20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şəhid Bəhruz Əliyevin həyat hekayəsi

14 Yanvar 2021, 19:52
Cəmiyyət
A A
Şəhid Bəhruz Əliyevin həyat hekayəsi

Tarixən müharibələr qan , qada törətdiyi üçün lənətlənilib və arzuolunmaz hesab olunub. Erməni vandalları tərəfindən torpaqları işğal olunmuş Azərbaycan xalqı isə əzəli torpaqlarının azad olunması üçün yeganə yol olan müharibənin olmasını nəinki dəstəkləyir, hətta arzulayırdı. Odur ki, Vətən müharibəmiz başlandıqda xalqımız ayağa qalxaraq bir yumruğa çevrildi. Analar oğullarını “Vətən sənə əmanət” deyib, gülə – gülə torpaq uğrunda savaşa göndərdi. Ölkəmizin hər tərəfindən yaşından aslı olmayaraq müharibəyə qatılan qorxmaz igidlərin adı Azərbaycan adı ilə eyniləşdi. Onlardan ən seçilmişlərinin qanı isə Qarabağ torpaqlarına qarışdı və ona daha da müqəddəslik bəxş etdi. Vaxtı ilə döyüşlərdə Şəhid olmuş igidlərimizin qisasını Qarabağın Qarabağ sevdalı igidləri aldı.
Heç vaxt bitişməyən Qarabağ yaramızın dərmanı olan ərənlərimizin hərəsi bir tarix oldu..
Tarix olan qəhrəman igidlərimizdən biri- Şəhid Bəhruz Əliyev də Qarabağsız Qarabağ sevgisi ilə doğulmuşdu. Bəhruzun anası Leyli xanım əslən Qarabağın dilbər guşələrindən olan Laçından idi.
Bakının Maştağa qəsəbəsinə gəlin köçmüş Leyli xanım özü ilə qəlbində gəzdirdiyi Vətən nisgilini hələ körpəlikdən ana südü ilə övladlarına ötürmüş, Qarabağ sevgisi ilə doğulmuş övladlarının qəlbinə ermənidən torpaqlarımızı mütləq geri almalıyıq deyimini isə müqəddəs laylay kimi əbədi həkk etdirmişdi.
Məhz bu deyimin qüvvəsi hərbi xidmətdə olan Bəhruzun müharibənin ilk günlərindən ön cəbhəyə getmək istəyini bildirməsinə zəmin yaratmışdı..
Əliyev Bəhruz Elman oğlu 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki 187 saylı tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Peşə seçmək və peşəyə yiyələnmək istəyi onu qəsəbədəki 13 saylı peşə liseyinə gətirmiş , seçdiyi aşpaz ixtisasına yiyələnərək 2015-ci ildə həmin liseyin məzunu olmuşdur. Bəhruz 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə çağırış vərəqəsi alır. Tibbi Komissiyadan keçdikdə səhhətində problemlər aşkar olunur. Buna görə də səhhətindəki problemlərin aradan qaldırılması və müalicə olunması üçün ona müəyyən müddət verilir. Lakin bu müddət başa çatmamış, o, artıq 2019-cu ilin sentyabr ayından sənədlərini yığmağa başlayır və könüllü olaraq oktyabr ayının 22-sində hərbi xidmətə yola düşür.
Goranboy rayon Ballıqaya kəndində N saylı Hərbi Hissədə xidmətə başlayan Bəhruz sonradan xidmətini Tapqaraqoyunlu kəndində davam etdirir. Bu müddətdə Bəhruz motoatıcılıq kurslarına cəlb edilir.
Bəhruzun hələ uşaq ikən atıcılığa xüsusi marağının olması keçirilən yarışlarda 1-ci yerə layiq görülməsi ilə nəticələnir. Bəhruz Atıcılıq kurslarında dəfələrlə 1-ci yerə layiq görüldüyü üçün atıcı vəzifəsindən baş atıcı vəzifəsinə təyin edilir. Sentyabr ayının 27-si Qarabağ müharibəsi başlandıqda könüllü olaraq ön cəbhədə xidmət etmək istəyini bildirən Bəhruz müharibənin ilk günləridən düşmənin 2 tankını, snayperlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Bəhruz yaralı əsgər yoldaşlarının da müharibə zonasından çıxarılmasına köməklik edir.
Sentyabrın 28-i son dəfə yaralı əsgər dostunu xilas edib döyüşə qayıtdıqda düşmənin atdığı minamyot qəlpələri sağ ayağını ağır yaralayır. Hospitala çatdırılarkən kəskin qanitirmədən Şəhidlik zirvəsinə ucalır.
Anası Leyli xanımın dediklərindən : ” Bəhruz 11 ayın əsgəri idi. Bu müddətdə üzünü bir dəfə də görmədik”
Oğlundan danışarkən qürurla dik dayanan ana : ” Mən arxayın idim ki , Bəhruz verilən tapşırıqları yerinə yetirəcəkdir” – deyir.
” Yaxşı ki, mənim oğlum da Vətən müharibəmizdə iştirak edib”.
” Bəhruzun qanı da vətən torpağına qarışdı” – deyən ana qürurla oğlunun şəklini öpür.
Oğlu ilə fəxr etdiyini söyləyən atası Elman Əliyev :
Sentyabrın 27-si Bəhruza zəng vurdum. Telefonu Bəhruzun əsgər yoldaşı götürdü və dedi ki , biz yaralanmışıq əmi , məni və digər 20 nəfərə yaxın adamı Bəhruz xilas edərək arxaya qoyub, özü isə döyüşdədir”
Ürəyində oğlu ilə fərəhlənən ataya sentyabrın 28 – i Maştağa qəsəbə nümayəndəliyi zəng edərək , oğlunun qəhrəmanlıqla Vətən uğrunda Şəhid olduğunu söyləyir.
Bəhruz sentyabrın 28 – i Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlir.
Sentyabr ayının 29-u Bəhruzun böyüyüb, boya-başa çatdığı Maştağa qəsəbəsi kəndin Vətən müharibəsində qəhrəmanlıq göstərən və Şəhadətə yüksələn ilk igidini böyük hörmət və ehtiramla qarşılayır. Bəhruz yüzlərlə insanın çiynində böyük sayğı ilə doğma kəndinin küçələrindən keçərək , Şəhidlər Xiyabanında dəfn edilir.
Azərbaycan Respublikasının Ali Baş Komandanı İ.Əliyevin sərəncamları ilə Şəhid B.Əliyev ” Vətən uğrunda ” və ” Laçının azad olunması uğrunda ” medalları ilə təltif olunur.
Məqamın qarşısında baş əyirəm, Şəhidim.

Mehriban Sadıqova

 

Əvvəlki yazı

Hafız Hacıyev: “5-ci kolon” artıq Prezidentin yerinə göz dikib”

Sonrakı yazı

Yoluxanların sayı bu gün də azaldı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.