudlaşmır və bu sırada ölkəmizin səhiyyə sistemində təmsil olunanlar da xüsusi yerə malikdir.

“Semaşko”da xəstənin vəziyyətilə yox, qeydiyyatı ilə maraqlanırlar

1518785414_123

Ölkədə səhiyyənin ümumi vəziyyəti sağlamlıq durumundan asılı olmayaraq, hər birimizə məlumdur. Lakin hansısa ciddi xəstəliyə düçar olmadan, səhiyyənin insanlarımıza verdiyi əzabları tam təsəvvür etmək çətindir. Yaxınlarımdan birinin bir müddət əvvəl düşdüyü və şəxsən şahidi olduğum bir durumu anlatmaq məcburiyyətindəyəm. Həmin şəxs qonaq getdiyi rayonlarımızdan birində ağır formada beyin qanaması – anevrizma keçirmişdi. Bu diaqnoz qoyulan xəstələrin 1/3-i dərhal dünyasını dəyişir. Onu iki gün rayon xəstəxanasında saxladıqdan sonra (hansı ki, belə xəstələr üçün ilk 72 saat həyati əhəmiyyət kəsb edir və bu müddətdə əməliyyat olunması olduqca vacibdir – müəl) Bakıya yolladılar. Artıq həyati əhəmiyyət kəsb edən 3 sutkadan 2,5 sutkası keçir və nəhayət, adam axşam saatlarında “Semaşko”ya çatdırılır. Ancaq sən demə, dəhşətli ağrılar keçirən xəstəni daha böyük dəhşət burada gözləyirmiş.

Rayondan həkim müşaiyəti və rəsmi göndərişlə gələn təcili tibbi yardım maşını soyuq havada, içindəki ağır xəstə ilə birgə 1 saatdan çox xəstəxananın həyətində gözlədilir. Heç kəs nə rayondan gələn həkimin tələblərinə, nə də göndərişə məhəl qoymur. Səbəb kimi bildirilir ki, həmin şəxs Suraxanı rayonu qeydiyyatındadır və Sabunçu xəstəxanasına aparılmalıdır! Yəni bu adamları xəstənin vəziyyəti yox, qeydiyyatı maraqlandırırdı. Bu arada həkim kimi müqəddəs adı daşıyan bu şəxslərdən and içdikləri Hippokratın qeydiyyatını soruşduq, təbii ki, cavab verə bilmədilər…

“Rəhbərlik razılıq verməsə, mümkün deyil…”

images

Eyni zamanda, xəstəni qəbul etməkdən imtina edən həkimlər təminat vermirdilər ki, ağır vəziyyətdəki bu insan günün pik saatlarında, tıxacla dolu yollarda şəhərin bir başından digər başına sağ-salamat gedib çıxa biləcək. İsrarlı tələblər, xahişlər, eləcə də mətbuatdakı digər dostlarımızın çoxsaylı təkidlərindən sonra nəhayət, qəbul şöbəsindən xəstə içəri alındı. Xəstəyə “tez-bazar” nəzər salan həkimlər onu xəstəxananın Nevrologiya Şöbəsinə yönləndirdilər. Bu dəfə Nevrologiya Şöbəsi xəstəni qəbul etmək istəmədi və bildirildi ki, rəhbərlik şifahi razılıq verməsə, mümkün deyil. Vaxt isə gedirdi.
Uzun-uzadı çək-çevirdən sonra qəbul etdilər və məlum oldu ki, xəstə təcili olaraq, Reanimasiya Şöbəsinə yerləşdirilməlidir. Bəlkə də inanmazsınız, ancaq bu dəfə də Reanimasiya Şöbəsi “yuxarıdan” razılıq tələb etdi. Bir sözlə, ağır durumdakı xəstəni bu xəstəxanaya tam yerləşdirmək böyük bir müşkülə çevrildi, ancaq çətinliklə də olsa, buna nail olduq. Və başlandı...

2-3 gün ərzində “Semaşko”da “şirinliyə” elə adət etdik ki…

Xəstəni arabada aparandan liftin qapısını açıb-bağlayana qədər, sanitardan tibb bacısına, ondan növbətçi həkimə və tanımadığımız bir çox ağ xalatlıya qədər – uzun bir “dilənçi ordusu” ilə üz-üzə qaldıq. Xəstənin orada keçirdiyi 2-3 gün ərzində “şirinliyə” elə adət etdik ki, hətta çöldə-bayırda da dost-tanışdan “Allah şəfa versin”, “Yastığı yüngül olsun” kəlməsi eşidən kimi, əlimiz özümüzdən asılı olmayaraq, cibimizə gedirdi …

oktay_asadov_main_241115_2-1024x768

Bu yerdə parlamentin sədri Oqtay Əsədovun dollar krediti ilə bağlı dediyi “deməyək ki, “dollarla verilən kreditlər”, açıq deyin ki, dollarla alınan kreditlər. Çünki krediti dollarla almışıq, bizə məcbur verilməyib...” sözlər yada düşür. Problemli kreditlərin əhəmiyyətli bir qismi insanların öz ağır xəstələrinin bahalı əməliyyatları və müalicəsi üçün götürdükləri kreditlərdir. Oqtay müəllimin isə nəzərinə çatdırmaq yerinə düşərdi ki, əziz adamı ölüm ayağında olan insan üçün krediti dollarla, yaxud yapon yeni ilə almağın heç bir fərqi yoxdur, təki, məsələn, övladını xilas edə bilsin. Nəticədə insanlar az qala dilənərək topladığı vəsaiti bu cür xəstəxanalarda paylamalı olurlar – bir dilənçi başqa dilənçiləri yemləyir…

O aparat niyə özəl klinikada var, ancaq ölkənin bir nömrəli təcili yardım müəssisəsində yoxdur?

Sonra məlum oldu ki, xəstənin beynini daha yaxşı “görə bilən” aparatın olduğu özəl klinikaya apararaq, “yol xərci ilə birgə” 300 manata orada MRT etdirmək lazımdır. Təsəvvür edin, o aparat özəl klinikada var, ancaq milyonlarla vəsaitlər ayrılan ölkənin bir nömrəli təcili yardım müəssisəsində yoxdur – görünür bu özəl klinikanın sahibi dövlətdən daha güclü və imkanlıdır. Nə isə, həkimlər konkret bir qərara gələnə qədər, əhəmiyyətli ilk 72 saat keçdi.

Qapalı cərrahiyyə əməliyyatı 2 dəfə bahadır – 9.000-10.000 manat arası!

neyrocerrahiye

Daha sonra Neyrocərrahiyyə İnstitutundan həkim çağırdılar. Gənc olsa da, kifayət qədər savadlı və peşəkar mütəxəssis təəssüratı yaradan həkim, xəstənin dərhal əməliyyata götürülməli olduğunu, əks halda istənilən an təkrar qanaxmanın baş verəcəyini bildirdi. Bu isə ölüm deməkdir.

Əməliyyat həm açıq, həm də qapalı formada həyata keçirilə bilər. Açıq o deməkdir ki, xəstənin beyni sözün əsl mənasında açılır və orada əməliyyat aparılır. Qapalı isə daha müasir metoddur – qasıq nahiyəsindən xüsusi tellər vasitəsilə damarın içiylə beynə qədər yol qət edilir və orada əməliyyat aparılır.

İkinci daha təhlükəsiz və effektlidir. Qiyməti də birincilə müqayisədə 2 dəfə bahadır – 9.000-10.000 manat arası! İndi özünüz təsəvvür edin – Azərbaycanda bir gündə bəlkə də yüzlərlə insanda beyin qanaması baş verir və onların arasında gənclər də var. Sizcə onların neçə faizi bir əməliyyat üçün 9-10 min manat ödəmək iqtidarındadır? Əslində, həkimlər də etiraf etdilər ki, məhz maddi problem səbəbindən bir çoxları ya əməliyyat etdirmir, ya da gec etdirir. Bu da həmin xəstəlikdən ölən və iflic olaraq, ömürlük yataq xəstəsinə çevrilənlərin sayının kifayət qədər yüksək olmasına dəlalət edir…

Cərraha çatan pul ümumi məbləğin 20 faizindən də azdır…

2seh

Həkimlərdən bu məbləğin necə formalaşdığını soruşduqda məlum oldu ki, əməliyyatı bahalı edən istifadə olunan tibbi vasitələr, özəl klinikanın tələb etdiyi məbləğ və həkimin zəhmət haqqıdır. Belə çıxdı ki, cərraha çatan pul ümumi məbləğin təqribən 20 faizindən də azdır. Qalan vəsait özəl klinikanın hesabına və əməliyyat üçün lazım olan malzəmələri gətirən işbazların cibinə gedir. Və əsas məsələlərdən də biri həkimlərin əməliyyatları dövlət deyil, məhz bahalı özəl klinikalarda etməsidir.

Nə isə, əvvəl qohum-əqrəba ilə vəsait topalayıb, qapalı əməliyyat üçün razılaşdıq. Adını çəkmək istəmədiyimiz və nazirlərdən birinə məxsus olduğu iddia edilən klinikada əməliyyat etdirmək qərarına gəldik. Həmin klinikada isə Azərbaycanın beyin cərrahiyyəsi sahəsindəki uzman həkimlərindən biri çalışır. Burada daha bir acınacaqlı məqamı nəzərinizə çatdıraq – bəlli oldu ki, sözügedən əməliyyatda istifadə olunan malzəmələr birdəfəlik olmalıdır, yəni təkrar istifadəsi qadağandır.

4seh

Klinikalar birdəfəlik istifadə olunmalı malzəmələrdən təkrar istifadə edirlər

Sən demə, bəzi hallarda klinikalar və həkimlər daha çox qazanmaq üçün həmin avadanlıqları sterilizasiya edərək, təkrar istifadə edirlər. Bu isə xəstə üçün ölümcül nəticə riski yaradır və belə hallar da olub. Bir sözlə, bu riskdən də yayınmaq üçün daha çox “əziyyət çəkməli olduq” və istifadə olunmamış avadanlıqların tətbiqilə əməliyyat keçirilməsinə nail olduq.

Nəhayət, əməliyyatın uğurla keçdiyi bildirildi və həkimin də peşəkarlığına, öz işinə vicdanla yanaşdığına heç bir şübhəmiz qalmadı. Ümumiyyətlə Türkiyədə, Avropada təhsil alan gənc və istedadlı həkimlərimiz az deyil. Amma nə yazıq ki, səhiyyəmizdəki mühit bu gənc kadrların var güclərilə işləməsinə və inkişafına heç də münbit şərait yaratmır.
Təbii ki, məşhur “uzman Qılman hoca” personajını xatırladanlar da az deyil. Belələri qulaq ağrısı ilə müraciət edənləri qara ciyərin müayinəsinə aid qan analizləri verməyə göndərəcək qədər “uzağa” gedə bilirlər – təki müxtəlif lazımsız bəhanələrlə müştərini soysunlar. Şükürlər olsun ki, söhbət açdığımız beyin əməliyyatı yerinə yetirən həkim belələrindən deyildi və ona yalnız təşəkkür etmək və hətta qarşısında baş əymək düşür.

Reanimasiyanın 1 sutkası 200 manat və üstəgəl istifadə olunan preparatların qiyməti

reanms

Bir sözlə, əməliyyat uğurla yerinə yetirildi. Ancaq əməliyyatdan sonrakı proses gözlənildiyi kimi olmadı. Xəstənin vəziyyəti ağırlaşmağa başladı. Həkimlər bunu müxtəlif səbəblərlə izah etdilər və xəstə sahibləri də bunu təbii qarşıladılar. Lakin məlum oldu ki, xəstənin reanimasiya və palatada keçirəcəyi günlərin sayı əvvəlcədən razılaşdırıldığı kimi 5 yox, 15, 25 və daha çox ola bilər. Bu isə əməliyyat pulunu min bir zillətlə ərsəyə gətirən xəstə yaxınları üçün böyük vəsait deməkdir.

Belə ki, reanimasiyanın 1 sutkası 200 manat və üstəgəl istifadə olunan preparatların qiyməti. Bu məbləği 20-yə vuranda əlavə 6.000- 7.000 manat pul edir.İndi xəstənin və yaxınlarının vəziyyətini təsəvvür edin. Adamı xəstəxanadan çıxarsaq, öləcək. Qalmasına isə vəsait yoxdur. Nə isə, çox çək-çevirdən sonra bir təhər ortaq rəqəmə gəlindi. Yenə həkimə təşəkkür düşür – özünə çatacaq məbləğdən demək olar ki, imtina etdi…

Səhiyyədəki xidmət qiymətlərə, qiymətlər isə əhalinin imkanlarına uyğun deyil

Nə isə, klinika bir təhər xəstəni və yaxınlarını, necə deyərlər, “yola verdi”. Çətinliklə də olsa, xəstəmizi ayağa qaldıra bildik, yaradan bütün xəstələrə şəfa versin. Ancaq bu, ümumilikdə problemin həlli deyil. 1, 2, uzağı 5 nəfəri bu cür “yola vermək” olar. Lakin bu problem kütləvi xarakter alıb – səhiyyədəki xidmət qiymətlərə, qiymətlər isə əhalinin imkanlarına uyğun deyil.

Bu sahədə də müəyyən monopoliyaların olduğu və bir sıra məmur-oliqarxların “at oynatdığı” hər kəsə məlumdur. Elə bu monopolist oliqarxların səyləri nəticəsində nə həkimlər layiq olduqları qonorarı ala bilir, nə də xəstələr şəfa tapa bilirlər. Və nə qədər ki, bu sahəyə nazirlər, iri ranqlı məmurlar nəzarət edəcək, səhiyyə nazirinin dəyişdirilməsi belə, heç nəyi dəyişməyəcək. Yeri gəlmişkən, özəl klinikası olan nazirlər sırasında səhiyyə nazirinin özünün də olduğuna dair mətbuatda ara-sıra yazılar dərc olunub...

1466669618_16858

Səhiyyəmiz də ciddi beyin qanaması –anevrizma keçirir

Qədim bir bolqar nağılında iki həkimdən söz açılır. Onlardan yaşlı olanı çox varlı, eyni zamanda kinli, xəsis, təkəbbürlü və pulgir, onun tələbəsi olan gənc həkim isə əksinə, xeyirxah, vicdanlı və kasıb olur. Bir gün tələbəsinin biliyinə görə onu üstələdiyini və insanlar tərəfindən daha böyük rəğbətlə qarşılandığını görən yaşlı həkim kinini gizlədə bilmir və krala bildirir ki, sarayda və həyatda iki həkimdən biri qalmalıdır. Mərc tələb edir və bu mərcin şərtinə görə, təbiblər bir–birinə özlərinin ayrı-ayrılıqda hazırladıqları zəhəri verməli olurlar. Sağ qalan sarayın baş həkimi olacaqdı. Əvvəlcə yaşlı həkimin verdiyi zəhəri gənc təbib içir, lakin üstündən özünün hazırladığı dərmanı qəbul edərək, ölümdən qurtulur. Yaşlı həkimin də zəhərə qarşı dərmanı olur. Ancaq buna baxmayaraq, gəncin verdiyi mayeni içən kimi, həyatla vidalaşır. Tələbədən müəllimini hansı zəhərlə öldürdüyünü soruşanda, bildirir ki, ona verdiyi “zəhər” adicə sudur. Yaşlı təbibi öldürən isə gəncin verdiyi su yox, qocanın özünün içindəki “zəhər” – təkəbbür, kin, var-dövlət hərisliyi imiş…

Təəssüf ki, müasir səhiyyəmizin vəziyyəti həmin qoca təbibin durumundan az fərqlənir. Bəzən dilənçilik səviyyəsinə qədər enən rüşvətxorluq, intizamsızlıq, qeyri-peşəkarlıq, məmur-oliqarxların bu sahədə yaratdıqları çirkli biznes mühiti və humanistlikdən çox-çox uzaq davranışlar adi hala çevrilir. Və sadaladığımız eybəcərliklərdən ibarət tərkibə malik “zəhər” də səhiyyəmizi ölümcül hala salır.

Nə isə, başımıza gələn bu hadisə göstərdi ki, barəsində danışdığımız xəstə kimi, ümumilikdə səhiyyəmiz də ciddi beyin qanaması –anevrizma keçirir. Və bu xəstəlik onu iflic edərək, yataq xəstəsinə çevirib. Biz çətinliklə də olsa, xəstəmizi ayağa qaldıra bildik, ancaq səhiyyəmizin ayağa qalxması çox müşkül görünür…

Allah bütün xəstələrimizə şəfa, bu sahəyə nəzarət və yiyəlik edənlərə isə azacıq insaf versin…

Cəlal Məmmədov
AzPolitika.info

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

RUSLAR ABŞ-a CAVAB ZƏRBƏSİ ENDİRMƏYƏ HAZIRLAŞIRLAR –”Kalibr” raketləri ABŞ bazalarına tuşlandı – TƏHLİL

Next Post

Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentini təbrik edib

Next Post
Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentini təbrik edib

Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentini təbrik edib

“DOLLARIN BAHALAŞMASINDAN SÖHBƏT GEDƏ BİLMƏZ!” – “Hamını sakitliyə çağırıram”

“DOLLARIN BAHALAŞMASINDAN SÖHBƏT GEDƏ BİLMƏZ!” – “Hamını sakitliyə çağırıram”

Təqaüddə olan polis arvadı tərəfindən döyülü

Təqaüddə olan polis arvadı tərəfindən döyülü

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

2022-08-11
Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

2022-08-11
İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər – VİDEO

İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər – VİDEO

2022-08-11
Prezident və birinci xanımın Türkiyə səfəri başa çatdı

Prezident və birinci xanımın Türkiyə səfəri başa çatdı

2022-08-10
Ermənilər yalnız bu halda Şuşaya gələ biləcəklər

Ermənilər yalnız bu halda Şuşaya gələ biləcəklər

2022-08-10
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

2022-08-10
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

2022-08-10
Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanıldı

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanıldı

2022-08-10
“Açar fiqur” tutuldu: Heydərovun qorxusu, Quliyevin təşvişi… – Çevrə böyüyür

“Açar fiqur” tutuldu: Heydərovun qorxusu, Quliyevin təşvişi… – Çevrə böyüyür

2022-08-09
Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq

2022-08-09
Prezident Türkiyəyə işgüzar səfərə getdi

Prezident Türkiyəyə işgüzar səfərə getdi

2022-08-09
Baş redaktor Prezidentə müraciə etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

Baş redaktor Prezidentə müraciə etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

2022-08-09
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi

Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi

2022-08-09
Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurladılar – Dəhşətli qətlin ÜSTÜ AÇILIR

Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurladılar – Dəhşətli qətlin ÜSTÜ AÇILIR

2022-08-09
Üç azərbaycanlı Ermənistana turist kimi gedib

Üç azərbaycanlı Ermənistana turist kimi gedib

2022-08-09
Payızda karantin tətbiq oluna bilər – TƏBİB rəsmisi

Payızda karantin tətbiq oluna bilər – TƏBİB rəsmisi

2022-08-09
Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi

Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi

2022-08-08
Əbülfəz Məlikov nədə ittiham olunur? – Maddələr açıqlandı

Əbülfəz Məlikov nədə ittiham olunur? – Maddələr açıqlandı

2022-08-08
Prezident bu idmançılara 20 min manat mükavat ayırdı – SƏRƏNCAM

Prezident bu idmançılara 20 min manat mükavat ayırdı – SƏRƏNCAM

2022-08-08
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub

2022-08-08

Seçmə

  • Bütün
  • SEÇMƏ
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”
Araşdırma

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

2022-08-10
Səfər Mehdiyev polisi təhqir etdi – Video
Manşet

Səfər Mehdiyev polisi təhqir etdi – Video

2022-08-08
“Ermənilər Laçını və Zabuxu boşaldırlar” – Deputat
SEÇMƏ

“Ermənilər Laçını və Zabuxu boşaldırlar” – Deputat

2022-08-08
Ordumuzun mövqeləri atəşə tutulub – Ermənistana XƏBƏRDARLIQ
Manşet

Ordumuzun mövqeləri atəşə tutulub – Ermənistana XƏBƏRDARLIQ

2022-08-08
Vaqif Abdullayev üçün istintaqın “əcəl zəngi” – villalar, maşınlar, ferma..
Banner

Vaqif Abdullayev üçün istintaqın “əcəl zəngi” – villalar, maşınlar, ferma..

2022-08-08
“İTV də uzun illərdir çalışan bir göstəbəyi mən tanıyıram, hara desən işləyər…”
Cəmiyyət

“İTV də uzun illərdir çalışan bir göstəbəyi mən tanıyıram, hara desən işləyər…”

2022-08-08
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

2022-08-11
Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

2022-08-11

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.