Rusiyada koronavirus epidemiyası başlayandan bəri bu virusdan 2 azyaşlı uşaq ölüb.
Virtualaz.org xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən deyiblər ki, son vaxtlar virusa yoluxan uşaqların sayı artır, onlardan 11-i hazırda ağır vəziyyətdədir.
“Baxmayaraq ki, uşaqlar böyüklər qədər xəstələnmir, amma bu virus uşaqlar üçün də eynilə təhlükəlidir. Ona görə də özünütəcrid rejiminə qeyd-şərtsiz əməl edilməlidir”,-nazirlikdən bildiriblər.