Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsindən bir neçə dəqiqə sonra bu günə İstanbul və İrəvana aviareyslərə birbaşa bütün biletlərin satıldığı açıqlanıb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb. Qeyd edək ki, Prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu isə 300 min çağırışçının səfərbərliyə cəlb ediləcəyini vurğulayıb.