Maşında partlayıcı ilə dolu olan Prilepin yaralansa da, mühafizəçisi həyatını itirib.
KƏND YOLUNDA OLDU
Rusiyanı silkələyən sui-qəsd Moskvadan təxminən 400 km aralıda yerləşən Nijni Novqorod şəhəri yaxınlığında həyata keçirilib. Rayonda qohumlarının yanına gedən yazıçı kənd yoluna dönən zaman maşınının altına qoyulan partlayıcı partlayıb. Maşın ikiyə bölünərkən, yazıçının qabaqda oturan sürücüsü və mühafizəçisi hadisə yerində ölüb, Prilepin xəstəxanaya aparılıb. Rusiya İstintaq Komitəsi terrorla bağlı araşdırma açarkən, yanacaqdoldurma məntəqələrindən birinə bomba qoyduğu güman edilən iki nəfər də axtarışa verilib.
“CİNAYƏTLİ ABŞ”
class=”medianet-inline-adv”>
Rusiya Xarici İşlər Nazirliyi sui-qəsd cəhdində Ukrayna və ABŞ-ı ittiham edib. Nazirliyin bəyanatında deyilir: “Bu və buna bənzər terror aktlarının arxasında Ukrayna və onun aparıcı Qərb dəstəkçisi ABŞ dayanır”.