03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rusiyanın qadağa qoyduğu məhsullar Bakı mağazalarında

02 Mart 2018, 09:24
Cəmiyyət
A A
Rusiyanın qadağa qoyduğu məhsullar Bakı mağazalarında

Şimal qonşumuz Belarus süd məhsullarının idxalına qadağa qoyub, Azərbaycan paytaxtında bundan xəbərsizdirlər, həm də…

Fevralın 26-dan etibarən Rusiya Belarus süd məhsullarının idxalına qadağa qoyub. “Rosselxodnadzor” bəyan edir ki, qadağa Avrasiya İqtisadi İttifaqı və Rusiya Veterinar-Sanitar tələblərinin pozuntuları ilə əlaqədardır. Məlum olduğu kimi, 2017-ci ildə Belarus Rusiyaya süd məhsullarının əsas idxalçısı idi.

Xatırladaq ki, 2014-cü ildə də Rusiya Belarusda istehsal olunan ət və süd məhsullarının ölkəyə idxalını dayandırmışdı. Rusiyanın müvafiq qurumu bu addımını həmin məhsulların sanitar-epidemioloji normalara cavab verməməsi ilə əsaslandırmışdı. Buna cavab olaraq həmin il Belarus hakimiyyəti də Rusiyada istehsal olunan bir sıra ərzaq məhsullarının ölkəyə idxalını qadağan etmişdi. Həmin ərzaq siyahısına makaron növləri və üyüdülmüş “Mokka” qəhvəsi daxil idi. Belarusun baş sanitar həkimi İqor Qayevskinin sözlərinə görə, bu ərzaq məhsulları sanitar normalara uyğun deyil. 2015-ci ildə isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenkonu onun ölkəsinə təbii süd əvəzinə süd tozundan hazırlanmış maye “itələməkdə” ittiham etmişdi. Bu haqda Rusiya-Qazaxıstan regionlararası iqtisadi forumunda söhbət getmişdi. Nazarbayevin sözlərinə görə, Avrasiya İttifaqına daxil olan ölkələr arasında ərzaq məhsullarının tərkibinə və xammalın keyfiyyətinə dair yeni standartlar, dəqiq texniki reqlamentlər tətbiq edilməlidir. Belə standartların olmaması nəticəsində bəziləri bazarda haqsız rəqabət imkanları əldə edir:

“Elementar olaraq təbii və tozdan hazırlanmış süd arasında dəqiq sərhəd müəyyən edilməyib. Biz dostumuz Aleksandr Qriqoryeviçlə mübahisə edirik, o, bura süd tozu itələyir, süd tozu qarışdırılıb satılır. Bu, heç də təbii süd deyil” – Nazarbayev bildirmişdi.

Qazaxıstan prezidentinin sözlərinə Rusiya prezidenti Vladimir Putin də dəstək vermişdi: “Bu, əslində süd deyil, süd içkisidir”.

Eləcə də 2009-cu ildə də süd tozundan hazırlanmış süd üstündə Belarusla Rusiya arasında ciddi iqtisadi qarşıdurma yaranmışdı. İki ölkə arasında “süd müharibəsi” zamanı Rusiya Belarusdan süd və süd məhsullarının idxalına qadağa qoyub, əvəzində Lukaşenko Rusiyadan ölkəyə süd və süd məhsullarının idxalını dayandırmışdı. Lakin sonda Belarus Rusiyanın tələbləri ilə razılaşaraq bu ölkəyə təbii süd və “süd içkisi” idxalını ayırmışdı.

Qeyd edək ki, Belarusdan ölkəmizdə çoxsaylı çeşiddə süd məhsulları gətirilir. Əhalinin də bu məhsullara tələbatı böyükdür. Hətta iki il öncə paytaxt Bakıda Belarus ərzaq, o cümlədən ət və süd məhsulları mağazası açılıb. Beləliklə, Rusiya Belarusdan gətirilən süd məhsullarına qadağa qoysa da, ölkəmizdə hələ də bu məhsullar satılır və geniş alıcı kütləsi var.

Məsələ ilə bağlı əməkdaşımız paytaxtdakı mağazalarda olub. Əməkdaşımızın müşahidəsinə  görə, satıcılar Rusiyanın bu qərarından xəbərsizdir. Eləcə də alıcılar Rusiyanın qadağasına məhəl qoymadığını, keyfiyyətinə etibar edərək daim Belarus süd və ağartılarını aldıqlarını bildirib. Müşahidəmiz zamanı məlum oldu ki, alıcılar daha çox Belarus istehsallı “Savuşkin”, “Brest-Litovsk” firmasından olan süd, pendir, yağ, yoğurt məhsullarına üstünlük verir.

“Ümumiyyətlə, ölkəmizdə çox təhlükəli qida məhsulları var”.

Eyyub Hüseynov ile ilgili görsel sonucu

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib. Qurum sədri ölkəmizdə qidanın təhlükəsizliyi ilə bağlı qanunun olmamasından şikayətlənib: “Qanun olmayan yerdə cinayət baş verir. Ötən il ölkə prezidenti Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı sərəncam imzaladı. Lakin agentlik bu gün heç bir iş aparmır, kifayət qədər ictimai şəffaf iş gözə dəymir. Beləliklə, ölkədə kifayət qədər təhlükəli qida məhsulları var. Bu da insanların sağlamlığında mənfi izlər buraxır. O cümlədən də Belarusdan gətirilən qida məhsulları səthi yoxlanılır, yalnız gigiyenik sertifikatı verilir. Lakin demək olmaz ki, bir ölkədən gətirilən bütün məhsullar təhlükəlidir. Onların hamısı ekspertizadan keçməlidir. Hər halda, Rusiyanın qadağan etdiyi məhsulun Azərbaycana gətirilməsi istisna olunmur”.

Xalidə GƏRAY,
Musavat.com
Fotolar müəllifindir

Əvvəlki yazı

Rühəngiz Allahverdiyeva TANINMAZ HALDA – VİDEO

Sonrakı yazı

Abşeronda evə silahlı basqın olub, ana və qızı ağır yaralanıb

Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.