Rusiya qoşunları Kursk vilayətində əks-hücuma keçərək Ukrayna qüvvələrini Korenevo kəndindən çıxarıblar.
“AzPolitika” xəbər verir ki, bunu “Bild” nəşrinin tanınmış eksperti Julian Röpke yazıb: “Avqustun 20-də Ukrayna qoşunları Kursk vilayətinin Korenevo kəndini ələ keçirdi, vilayət mərkəzi və eyniadlı dəmir yolu stansiyası uğrunda döyüşlər başladı. Döyüş təmasları indi təxminən onun şərq hissəsi boyunca uzanır. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda Korenevodan cənubda, Seym çayının sahilində yerləşən Krasnooktyabrskoye kəndini işğal edib. Beləliklə, hətta Korenevonu almadan, 3000-ə yaxın rus əsgəri mühasirədə qapadılıb. Onların şərq cinahı tamamilə bağlandı, cənubdan və qərbdən dövlət sərhədi, şimaldan isə Seym çayının arasında qalıblar”.