Rusiya Ordusu Xerson şəhərini tam nəzarətə götürüb. APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik yüksək dəqiqliyə malik silahlarla Ukrayna Təhlükəsizlik Xidmətinin obyektlərinə, və 72-ci psixoloji əməliyyatlar mərkəzinə zərbələr endirdiyini bildirib. Qeyd olunub ki, Kiyev teleqülləsinin aparat yayımı sıradan çıxarılıb.




















