Hakim “Vahid Rusiya” partiyasının Rusiya parlamenti Dumasının deputatı Konstantin Zatulin deyib ki, Putinin Ukraynaya hərbi müdaxiləyə başlayarkən bəyan etdiyi məqsədlərin heç biri indiyədək yerinə yetirilməyib.
Müharibənin bu günə çatdığı nöqtədə Rusiyanın özü üçün yeni risklər olduğunu da bildirən Zatulin, “Prezident Putin Ukrayna əməliyyatına başlayarkən Ukraynanın nasistlərdən təmizlənməsini, Ukraynanın tərksilah edilməsini, Ukraynanın neytral qalmasını təmin edəcək, və Donbas bölgəsində yaşayan rus xalqının təhlükəsizliyini qarşısına məqsəd kimi qoymuşdu. Gördüyümüz kimi, bu bəndlərin heç biri həyata keçirilməyib. İndi içində olduğumuz proses qardaş və bacı hesab etdiyimiz rus və ukrayna xalqlarını dərhal düşmən etməyə xidmət edir. Təəssüflə etiraf etməliyik ki, biz pis bir dairəyə daxil olmuşuq. “Bu vəziyyət Rusiyanın təhlükəsizliyinə yeni təhdidlər yaradır.