İstanbulun dəbdəbəli evlərində bir gecəlik qalmaq orta hesabla 5 min lirədən başlayır. “İstanbulun füsunkar mənzərəsi” etiketi ilə yayımlanan reklamlarda Cihangir, Beşiktaş, Beykoz kimi yerlərdə dəbdəbəli evlər gecəlik 10, 15, hətta 20 min lirəyə kirayə verilir. Bəzi evlərdə terrasda açıq havada Boğaziçi mənzərəsi olan küvetin həzzi, bəzilərində isə şəhər mərkəzinə yaxınlıq, cakuzi və xoş təcrübə vəd edilir. Kirayə verilən evlər arasında gecəlik 23 min 500 lirə tələb olunan malikanə də var. Bəzi evlər turistlər arasında məşhurdur.