Bu ilin iyul ayından Rusiyanın Saratov şəhərindən Azərbaycana aviauçuşlar həyata keçirilməyə başlanılacaq.
Reportyor.info Rusiya mətbuatına istinadən xəbər verir ki, aviareyslər Saratovun “Qaqarin” aeroportundan həyata keçiriləcək.
Məlumata görə, 176 oturacaqlı təyyarələr Bakıya və geriyə istiqamətində bazar günləri uçuşlar edəcəklər.