02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şəhid bacısı vətəndaşlıqdan imtina edəcək-MÜRACİƏT

02 Aprel 2018, 11:33
Sosial
A A
Şəhid bacısı vətəndaşlıqdan imtina edəcək-MÜRACİƏT

Xocalı rayonundan məcburi köçkün, 2-ci qrup Qarabağ əlili, şəhid bacısı, hal-hazırda Bərdə rayonu, Yeni qəsəbə, bina 1, mənzil 18-də məskunlaşan Cavadova Telyanə Ədil qızının Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti Mehriban Xanım Əliyevaya, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Prezdent aparatının hüquqi siyasəti idarəsinin rəhbəri Fuad Ələsgərova, Azərbaycan Respublikasının baş Prokuroru Zakir Qaralova, Azərbaycan Respublikasının baş Prokrorunun birinci müavini Rüstəm Usubova göndərdiyi şikayət ərizəsinin bir nümunəsini də ərizəçi xural.com-a ünvanlayıb. Ərizəçi yazır:

“Cənab Prezident!

Qeyd edim ki, mənim oğluma məxsus mağazanın Cəlilabad rayonunda oğurluq və dələduzluğa məruz qalması ilə bağlı sizə və aidiyatı qurumlara davamlı olaraq müraciət etməyimə baxmayaraq, bir il altı (1.6 ay) aydır heç bir nəticə yoxdur. Bu məktubların sizə yetişmədiyi qənaətində olduğumdan yenidən sizə müraciət etmək qərarına gəldim.

Çünki sizin bir prezdent kimi ədalətli göstəriş verəcəyinizə ümidim böyükdür. Və sizin mərhəmətinizə sığınıram.

Cənab Prezident!

Qeyd edim ki, oğurluqla bağlı bütün fakt və dəlillər oğruların oğurluğu necə etdiyini sübut edən özlərinə aid səs yazıları və istintaq üçün digər əhəmiyyətli sübutlar olduğu halda Cəlilabad rayon prokurorluğu oğru tərəflə sövdələşərək cinayət işinin başlanmasına iki dəfə müxtəlif vaxtlarda xitam verdi, Cəlilabad rayon prokurorluğunun müstəntiqi Nurlan Rəhmanov polis idarəsindən gələn istintaq materialının arasından oğru dəstəsinin başcısı olan Quluyev İlqarın etiraf ifadələrini dəyişdirərək istintaqi fərqli istiqamətə apardı.

Bunu mən söz olaraq deyil, faktlarla sübuta yetirmişəm, çünki işi ilkin araşdıran Cəlilabad rayon polis idarəsinin əməkdaşı, Təhqiqatçı polis polkovnik-leytenantı Vidadi Əhədov dönə-dönə qeyd edir ki, İlqar Quluyev oğurluq etdiyini etiraf etdi, mən isə onun ifadələrini iş materiallarının arasına qoyaraq Cəlilabad rayon prokurorluğuna göndərdim.

İş burasındadır ki, Cəlilabad rayon prokurorluğunun əməkdaşı hələ də öz qanunsuz əməllərini davam etdirir və növbəti qanunsuzluqlar edir, bu boyda saxtakarlığa rağmən, heç bir cəza verilməyib. Eyni prokurorluq ikinci dəfə işin araşdırmasını müstəndiq Zöhrab Verdiyevə həvalə etsə də, eyni qərar çıxarıldı və oğru dəstə məsuliyyətdən kənarda saxlanıldı.

Yəqin ki, bu bir il altı ayda mənim nələr çəkdiyimi bir valdeyn kimi yaxşı başa düşürsünüz.

Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov mənim müharibə veteranı, 2-ci qrup Qarabağ əlili olan həyat yoldaşımı çərlədərək öldürdü, həyat yoldaşımın üzünə qarşı dedi ki, bu səs ortada olsa da, bu ailə oğru deyil və prokuror Tariyel Ələkbərovun otağında əsəbiləşərək yoldaşım müvazinətini itirərək yıxıldı və bir müddət xəstə yatdıqdan sonra dünyasını dəyişdi.

Cənab Prezident!

Sizə və dövlət qurumlarına etdiyimiz müraciətdən, sübutlarımızı ortaya qoyandan sonra Baş prokurorluq Cəlilabad rayon prokurorluğunun çıxardığı qərarın yanlış olduğunu anlayıb işin yeniden araşdırılmasını Lənkəran rayon prokurorluğuna həvalə etsə də, istintaqın hərəkətsizliyi məni çox narahat edir. Aldığımız məlumata görə, Tariyel Ələkbərov Lənkaran rayonuna işin ədalətli aparılmaması üçün müəyyən təsirlər edə bilir. Çünki artıq Tariyel Ələkbərov narahatdır ki, onun etdiyi saxtakarlıq tam çılpaqlığı ilə ortaya çıxacaq və özü cəzalandırılacaq.

Cənab Prezident!

Sizdən bir Şəhid bacısı kimi xahiş edirəm ki, bu Vətən uğrunda sağlamlığını itirib, əlillik həyatı yaşayıb və erməni gülləsi ilə deyil, bir rayonun prokuroru Tariyel Ələkbərovun təzyiqləri nəticəsində dünyasını dəyişən həyat yoldaşımın haqqını yerdə qoymayasız. Mənim 6 (altı) oğul övladım var. Mən onların hər birini bu xalq, bu millət, bu dövlət uğrunda qurban verməyə hazıram, amma necə? Balaca oğlum deyir ki, ana, çıxaq gedək bu ölkədən, mənim Qarabağ uğrunda sağlamlığını itirən atamın bir rayonun prokuroru öz qanunsuz əməlləri ilə ölümünə bais oldu və cəzasız qaldı. Mən isə ona izah etmişəm ki, bu qan yerdə qalmayacaq və sövdələşərək qərar çıxaran və atanın ölümünə bais olan o prokuror öz cəzasını alacaq.

Cənab Prezident!

Sizdən bir ana, bir Şəhid bacısı kimi çox xahiş edirəm ki, bizim ailəyə faciə yaşadan və sizin uğurlu iş prinsipinizə xəyanət edən Cəlilabad rayon prokuroru Tariyel Ələkbərovun haqqında tədbir görülməsi üçün göstəriş verəsiniz.

Nə qədər ağır olsa da, bu fikrimi də sizə çatdırmaq istərdim. Bu Vətən mənə məzar, 6 oğlumun uğrunda can verəcəyi bir müqəddəsim olsa da, məcburən qeyd edim ki, əgər bu qanunsuzluqları edənlər öz cəzasını almasalar, 6 oğlumla birlikdə bu ölkənin vətəndaşlığından imtina etsəm, düşünürəm ki, kimsə məni qınamaz.”

 

Xural.com

Əvvəlki yazı

RUSİYADA YENİ OLİQARX ƏMƏLİYYATI BAŞLADI – Leyla Məmmədzadə də saxlanıldı

Sonrakı yazı

Daha bir ANS-çi TV açdı – Foto

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.