Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə SEÇMƏ

Şəhid Aqil Omarovun “Şücaətə görə” medalı ailəsinə təqdim edilib –FOTOLAR

2019-06-02
in SEÇMƏ
0
Şəhid Aqil Omarovun “Şücaətə görə” medalı ailəsinə təqdim edilib –FOTOLAR
0
Paylaşılıb
19
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun doğulub boya-başa çatdığı Qax rayonunun Lələpaşa kəndində ölümündən sonra layiq görüldüyü “Şücaətə görə” medalının ailəsinə təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Bənzər Yazılar

Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq

Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

DYP sürücülərə müraciət etdi

Reportyor.info MN-ə istinadla xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Qax və Xocavənd rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, hüquq-mühafizə orqanlarının, Qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi dostları və ailə üzvləri iştirak ediblər. Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat maşını vasitəsilə şəhidlərin xatirəsinə Rekviyem səsləndirilib.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani şəhidin ailəsinə, doğmalarına bir daha başsağlığı verərək, onlara səbr, dözüm arzulayıb. Qeyd olunub ki, Aqil Omarov 1983-cü ildə anadan olub. Ailənin böyük övladıdır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Hərbi xidmətdə, döyüşlərdə fərqləndiyinə, göstərdiyi şəxsi şücaətə görə sağlığında 5 döyüş medalı ilə təltif olunub. Dəfələrlə fəxri fərman və təşəkkürlərə layiq görülüb. Komandirlərin, xidmət yoldaşlarının, eləcə də tabeliyində olan şəxsi heyətin böyük hörmətini qazanıb.

Polkovnik A.Qurbani dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında söylədiyi bir fikri mərasim iştirakçılarının nəzərinə çatdırıb: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır… Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək”.

Şəhidin dəfn mərasimində birlik və həmrəylik, təmkin və qələbəyə inam nümunəsi göstərməklə qaxlılar bir daha Ali Baş Komandanın işğal altında olan torpaqların azad edilməsi naminə hər bir əmrinə hazır olduqlarını təsdiq ediblər.

Aqil kimi peşəkar və bacarıqlı bir hərbçinin həlak olmasını Ordumuz üçün ağır itki hesab edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev şəhidin atası Akif Omarovu hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən, könüllü olaraq cəbhəyə gəldiyi vaxtlardan tanıdığını diqqətə çatdırıb. Nazir müavini bildirib: “Şəhidimizin atası vətənpərvər insandır. Mən onu qanlı-qadalı döyüş meydanlarından tanıyıram. Könüllü olaraq cəbhəyə gəlmişdi. Hələ onda Aqil orta məktəbi bitirməmişdi. Ağır döyüşlərin nə olduğunu yaxşı bilən Akif Omarov nəinki oğlunun çətin və şərəfli zabitlik yolunu seçməsinə mane olmadı, hətta bu yolda ona xeyir-dua verdi, uğurlar arzuladı. Bir ata kimi ilk övladının uğurları onu çox sevindirərdi və inanıram ki, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaş başladıqda şəhid atası Akif Omarov və digər iki oğlu da bizimlə birgə döyüşlərə atılacaq”.

Bütün mərasim iştirakçıları bir ağızdan “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti adından hərbi qulluqçu Aqil Akif oğlu Omarovun “Şücaətə görə” (ölümündən sonra) medalı ilə təltif olunması haqqında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

General-leytenant Kərim Vəliyev həmin medalı şəhidin böyük oğlu Uğurun yaxasına sancıb. Atasının əvəzindən generaldan icazə alan Uğurun “Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirib. İcra başçısı ATƏT-in Minsk qrupu üzvlərinin münaqişəni tənzimləmək məqsədilə Azərbaycana gəldiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin törətdiyi bu qanlı təxribatın bütün xalqımız kimi, hər bir qaxlını da hiddətləndirdiyini və ermənilərin bu hiyləgər və məkrli əməllərini lənətlədiklərini bildirib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bütün xocavəndlilərin şəhidin ailəsinə baş sağlığını çatdırıb.

Millət vəkili Azər Kərimli, şəhidin vaxtilə xidmət etdiyi hərbi birliyin zabiti polkovnik Babək Səmidli və başqaları çıxış edərək Azərbaycan Ordusunun uğur və nailiyyətlərindən, Aprel və Günnüt zəfərlərindən danışıb və istənilən vəzifəni yerinə yetirməyə hər an hazır olduqlarını bəyan ediblər.
Təntənəli mərasimin sonunda şəhidin valideynləri Akif və Ahuzar Omarovalar oğulları ilə fəxr etdiklərini və onun xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildiriblər.

Mərasim “Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının ifası, şəhidin məzarının ziyarət olunması, ehsan süfrəsinin açılması və dualar oxunması ilə başa çatıb.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Samuxda 19 yaşlı tələbənin intiharının başvermə şəraiti məlum olub

Sonrakı yazı

Balababa Rzayevin oğlu iri şirkətlərin enerji borclarını sildirir? – İddia

Sonrakı yazı
Balababa Rzayevin oğlu iri şirkətlərin enerji borclarını sildirir? – İddia

Balababa Rzayevin oğlu iri şirkətlərin enerji borclarını sildirir? – İddia

Bir güllədən asılı olan neft qiymətləri… –General Səfəvi ABŞ-ın 20 min hərbçisinin hədəfdə olduğunu açıqladı

Bir güllədən asılı olan neft qiymətləri… –General Səfəvi ABŞ-ın 20 min hərbçisinin hədəfdə olduğunu açıqladı

Xameneini təhqir edən jurnalistə hökm oxundu –4 il 6 ay həbs

Xameneini təhqir edən jurnalistə hökm oxundu –4 il 6 ay həbs

Discussion about this post

Bizə Qoşulun

  • 21.2k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir

Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir

2021-04-13
“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?” – Prezident

“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?” – Prezident

2021-04-13
“Biz Putinlə bu məsələni müzakirə etmişik” – Prezident

“Biz Putinlə bu məsələni müzakirə etmişik” – Prezident

2021-04-13
Ermənilər necə məğlub edildi? – Samvel Babayan açıqlayır

Ermənilər necə məğlub edildi? – Samvel Babayan açıqlayır

2021-04-13
Azərbaycanın ən gənc bölgələri hansıdır?

Azərbaycanın ən gənc bölgələri hansıdır?

2021-04-13
Sülhməramlı bölmələrin təlim məşqlərinin görüntüləri – Video

Sülhməramlı bölmələrin təlim məşqlərinin görüntüləri – Video

2021-04-13
Həftəlik hava proqnozu açıqlandı

Həftəlik hava proqnozu açıqlandı

2021-04-13
“Sərt karantin tədbirləri tətbiq olunmalıdır” – Vüqar Bayramov

“Sərt karantin tədbirləri tətbiq olunmalıdır” – Vüqar Bayramov

2021-04-13
Parlamentin növbəti plenar iclası keçiriləcək – Gündəlik

Parlamentin növbəti plenar iclası keçiriləcək – Gündəlik

2021-04-13
Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər (İDDİA)

Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər (İDDİA)

2021-04-13
Hikmət Hacıyevin fotossesiya siyasəti

Hikmət Hacıyevin fotossesiya siyasəti

2021-04-13
Kəmaləddin Heydərova həyəcan təbili: fəlakətin kandarındayıq – Foto video

Kəmaləddin Heydərova həyəcan təbili: fəlakətin kandarındayıq – Foto video

2021-04-13
Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı

Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı

2021-04-13
Bakıda dəhşətli intihar: 14 yaşlı oğlan özünü binadan atdı

Bakıda dəhşətli intihar: 14 yaşlı oğlan özünü binadan atdı

2021-04-13
İlham Əliyev: “Müharibədən sonrakı vəziyyət kövrəkdir”

İlham Əliyev: “Müharibədən sonrakı vəziyyət kövrəkdir”

2021-04-13
Ramazan ayı necə keçiriləcək? – Qaydalar açıqlandı

Ramazan ayı necə keçiriləcək? – Qaydalar açıqlandı

2021-04-13
Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq

Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq

2021-04-13
Prezident İlham Əliyev çıxış edir (VİDEO)

Prezident İlham Əliyev çıxış edir (VİDEO)

2021-04-13
Dünyada son sutkada koronavirusa 675 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 675 mindən çox yoluxma qeydə alınıb

2021-04-12
Rusiya Türkiyə ilə müntəzəm uçuşları da dayandırdı

Rusiya Türkiyə ilə müntəzəm uçuşları da dayandırdı

2021-04-12

Seçmə

  • Bütün
  • SEÇMƏ
Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq
SEÇMƏ

Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq

2021-04-12
“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” – DİN
SEÇMƏ

Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

2021-04-12
DYP sürücülərə müraciət etdi
SEÇMƏ

DYP sürücülərə müraciət etdi

2021-04-10
Daha bir məktəb koronavirusa görə bağlandı
SEÇMƏ

Məktəblər hansı şərtlərlə açıla bilər? (VİDEO)

2021-04-10
İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi
SEÇMƏ

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

2021-04-09
İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”
SEÇMƏ

İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”

2021-04-06
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir

Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir

2021-04-13
“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?” – Prezident

“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?” – Prezident

2021-04-13
  • Reportyor.İnfo

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Rəsmi
  • Sosial
  • Araşdırma
  • Kriminal
  • Təhsil
  • Əyalət
Nəticə yoxdur
Bütün nəticələrə bax

© 2020 Reportyor.info.