Rusiya Ukraynaya hücumlarını davam etdirir. Rusiya ordusu gecə saatlarında Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərini raketlərlə vurub.
Regional qubernator Serhii Lysak sosial media hesabında “Krivyi Roqa hücum. Mülki yaşayış məntəqələrində dağıntılar olub. İlkin məlumata görə, 5 mərtəbəli mənzildə 3 nəfər həyatını itirib.
Qubernator Lısak hücumda 25 nəfərin yaralandığını, onlardan 19-nun xəstəxanada olduğunu bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında doğulduğu Krivoy Roğa edilən hücuma münasibət bildirib.
“Rus qatilləri evlərə, şəhərlərə və insanlara qarşı döyüşlərini davam etdirirlər”, – Zelenski paylaşıb. Təəssüf ki, ölənlər və yaralananlar var. Xilasetmə əməliyyatı davam edir. Yaxınlarını itirənlərə başsağlığı verirəm. “Terrorçular heç vaxt bağışlanmayacaq və atdıqları hər raketə görə məsuliyyət daşıyacaqlar.